Aviabilet qiymətləri kəskin ARTDI
Aviabilet qiymətləri kəskin bahalaşıb. Mediaxeberleri.Az-ın məlumatına görə, bu artım Rusiyadan Azərbaycana, eləcə də Azərbaycandan Rusiyaya olan uçuşlarda daha çox hiss olunur. Belə ki, biletlərin ən baha olduğu istiqamət Novosibirsk şəhəridir. Ekspertlər bu artımı çoxlu sayda rus turist kütləsinin Avropaya çıxışının məhdudlaşdırılması ilə əlaqələndirirlər. Sıxlıq xüsusən də yay aylarında, iyun, iyul, avqustda ənənəvi olaraq hər il yaşanır. Ekspertlərin sözlərinə görə, növbəti aylarda qiymətlər ucuzlaşacaq. Qiymət artımının qarşısını almaq üçün vətəndaşlara biletlərin bir neçə ay əvvəldən almaq məsləhət görülüb. Ətraflı süjetdə:
Oxunub: 203
Xəbəri paylaş
Paylaş: