Mediaxeberleri.az
    
  • Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
    Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
  • 
  • Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
    Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
  • 
  • “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
    “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
  • 
  • Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
    Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
  • 
  • Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
    Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
  • 
  • Zeytun Festivalının açılışı olub - Foto
    Zeytun Festivalının açılışı olub - Foto
  • 
  • Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
    Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
  • 
  • Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
    Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
  • 
  • Aqroservisin sədri həbs edildi
    Aqroservisin sədri həbs edildi
  • 
  • Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
    Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
  • 
  • Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
    Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
  • 
  • Kiçik pomidorlarda böyük təhlükə!
    Kiçik pomidorlarda böyük təhlükə!
  • 
  • Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
    Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
  • 
  • "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
    "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
  • 
  • Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
    Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
  • 
  • "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
    "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
  • 
  • "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
    "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
  • 
  • Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
    Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
  • 
  • Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
    Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
  • 
  • VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
    VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
  • 
  • Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
    Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu

Son xəbərlər :
  • Birdəfəlik müavinətlərin ödəniləcəyi tarix açıqlandı
  • Prezidentin Dublin səfəri Bakı üçün niyə əhəmiyyətlidir?
  • Nazirlər Kabinetindən bu nazirliklə bağlı vacib qərar
  • Xalq artisti onların pensiya yaşı ilə bağlı narazılığını bildirdi
  • Bakıda kafedə insident: saxlanılanlar var - Rəsmi
  • Güclü külək əsəcək - Sarı və narıncı xəbərdarlıq
  • Rusiyadan bu ölkəyə tələb: NATO-dan çıx!
  • Məhkəmədən Ramiz Əzizbəylinin kürəkəni ilə bağlı qərar
  • 13-cü dəfə Avropa çempionu oldu - Foto
  • Dublində İlham Əliyevlə Paşinyanın görüşü... - Deputat
  • Bu şəxslərin maaşının artırılması təklif olunur
  • Rus ordusu daha iki kəndi işğal etdi
  • Fransa ilə oyun öncəsi Türkiyə millisində ciddi itki
  • Qışa hazırlıqla bağlı müşavirələr keçirildi - FOTOLAR
  • Motosikletlə məktəblini vurub qaçdı - VİDEO
  • Real ehtiyaclara əsaslanan planlaşdırma: Ev təsərrüfatlarının uçotu niyə vacibdir?
  • Polad Həşimovun anasının vəziyyəti ilə bağlı xəbər var
  • Bu türk ölkəsində yeni təbii qaz yatağı kəşf edildi
  • Tiktokda icra başçısını təhqir etdi, həbs olundu
  • Bakıda baş redaktor həbs edildi - Foto
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

ANA DİLİMİZ - VARLIĞIMIZIN EVİDİR! – Evimizi və dilimizi qoruyaq!

  • Tarix: 31-07-2024, 16:27

Etibar Əliyev, millət vəkili, fəlsəfə üzrə fəlsəfə doktoru

“Ana dili millətin mənəvi diriliyidir.” 

Firudun bəy Köçərli

Ana dilimiz haqqında saysız-hesabsız kitablar, məqalələr yazılıb. Dilimizin fəlsəfəsi haqqında yazılan əsərlərin sayı yox səviyyəsindədir. Bu təbiidir. Əgər Ali məktəblərdə “Fəlsəfə” fənninin tədrisi məhdudlaşdırılıbsa, dilin fəlsəfəsindən danışmağa dəyməz.

Ali məktəblərdə “Analitik fəlsəfə”nin tədrisi vacibdir. Ana dilimizin fəlsəfəsini Əhməd bəy Ağaoğlunun, Məhəmməd Əmin Rəsulzadənin, Firudun bəy Köçərlinin, Yusif Vəzir Çəmənzəminlinin, İsa Hüseynovun və digər yazıçı mütəfəkkirlərin əsərləri vasitəsilə qavramaq mümkündür. Xarici klassiklərin əsərlərinin dilimizə səhih tərcüməsi dilimizin zənginliyindən xəbər verir, dilin gözəlliyinə heyran olursan. Burada Çərkəz Qurbanlının, Vilayət Hacıyevin, Aydın Məmmədovun, Natiq Səfərovun, Qorxmaz Quliyevin tərcümələri mütləq qeyd olunmalıdır.

Təbii və süni dil!

2500 il bundan öncə Platon “Kratil” dialoqunu dilin fəlsəfəsinə həsr edib. Kratillə Germogen dil haqqında mübahisə edirlər. Kratil adların təbiiliyini, yəni onların nəsnələrin təbiətinə uyğun gəldiyini israr edir. Nəsnələr doğulur, yaranır, yaxud kəşf olunur. Onun adı, yarandığı andan etibarən mahiyyəti ilə uyğunluq təşkil edir. Germogen isə hesab edir ki, adlar nəsnələrə insanlar tərəfindən təsadüfən verilir. Nəsnələr insanın qarşısında peyda olur və ya ona təqdim edilir, o da ilk dəfə gördüyü predmetə ad verir. Kratilin tutduğu mövqe insanlar arasında tarixən qərarlaşmış təbii dilə, Germogenin fərziyyəsi isə ondan fərqli olaraq, tarixi və psixoloji ənənələrdən kənar və məqsədli surətdə yaradılan süni dilə uyğun gəlir. Zaman ötdükcə süni dilin təbii dil üzərində fəallaşan eroziya prosesi dirini öldürmək, təbii olanı süniləşdirmək kimi təhlükələr yaradır.

Əsl filosof, əsl şair, əsl yazıçı dilə, onun təmiz səsinə qulaq asır, onu özündə üzə çıxarır. Bu zaman onların dedikləri boşboğazlıq yox, yaradıcılıq, dünyanın yeni, hələ bu vaxta qədər görünməmiş tərəflərinin açılmasıdır. Təsadüfi deyildir ki, dilin saflığı “ilkin poeziyada” axtarılır.

Dilimizdə xarici terminlərin istifadəsi dilin təbiliyinə xələl gətirirmi?

Dilçi alimlər bu məsələni tədqiq etməlidirlər. Bu problemin iclaslar səviyyəsində qaldırılması azdır. Məsələn, mən deyirəm: “Anar məktəbi bitirib, yığışıb evdən getdi.” Bizim çoxumuz bu cümlədəki mənanı başa düşməyəcəyik. Lakin desəm ki, Anar abituriyent oldu. Onda söhbətin nədən getdiyini hamımız başa düşəcəyik. Abituriyent - latın dilində “yığışıb gedirəm” mənasını verir. Dilimiz digər dillər kimi xarici terminlərə həssasdır, lakin həmin terminləri işlətmək qaydalarına mütləq riayət olunmalıdır.

İnsan dil hesabına insandır, əlbəttə ki, burda metafora xüsusi yer tutur. Sözdə metafora məxsusi rol oynayır, dili gözəlləşdirir. Dil istər-istəməz metaforanın kristalına düşür. Təəssüflər olsun ki, metafora mövzusuna elmi tədqiqatlarda az rast gəlinir.

Bütün dillərin təkamül tarixi sadə cümlələrin qurulması ilə başlayır və zaman keçdikcə, həm sintaksis, həm də semantik məzmun baxımından mürəkkəbləşən mərhələyə qədər davam edir. Sadədən mürəkkəbə doğru bu irəliləyiş zamanı ünsiyyət üçün öncə ən ağır yük feillərin üzərinə düşür. Daha sonra isim, sifət, zərf əlavə olunur və cümlənin həcmi artır. Və ilk sözün zərurətdən irəli gələrək, felin əmr formasında yarandığını düşünə bilərik. Əmr forması ünsiyyət zamanı böyük rol oynayır və ondan istifadə edərkən, çox ehtiyatlı olmağı tələb edir. Düzgün istifadə edilmədikdə isə bu, arzuolunmaz nəticələrə gətirib çıxara bilir.

Bu məntiqlə Azərbaycanda Felə heykəl qoyulmalıdır!

Dilçilik təlimi cəmiyyətdə yaranır və yazıçılar tərəfindən müəyyənləşir, təsdiq edilir, əksər hallarda dilçilik institutları tərəfindən tənzimlənir, nizama salınır, yönəldilir. Cəmiyyət, yazıçılar, dilçilik institutları üzərlərinə düşən vəzifələri heç də hər zaman yerinə yetirmirlər. Son həlledici faktor dövlətdir. Azərbaycanda Ümummilli liderimiz Heydər Əliyevin və Prezident İlham Əliyevin dilimizə göstərdikləri yüksək qayğı göz önündədir. Dövlətimizin başçısının dilimizin inkişafı haqqında çağırışları örnəkdir, nümunədir.

Cəmiyyətin tələbatının ölçüsü yoxdur. Məsələn, Qarabağ mövzusu bitib-tükənməz mövzudur. Biz yazıçı və şairlərdən yeni əsərlər gözləyirik. Bir çox hallarda isə yazılan əsərlərin dili və məzmunu qıraqda qalır və əsərin müəllifinə yağdırılan təriflər mətni arxa plana çəkir. Dilçilik institutları yalnız tərifçiliklə məşğul olurlarsa onda tənqidə ehtiyac qalmır.

Dillər son dərəcə rəngarəng ifadə vasitələrinə malikdir və bir dildə kəskin emosional mənaya malik olan söz digər dildə neytral xarakter daşıya bilər. Məsələn, “sən yaşamağı bacarmırsan” Çin dilində ağır söyüşdür. Azərbaycan dilinə birbaşa tərcümədə isə nəsihət kimi qəbul oluna bilir. Dil özünə dialektik münasibət tələb edir: bir tərəfdən sadələşməyi, digər tərəfdən mürəkkəb fikirlərin ən incə çalarlarını əks etdirməyi...

İstənilən mədəniyyətin deqradasiyası dilin primitivləşməsinə səbəb olur. Yüz il bundan əvvəl yaşamış ziyalılarımız indiki qəzetləri oxusaydılar, bəlkə də, deyərdilər ki, bu, Azərbaycan dili deyildir.

XX əsrin əvvəllərində minillik mədəniyyətimizin ənənələrini dövrün tələbləri ilə üzvi vəhdətdə birləşdirən ziyalılarımızın həmin əsrin 30-cu illərində kütləvi şəkildə məhv edilməsi dilimizə ağır zərbə vurdu. Bugünkü təhsil sistemimizin yetişməkdə olan gənc nəsildə formalaşdırdığı dil yarımsavadsızlığı bu prosesi dərinləşdirib uçurum səviyyəsinə çatdırmışdır. Yeganə çarə inkişafın yeni məqamında klassiklərimizə qayıtmaq, insan hisslərinin və düşüncələrinin ən incə çalarlarını ifadə etmək qabiliyyəti ilə kompüter ifadə tərzinin dəqiqliyini birləşdirən bir dilə nail olmaqdır.

Dil haqqında ən mükəmməl aforizm isə böyük alman filosofu Martin Haydeggerə məxsusdur: “Dil varlığın evidir!”

Bizim varlığımızın da evi dilimizdir. Evimizi və dilimizi qoruyaq!


Oxunub: 1 361
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Dünən, 18:18 | Birdəfəlik müavinətlərin ödəniləcəyi tarix açıqlandı
    Dünən, 18:16 | Prezidentin Dublin səfəri Bakı üçün niyə əhəmiyyətlidir?
    Dünən, 18:14 | Nazirlər Kabinetindən bu nazirliklə bağlı vacib qərar
    Dünən, 17:22 | Xalq artisti onların pensiya yaşı ilə bağlı narazılığını bildirdi
    Dünən, 17:15 | Bakıda kafedə insident: saxlanılanlar var - Rəsmi
    Dünən, 17:14 | Güclü külək əsəcək - Sarı və narıncı xəbərdarlıq
    Dünən, 16:29 | Rusiyadan bu ölkəyə tələb: NATO-dan çıx!
    Dünən, 16:27 | Məhkəmədən Ramiz Əzizbəylinin kürəkəni ilə bağlı qərar
    Dünən, 16:26 | 13-cü dəfə Avropa çempionu oldu - Foto
    Dünən, 15:30 | Dublində İlham Əliyevlə Paşinyanın görüşü... - Deputat
    Dünən, 15:13 | Bu şəxslərin maaşının artırılması təklif olunur
    Dünən, 15:07 | Rus ordusu daha iki kəndi işğal etdi
    Dünən, 14:36 | Fransa ilə oyun öncəsi Türkiyə millisində ciddi itki
    Dünən, 14:34 | Qışa hazırlıqla bağlı müşavirələr keçirildi - FOTOLAR
    Dünən, 14:31 | Motosikletlə məktəblini vurub qaçdı - VİDEO
    Dünən, 14:30 | Real ehtiyaclara əsaslanan planlaşdırma: Ev təsərrüfatlarının uçotu niyə vacibdir?
    Dünən, 14:26 | Polad Həşimovun anasının vəziyyəti ilə bağlı xəbər var
    Dünən, 14:24 | Bu türk ölkəsində yeni təbii qaz yatağı kəşf edildi
    Dünən, 14:21 | Tiktokda icra başçısını təhqir etdi, həbs olundu
    Dünən, 14:20 | Bakıda baş redaktor həbs edildi - Foto
    Dünən, 07:15 | Putin yalnız bu halda geri çəkiləcək - ABŞ-dan bəyanat
    Dünən, 06:56 | "TikTok"da 300 min manatlıq dələduzluq: Saxlanılanlar var - Video
    Dünən, 06:50 | Xərçəngin dərmanı tapıldı: Satışına başlanılır
    Dünən, 06:45 | Cümə, 13 noyabr: Təhlükəli tərəfi nədir və niyə "dünyanın sonu" adlanır?
    Dünən, 06:43 | İlham Əliyev dəyirmi masada iştirak etdi
    Dünən, 06:42 | Çox çay içənlərin diqqətinə!
    Dünən, 06:40 | ML: Türkiyə və Fransa məğlub oldu
    12-11-2026, 23:34 | İlham Əliyev Kiriakos Miçotakislə görüşdü
    12-11-2026, 23:32 | Azərbaycan ən iri neft təchizatçımızdır - Babiş
    12-11-2026, 23:04 | Bakıda vərəm xəstələri görüntülü zənglə izlənilir?
    12-11-2026, 23:02 | Türkiyəli "mafiya babası" Azərbaycanda saxlanıldı
    12-11-2026, 23:00 | ABŞ-da neft hasilatı rekord həddə çatdı
    12-11-2026, 21:26 | Türkiyədə helikopter qəzası: 4 hərbçi şəhid oldu
    12-11-2026, 21:25 | Dublində Əliyevlə Paşinyanın görüşü keçirildi - Video
    12-11-2026, 21:22 | Nəvəsinin andiçməsindən sonra itkin düşmüşdü - Meyiti tapıldı
    12-11-2026, 19:58 | KƏLƏMİN GİZLİ GÜCÜ: BAĞIRSAQLARDAN İMMUN SİSTEMİNƏ QƏDƏR NƏYƏ FAYDALIDIR?
    12-11-2026, 19:53 | Tramp Meksikanı hədələdi
    12-11-2026, 19:51 | Bilal Qurbanov tamblinq üzrə dünya çempionatında gümüş medal qazandı
    12-11-2026, 19:49 | Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşdü
    12-11-2026, 19:08 | İmran Əliyev və Elgiz Qəhrəmana hökm oxundu
    12-11-2026, 19:05 | Sınaq başa çatdı: xoşbəxtlik və firavanlıq dövrünə qədəm qoyacaq BÜRC
    12-11-2026, 18:36 | Respublika üzrə 11 ədəd modul tipli məktəb binalarının quraşdırılması işlərinin 5.6 milyon xərclənəcək
    12-11-2026, 18:34 | FHN strukturlarında Konstitusiya Günü ilə bağlı tədbirlər keçirildi
    12-11-2026, 18:32 | MN məlumat yaydı: Azərbaycan və Türkiyə arasında...
    12-11-2026, 17:41 | Azərbaycana yeni təlim təyyarələri gətiriləcək
    12-11-2026, 17:39 | Qadınların kişilərdən daha çox yaşamasının səbəbi bu imiş - Professordan izah
    12-11-2026, 17:37 | Bir ailənin 9 üzvü plov və pomidor turşusundan zəhərləndi
    12-11-2026, 17:35 | Bakıda külək güclənəcək - Xəbərdarlıq
    12-11-2026, 16:11 | Baş Nazirdən Əli Əhmədovla bağlı QƏRAR
    12-11-2026, 16:10 | Aslan Fətullayev dəfn olundu - Foto
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.