Mediaxeberleri.az
    
  • Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
    Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
  • 
  • Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
    Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
  • 
  • “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
    “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
  • 
  • Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
    Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
  • 
  • Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
    Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
  • 
  • Zeytun Festivalının açılışı olub - Foto
    Zeytun Festivalının açılışı olub - Foto
  • 
  • Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
    Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
  • 
  • Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
    Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
  • 
  • Aqroservisin sədri həbs edildi
    Aqroservisin sədri həbs edildi
  • 
  • Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
    Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
  • 
  • Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
    Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
  • 
  • Kiçik pomidorlarda böyük təhlükə!
    Kiçik pomidorlarda böyük təhlükə!
  • 
  • Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
    Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
  • 
  • "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
    "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
  • 
  • Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
    Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
  • 
  • "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
    "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
  • 
  • "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
    "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
  • 
  • Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
    Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
  • 
  • Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
    Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
  • 
  • VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
    VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
  • 
  • Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
    Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu

Son xəbərlər :
  • DİQQƏT! Sabahdan bu avtobuslarda gedişhaqqı 70 qəpik olacaq - RƏSMİ
  • Qazaxda Prezident Administrasiyasının nümayəndəsi və İcra başçısı şəhərdə aparılan abadlıq işlərinə yerində baxış keçiriblər
  • Qazaxda 2026-2030-cu illər üçün Dövlət Proqramının icrası ilə əlaqədar rayonun kəndlərində aqroparka və iri fermer təsərrüfatlarına baxış keçirilib
  • “Böyük Qayıdış” davam edir: Ağdam, Füzuli və Xocavənd sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunurlar
  • Vətən müharibəsi şəhidi gizir Anar Nağıyevin ildönümündə əziz xatirəsi ehtiramla yad edilib
  • Deputat: "Vətəndaşın əlilliyi ləğv olunmazdan əvvəl işlə təminatı məsələsinə də baxılmalıdır"
  • Zəngəzurda saxlanılan azərbaycanlı hərbçinin işi üzrə ittiham aktı açıqlandı
  • Dövlət İdarəçilik Akademiyası ilə bağlı iddialara rəsmi cavab
  • Azərbaycanda avtomobil qəzalarının dəhşətli statistikası: 500 ölü, 640 yaralı
  • Türkiyə-Azərbaycan savaşı? - Fazil Mustafa təhqir etdi
  • İdarəçilik Akademiyası akkreditasiyadan keçə bilməyib?
  • İnternet 3 ay olmayacaq, banklardakı pullar silinəcək?
  • Qaxda 125 ağac kəsərək nazirliyə 34 minlik zərər vuran şəxsə elektron qolbaq taxıldı - TƏFƏRRÜAT
  • Fidanla görüşdüm, əsas vasitəçi Türkiyədir - Sibiqa
  • Yeniliyin və inkişafın ünvanı : Qazax
  • 48 yaşlı Samirənin həyatına son qoyan divar: “Malasız üst-üstə yığıblar” - Video
  • UEFA Millətlər Liqasında qrup mərhələsinə yekun vurulur: Bu gün hansı oyunlar keçiriləcək?
  • Azərbaycana sərt qış gəlir: bu bölgələrdə güclü qar gözlənilir - SİYAHI
  • Abbasov millinin qələbəsini şərh etdi: Bunlar məni sevindirir
  • "ChatGPT" boşanmalara səbəb olmağa başlayıb
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Oğlu ilə eyni gündə fəxri ad alan Xalq artisti: Dərin stress keçirmişəm

  • Tarix: 10-08-2024, 10:19

“Bir aydan çoxdur ki, dərin stress keçirmişəm. Ürək xəstəliyim şiddətlənib. Telekanallardan, radiolardan zəng edib efirə dəvət edirlər, gedə bilmirəm. Adam xəstə olanda gözünə heç nə görünmür. Xüsusən, bu boyda zəhmətin qarşısında səni diqqətdən kənarda qoyanda bu, adama daha çox toxunur…”

Xalq artisti, “Lalə” qızlar ansamblının rəhbəri Ceyran Haşımovaya müsahibə üçün zəng edəndə sanki dolan bulud kimi yağdı. Evdə xəstə yatdığını dedi: “İstəmirəm ki, kimsə məni bu vəziyyətdə görsün…” Amma Ceyran xanım ürəyi dolu olduğundan elə telefonda bir müsahibəlik söhbət etdi.

“Evdəkiləri aldadırdıq ki, döyüş olmayan yerlərə gedirik”

- Yəqin ki, səhhətinizlə əlaqədar daha konsertlərə də gedə bilmirsiniz…

- Ansamblın fəaliyyəti yerindədir, ancaq daha konsertlərə getmirəm. Lazım olanda ansamblın üzvləri mənim evimə gəlir, məşq edirik. İndi mənim 90 yaşım var. Bilirsiniz, bu nə deməkdir? Vəfalı müğənnilərim var, hamısı həyatda olmasa da, sağ qalanlar gəlib məşqlərdə iştirak edirlər. Rəhilə Bəndəliyeva, Nisə Qasımova, Kəmalə Rəhimli, Təranə Vəlizadə, Ruhəngiz Allahverdiyeva, Mahrux Muradova, Nəzakət Məmmədova, Sahibə Əhmədova, Firuzə İbadova sənətdə ilk addımlarını “Lalə” qızlar ansamblı ilə atıblar. Hamısı da fəxri adlara, mükafatlara layiq görülüblər. Onlar bu ansamblla tanınıblar. İndi onları ayrı-ayrılıqda bir müğənni kimi harasa dəvət edirlər, amma ümumilikdə ansamblın özü unudulub. Ansamblı heç yerə dəvət etmirlər. Hər yerdə tələbələrim var. Xalq artisti, əməkdar artistlərdir. Biz ən çətin dövrdə işləmişik. İfaçıların 16-17 yaşı olanda mənim ansamblıma gəliblər. İndi onların hamısı nənə olublar. Çoxu da müəllim işləyir. Yağışda, qarda, qızmar günəş altında rayonlara qastrola getmişik. Əməkçilər qarşısında konsertlər vermişik. Müharibə vaxtı hərbi hissələrdə, səngərlərdə çıxış etmişik. Güllələr altında ifalarımız olub. Evdəkiləri aldadırdıq ki, döyüş olmayan yerlərə gedirik. Ağdamda olanda “Hara gəlmisiniz, ermənilər gəlir”, - deyə camaat bizə bildirirdi. Birtəhər əsgərləri yığıblar, konsert vermişik. Əsgərlərdən birinin ”mənim üçün bir “hopstop” çalın, bəlkə sabah olmadım…” sözləri heç yadımdan çıxmır. Gözümüzdən yaş axa-axa ifa edirdik. Uşaq evlərində, qocalar evində nə qədər konsertlər vermişik. “Lalə” qızlar ansamblını hər yerə göndərirdilər. Biz də heç vaxt “yox” demirdik. Çünki bu, bizim sənətimizdir. Qızlardan ibarət belə bir ansambl indiyə qədər olmayıb. Amma indi bu tarixi unudurlar…



“İndi onlardan heç biri ansamblda qalmayıb”

- Belə bir ansamblın yaranması, fəaliyyəti doğrudan da maraqlıdır…

- Asəf Zeynallı adına Musiqi Kollecini əla qiymətlərlə bitirəndə, məni orada müəllim kimi işə dəvət etdilər. Tələbələrimin arasında qızlar da vardı. Amma o dövrdə musiqiçi qızlar o qədər də çox deyildi. O vaxta qədər mən Səid Rüstəmovun rəhbərlik etdiyi Xalq çalğı alətləri orkestrində tar çalırdım. Səid müəllim orkestrin nəzdində sazçı qızlar dəstəsi yaratmaq istəyirdi. İfama qulaq asandan sonra məni həmin qrupa dəvət etdi. 1959-cu ildə Azərbaycan Dövlət Teleradio Komitəsinin Xalq çalğı alətləri orkestrinin saz qrupuna qəbul edildim. Bu qrupda 4 sazçı qız vardı. Mən qrupun konsertmeysteri idim. 1959-cu ildə Moskvada keçirilən mədəniyyət və incəsənət ongünlüyündə mən də iştirak etdim. Bu, çox böyük hadisə idi. Azərbaycanın ən görkəmli mədəniyyət xadimləri həmin dekadanın iştirakçıları idi. Mən də o böyük sənətkarlarla birlikdə həmin dekadada iştirak etdiyim üçün özümü xoşbəxt hiss edirdim. Qızlardan ibarət ansambl yaratmaq istəyi isə saz qrupunda işləyərkən ağlıma gəldi. 1964-cü il idi. Bir gün fikrimi tələbə qızlara dedim, onların da xoşuna gəldi. Ansamblı yaratmaq üçün işlərə başladım. Əvvəlcə Musiqi Kollecindəki kamança çalan qızları, daha sonra bir qarmonçalanı dəvət etdik. Ansamblın ilk qarmonçalanı Leyla Şıxıyeva idi. Tələbəm Təcrübə Sultanova isə ilk tarçalanlardan idi.



- İndi də o ifaçılar ansamblda çalırlarmı?

- İndi onlardan heç biri ansamblda qalmayıb. Zarafat deyil, 50 ildən çox vaxt keçib. Ansamblın elə üzvləri olub ki, onlar 25-30 il mənimlə işləyiblər, əsl fədakarlıq göstəriblər. Müğənni Rəhilə Bəndəliyeva artıq 35 ildir bizim ansamblda çalışır. Bu illər ərzində yüzlərlə istedadlı azərbaycanlı qızı bizim ansamblda yetişib. Qızlar ərə gedəndən sonra mən başqa ifaçıları dəvət edirdim. Onlar da gəlib ansambla uyğunlaşırdılar. İndi həmin qızların böyük əksəriyyəti müxtəlif musiqi məktəblərində dərs deyirlər. Bəziləri ailə qurandan sonra həyat yoldaşları onları ansamblda ifa etməyə qoymadılar. Bəzilərinin valideynləri də mane olurdu. O vaxt insanların düşüncələri fərqli idi. Qadınların musiqi aləmində olmasını o qədər də normal qarşılamırdılar. Biz böyük əziyyətlər hesabına ansamblı yaşadır, inkişaf etdirdik. Elə bir konsert yox idi ki, “Lalə” qızlar orada çıxış etməsin. Amma sonradan özüm də, ansambl da unudulduq.

“Ana-bala hər ikimizə eyni gündə fəxri ad verilib”

- Ceyran xanım, bəs özünüzü yada salmağa cəhd etmədiniz? Axı deyirlər: “Ağlamayana süd verilmir…”

- Bəyəm bilmirlər ki, belə bir ansambl olub? Bilmirlər ki, Xalq artisti adını alan yeganə tarzən qadınam? Oğlum Rəşad Haşımov da “Rast” qrupunun rəhbəridir. İlk dəfə Azərbaycanda ana-bala hər ikimizə eyni gündə fəxri ad verilib - mənə Xalq artisti, ona Əməkdar artist. Prezident təqaüdçüsüyəm. Ömrümün çoxu gedib, nə qalıb ki? Mən tək özüm üçün çalışmamışam. Zəngin bir tarixi olan ansambl yaratmışam, milli musiqimizin keşiyində durmuşam. Amma indi yaddan çıxmışam. Elə bil ki, mənim kimi sənətkar olmayıb…

- Evdə tək qalanda ifa edirsiniz?

- Yox. Çünki ifa edəndə ağlayıram. “Heyf məndən!” deyirəm…


Oxunub: 604
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 21:30 | DİQQƏT! Sabahdan bu avtobuslarda gedişhaqqı 70 qəpik olacaq - RƏSMİ
    Bu gün, 21:25 | Qazaxda Prezident Administrasiyasının nümayəndəsi və İcra başçısı şəhərdə aparılan abadlıq işlərinə yerində baxış keçiriblər
    Bu gün, 20:29 | Qazaxda 2026-2030-cu illər üçün Dövlət Proqramının icrası ilə əlaqədar rayonun kəndlərində aqroparka və iri fermer təsərrüfatlarına baxış keçirilib
    Bu gün, 20:20 | “Böyük Qayıdış” davam edir: Ağdam, Füzuli və Xocavənd sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunurlar
    Bu gün, 19:53 | Vətən müharibəsi şəhidi gizir Anar Nağıyevin ildönümündə əziz xatirəsi ehtiramla yad edilib
    Bu gün, 19:39 | Deputat: "Vətəndaşın əlilliyi ləğv olunmazdan əvvəl işlə təminatı məsələsinə də baxılmalıdır"
    Bu gün, 13:43 | Zəngəzurda saxlanılan azərbaycanlı hərbçinin işi üzrə ittiham aktı açıqlandı
    Bu gün, 13:40 | Dövlət İdarəçilik Akademiyası ilə bağlı iddialara rəsmi cavab
    Bu gün, 13:38 | Azərbaycanda avtomobil qəzalarının dəhşətli statistikası: 500 ölü, 640 yaralı
    Bu gün, 12:34 | Türkiyə-Azərbaycan savaşı? - Fazil Mustafa təhqir etdi
    Bu gün, 12:33 | İdarəçilik Akademiyası akkreditasiyadan keçə bilməyib?
    Bu gün, 12:32 | İnternet 3 ay olmayacaq, banklardakı pullar silinəcək?
    Bu gün, 09:27 | Qaxda 125 ağac kəsərək nazirliyə 34 minlik zərər vuran şəxsə elektron qolbaq taxıldı - TƏFƏRRÜAT
    Bu gün, 09:25 | Fidanla görüşdüm, əsas vasitəçi Türkiyədir - Sibiqa
    Bu gün, 09:20 | Yeniliyin və inkişafın ünvanı : Qazax
    Bu gün, 09:13 | 48 yaşlı Samirənin həyatına son qoyan divar: “Malasız üst-üstə yığıblar” - Video
    Bu gün, 09:09 | UEFA Millətlər Liqasında qrup mərhələsinə yekun vurulur: Bu gün hansı oyunlar keçiriləcək?
    Bu gün, 09:01 | Azərbaycana sərt qış gəlir: bu bölgələrdə güclü qar gözlənilir - SİYAHI
    Bu gün, 08:19 | Abbasov millinin qələbəsini şərh etdi: Bunlar məni sevindirir
    Bu gün, 08:12 | "ChatGPT" boşanmalara səbəb olmağa başlayıb
    Bu gün, 08:10 | Ailəsindən ayrılan kişinin başqa qadınla meyiti tapıldı - İki nəfərin müəmmalı ölümündə yeni detallar
    Bu gün, 08:05 | "Müqəddəsliyin arxasında çirkinliklər gizlənir" - Ziya Ağa teatrın problemlərini açdı - Video
    Bu gün, 07:56 | Gənc yaşda böyrək xərçəngini necə müəyyən etmək olar?
    Bu gün, 07:30 | Həkim qəfil tərləmənin qeyri-adi səbəblərini açıqladı
    Bu gün, 07:28 | CNN: İran Vaşinqtonda Tramp administrasiyası rəsmilərinə hücumlar hazırlayır
    Bu gün, 07:25 | Qaz xətti zədələndi, bir sıra kəndlər qazsız qaldı
    Bu gün, 07:20 | Millətlər Liqası: Almaniya Niderlandı darmadağın etdi
    Bu gün, 07:18 | Toxluq hissi yaratmadan orqanizmi məhv edən nələrdir?
    Bu gün, 07:00 | Prezidentin sosial şəbəkə hesablarında Milli Dirçəliş Günü münasibətilə paylaşım edilib
    Bu gün, 00:37 | Azərbaycanda Milli Dirçəliş Günüdür
    Bu gün, 00:12 | Bakıda 50 ildən çox yaşı olan park belə məhv olur - Video
    Bu gün, 00:09 | Rektor “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı çərçivəsində AzTU-ya qəbul olunan əcnəbi tələbələrlə görüşüb
    Dünən, 23:50 | Azərbaycan millisi Andorraya qalib gəldi
    Dünən, 22:42 | MƏDƏNİ NARAZILIQ... - Yazıçı Anar kimdən kimə şikayət edir?
    Dünən, 20:31 | İran Zəngəzura hücuma hazırlaşır – Tehranda Ermənistan düşmən ölkə elan edildi
    Dünən, 20:26 | İcra başçısı ilə şəhid atası dalaşdı – VİDEO
    Dünən, 18:06 | Bakıda saxta "İvanovka" məhsulları istehsal edən sex bağlandı - FOTO
    Dünən, 18:04 | Bakıda bal yarmarkasının tarixi və yeri dəyişdirildi
    Dünən, 18:02 | Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir
    Dünən, 17:19 | 500 manat qazananın 300 manatı vergiyə gedəcək - Bu şəxslər üçün ŞOK QƏRAR
    Dünən, 17:17 | Yaxınları mərhumun bu vəsiyyətini yerinə yetirsə, günah qazanırlar – AÇIQLAMA
    Dünən, 16:54 | İcra başçısı vətəndaşın müraciəti ilə yerində tanış olub
    Dünən, 16:44 | Bakıda məşhur restorandakı yanğın söndürüldü - Foto/Video
    Dünən, 16:21 | Yeni tələb müəllimlərin narazılığına səbəb oldu - "Auditoriyada dərs keçmək özü işgəncədir"
    Dünən, 16:19 | Qara dənizdə yük gəmizi batdı: 12 Türkiyə vətəndaşı itkin düşdü
    Dünən, 16:07 | Bakıda obyekt yanır: bu yol bağlandı - Video
    Dünən, 14:57 | Azərbaycan–NATO tərəfdaşlığının hazırkı vəziyyəti müzakirə olunub
    Dünən, 14:42 | Ermənistanda saxlanılan Azərbaycan hərbçisinin cinayət işi məhkəməyə göndərilib
    Dünən, 14:30 | İşdən çıxarılan generala yeni vəzifə verildi
    Dünən, 14:28 | Dəniz kənarı ilə gedən avtobusun hərəkət sxemi dəyişdirildi
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.