Bakıda restoran sahibinin özbaşınalığının qarşısı alındı
Bakının Yasamal rayonu, Məmməd Rahim küçəsində restoran sahibi tərəfindən zəbt edilən səki ilə bağlı müvafiq qurum tədbir görüb. Bununla bağlı Yasamal Rayon İcra Hakimiyyətindən məlumat verilib. Bildirilib ki, Yasamal Rayon Mənzil Kommunal-Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən səkiyə bərkidilən dirəklər sökülüb, ərazi təmizlənib. Bakının Yasamal rayonu, Məmməd Rahim küçəsində restoran açılıb, səki zəbt edilib. Belə ki, obyektin stol və stulları ilə yolu bağlayıblar. Sakinlər bildiriblər ki, bu maneə səbəbindən istiqamətlərini dəyişmək məcburiyyətində qalırlar. Sözügedən restoranın sahibi Orxan Allahverdiyev bildirib ki, aidiyyəti qurumlar dəfələrlə iaşə obyektini cərimələyib: "Oranın kimə ziyanı var? Onsuz da obyekt ziyana işləyir", - deyə O.Allahverdiyev bildirib. Ətraflı "ATV Xəbər"in süjetində: