Rusiyada yeni QANUN: Bəzi şəxsləri vətəndaşlıqdan məhrum edə bilərlər
Rusiyada vətəndaşlıq almaq istəyən əcnəbilərin ölkədə hərbi qeydiyyata düşməyi məcburi olub. Mediaxeberleri.Az bu barədə "RIA Novosti" agentliyinə istinadən xəbər verir. Qeyd olunub ki, sözügedən qaydanı tətbiq etməyə imkan verən qanun Rusiya Dövlət Duması tərəfindən qəbul olunub. Həmçinin, Rusiya vətəndaşlığını yeni əldə edən şəxslər hərbi komissarlıqda qeydiyyatdan keçməsələr, bu onun vətəndaşlığına xitam verilməsi üçün əsas olacaq. Qəbul edilən qayda, həmçinin, qeydiyyat və vətəndaşlığın alınması proseslərinin sinxronlaşdırılmasını da tələb edir.
Oxunub: 338
Xəbəri paylaş
Paylaş: