6 bal gücündə zəlzələ Ermənistanı SİLKƏLƏDİ
Yerli vaxtla saat 02:02-də Ermənistan Daxili İşlər Nazirliyinin Ərazi Seysmik Müdafiə xidmətinin Seysmoloji şəbəkəsi 4,2 maqnitudada zəlzələ qeydə alıb. Bu barədə Mediaxeberleri.Az yerli mətbuata istinadən xəbər verir. Məlumata görə, zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşib. Zəlzələnin episentrində yeraltı təkanların gücü 5-6 maqnituda təşkil edib. Zəlzələ Qeqarkunik vilayətində 5, Kotayk vilayətində 4 maqnituda, Yerevan şəhərində isə 2-3 maqnitudada hiss olunub.
Oxunub: 370
Xəbəri paylaş
Paylaş: