Qısqanc ər arvadını ağzında bomba partladaraq öldürdü
Taylandın Mae Honq Son əyalətində 54 yaşlı Yon adlı kişi qısqanclıq zəminində həyat yoldaşını vəhşicəsinə qətlə yetirib. Mediaxeberleri.Az xəbər verir ki, sərxoş olan Yon arvadının boğazına bomba qoyub və onun partlamasını izləyib. Hadisə yerinə gələn polis Luenin cansız cəsədini tapıb. Yon qətl ittihamlarını rədd edib və arvadını bir təcavüzkarın öldürmüş ola biləcəyini iddia edib. Qonşuların dediyinə görə, o, sərxoş olanda arvadı ilə tez-tez mübahisə edib və həddindən artıq qısqanc olub. Polis ölüm səbəbini təsdiqləmək üçün Luenin cəsədini yarılması üçün xəstəxanaya aparıb. Hadisə ilə bağlı araşdırma aparılır.
Oxunub: 317
Xəbəri paylaş
Paylaş: