"Ər arvadının cinsi ehtiyacını qarşılamırsa..." - İlahiyyatçıdan MARAQLI AÇIQLAMA
"Qadınların da kişilər kimi cinsi hüquqları qorunur. Bu səbəbdən ona cinsi hüquqlar verilməsə, bunu istəyə bilər. Yəni ərini cinsi borcunu yerinə yetirməyə məcbur edə bilər. İslam cəmiyyətində ər qadını cinsi tənhalığa sürükləyirsə və bunu bilərəkdən edirsə, qadın məhkəməyə gedib ərinə qarşı iddia qaldıra bilər". Mediaxeberleri.Az sfera.az-a istinadən xəbər verir ki, bu barədə fikirləri türkiyəli ilahiyyatçı Nihat Hatipoğlu bildirib. "Allah evli cütlüklərin ər-arvad kimi həyatını qanuniləşdirib. Qadınların fiziki və ruhi sağlamlığını qorumaq üçün evli cütlüklərin cinsi həyatına bəzi məhdudiyyətlər qoyulur. Qadınların menstruasiya və doğuşdan sonrakı dövrlərində cinsi əlaqə məsləhət görülmür". Nihar Hatipoğlu qeyd edib ki, İslama görə, kişi və qadının bir-birilərinə qarşı müəyyən vəzifə və hüquqları vardır: "Bu meyar kişi və qadın arasında fərqlənmir. Kişinin münasibətdə nəsə deməyə haqqı olduğu kimi, qadının da haqqı var.Cinsi əlaqədə qadın və kişi bərabərdir. Qadınlar kimi kişilərin də bəzi vəzifələri var. Ərinin seksuallığından faydalanmaq qadının haqqıdır. Ərin borcudur ki, bu haqqı dərk etsin. Əgər kişi bu vəzifəsini icra etmirsə günahkar sayılır".