Rüfət Həmzəyev vəzifəsindən azad edildi
AzTV-nin sədr müavini Rüfət Həmzəyev vəzifəsindən azad edilib. Mediaxeberleri.Az xəbər verir ki, AzTV-nin mətbuat katibi Rüfət Seyidov faktı Konkret.az-a təsdiqləyib. O bildirib ki, Rüfət Həmzəyev artıq AzTV-də çalışmır. Əldə etdiyimiz məlumata görə, Rüfət Həmzəyev ingilisdilli telekanala rəhbər təyin edilib. Artıq Rüfət Həmzəyevin adı AzTV-nin saytında sədr müavini vəzifəsini bildirən məlumat hissəsindən çıxarılıb.
Oxunub: 282
Xəbəri paylaş
Paylaş: