DSX-dən sosial şəbəkələrdə yayılmış görüntü ilə bağlı AÇIQLAMA
Sosial şəbəkələrdə Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşının vətəndaşa qarşı təhqiramiz hərəkəti ilə əlaqədar yayılmış videogörüntü ilə bağlı DSX-də araşdırma aparılıb. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə DSX-nin Mətbuat Mərkəzi məlumat yayıb. Qeyd olunub ki, hərbi qulluqçu şəxsi avtomobilində xidmət yerinə hərəkət edərkən 3 nəfər mülki şəxsin təhqiramiz ifadələrinə stres vəziyyətində cavab verib. Hadisə yerində polis əməkdaşının olması barədə məlumatlar həqiqəti əks etdirmir.
Oxunub: 189
Xəbəri paylaş
Paylaş: