Dünya rekordçusu öldü
Konkisürmə üzrə 500 metr məsafəyə qaçışda dünya rekordçusu, Yuri Sergeyev 99 yaşında vəfat edib. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə Rusiya Konkisürmə İttifaqının Telegram kanalında məlumat verilib. Qurum əfsanəvi idmançının ailəsinə və yaxınlarına başsağlığı verib. Ölümün səbəbləri açıqlanmır. Sergeyev 1952-1956-cı illərdə 500 metr məsafəyə qaçışda dünya rekordu vurub. Bu müddət ərzində o, nailiyyətini dörd dəfə yaxşılaşdırıb. Sergeyev 1956-cı il Olimpiya Oyunlarının iştirakçısı, SSRİ-nin əməkdar idman ustası və ölkənin əməkdar məşqçisi olub.
Oxunub: 197
Xəbəri paylaş
Paylaş: