Gəncədə tuneli su basdı: Nazirlik hərəkətə keçdi - Video
Gəncədə sel ciddi fəsadlar törədib. Mediaxeberleri.Az APA-ya istinadla xəbər verir ki, şəhərin çıxışında Gəncə-Bakı yolunun Nizami məqbərəsində körpünün altına sel sulları dolub. Nəticədə magistal yol tam bağlanıb, sürücülər alternativ yolla hərəkət edirlər. Qeyd edək ki, qərb bölgəsində yağışlı hava davam edir. *** Bakı-Gəncə magistralında körpünün altına sel suları yığıldığından sürücülər alternativ yoldan istifadə edirlər. Alternativ yol kimi istifadə olunan üst yolda torpaq sürüşməsi baş verib və asfalt qatının bir hissəsi çöküb. Yolun altından keçən suötürücüdən həddən artıq su keçməsi nəticəsində boru ilə asfalt qatı arasındakı torpaq yuyularaq aşınıb. *** Bakı-Gəncə magistralında körpünün altına sel suları yığılan əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. FHN-in Gəncə Regional Mərkəzinin qüvvələri tərəfindən suyun çəkilməsinə başlanıb. *** İntensiv yağan yağışlarla əlaqədar Gəncə şəhərinin Nizami küçəsində yerləşən tunelin subasmaya məruz qalması və avtomobillərin yolda hərəkəti üçün çətinlik yaranması barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub. Bu barədə FHN Mətbuat xidməti məlumat yayıb. Məlumat əsasında əraziyə cəlb edilən FHN-in Gəncə Regional Mərkəzinin qüvvələri tərəfindən subasmaya məruz qalmış tuneldən suyun çəkilərək kənarlaşdırılması və avtomobillərin sərbəst hərəkəti təmin edilib.