Vəziyyət ağırdır: yeni səfərbərlik elan olunacaq?
Dövlət Dumasının Müdafiə Komitəsinin rəhbəri Andrey Kartapolov Rusiyada yeni səfərbərlik dalğasının gözlənilməyəcəyini deyib. Mediaxeberleri.Az xəbər verir ki, Kartapolovun sözlərinə görə, Kursk vilayətində baş verən hadisələr fonunda səfərbərliyə ehtiyac yoxdur. “Cəbhədə kifayət qədər döyüşçü var”, - deyə o qeyd edib. Yada salaq ki, Ukrayna Silahlı Qüvvələrinin hücumundan sonra Rusiya Silahlı Qüvvələrinin minlərlə hərbçisi Kursk vilayətinə hərəkət edib. Hazırda şiddətli döyüşlər gedir.
Oxunub: 248
Xəbəri paylaş
Paylaş: