Azərbaycan - İsveç matçının biletləri satışda!
UEFA Millətlər Liqasında qrup mərhələsinin I turu çərçivəsində keçiriləcək Azərbaycan – İsveç oyununun biletləri satışa çıxarılıb. Mediaxeberleri.Az xəbər verir ki, qiymətlər sektorlara görə 3, 5 və 10 və manat təşkil edir. VİP sektoruna biletlərin qiyməti isə 20-30 manatdır. Biletləri "İtickets" və satış kassalarından əldə etmək mümkündür. Qeyd edək ki, qarşılaşma sentyabrın 5-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.
 
 
 
Oxunub: 440
 
  
  	Xəbəri paylaş
	
			
		 
Paylaş: 
 
   
 
   
   
 






















