Haniyənin qisasını almaq İranın borcudur - Xamenei
İsmayıl Haniyənin qisasını almaq İranın borcudur. Mediaxeberleri.Az xəbər verir ki, bunu İranın ali lideri ayətullah Əli Xamenei deyib. Onun sözlərinə görə, bunun səbəbi İsmayıl Haniyənin İran torpaqlarında şəhid olmasıdır: “Haniyəni qətlə yetirməklə İsrail özü üçün ağır cəzaya zəmin yaratdı”. Xatırladaq ki, İ.Haniyə iyulun 31-də Tehranda öldürülüb. O, İranın yeni Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün Tehrana gəlmişdi.
Oxunub: 314
Xəbəri paylaş
Paylaş: