Prokurorluq: Ucarda arvadını öldürən kişi könüllü olaraq polisə təslim olub
- 29-07-2024, 08:12
- 1 104
Ucarda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub.
Ucar rayon prokurorluğundan APA-ya verilən məlumata görə, iyulun 28-də saat 15 radələrində Ucar rayonu ərazisində 1993-cü il təvəllüdlü Rəvanə İsmayılovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırmalarla 1979-cu il təvəllüdlü Kamil Qarayevin arvadı Rəvanə İsmayılovaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Ucar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Hadisədən sonra könüllü olaraq polisə təslim olan Kamil Qarayev prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.
Комментарии (0)