Mediaxeberleri.az
    
  • “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
    “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
  • 
  • Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
    Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
  • 
  • Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
    Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
  • 
  • Xalqımızın milli kimliyini və özünəməxsusluğunu yaşadan dəyər - Kəlağayı
    Xalqımızın milli kimliyini və özünəməxsusluğunu yaşadan dəyər - Kəlağayı
  • 
  • Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
    Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
  • 
  • Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
    Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
  • 
  • “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
    “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
  • 
  • Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
    Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
  • 
  • Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
    Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
  • 
  • Zeytun Festivalının açılışı olub - Foto
    Zeytun Festivalının açılışı olub - Foto
  • 
  • Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
    Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
  • 
  • Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
    Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
  • 
  • Aqroservisin sədri həbs edildi
    Aqroservisin sədri həbs edildi
  • 
  • Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
    Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
  • 
  • Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
    Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
  • 
  • Kiçik pomidorlarda böyük təhlükə!
    Kiçik pomidorlarda böyük təhlükə!
  • 
  • Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
    Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
  • 
  • "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
    "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
  • 
  • Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
    Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
  • 
  • "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
    "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
  • 
  • "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
    "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto

Son xəbərlər :
  • Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək
  • Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - YENİLƏNİB
  • Ərdoğan: "Bəşəriyyət ən ağır iqlim böhranlarından biri ilə üz-üzə qalıb"
  • Minaya düşən traktorçunun bir əli amputasiya olundu
  • DYP adından saxta cərimə mesajları göndərilir
  • Azərbaycanda taksi qiymətləri artacaq?
  • Lixtenşteyn - Azərbaycan oyununun hakimləri bəlli oldu
  • Ev almaq istəyənlərin nəzərinə - 13 Noyabrdan...
  • Əbu-Dabidə danışıqların ikinci raundu başa çatdı
  • Onların DSMF-yə borclarını silmək mümkün deyil...
  • Ərdoğan və Əliyev arasında səmimi görüntülər - Video
  • Onlara mənzil əvəzinə pul verilsin – Təklif
  • "Ev təsərrüfatlarının aktivlərinin uçotu ilə bağlı qərarın mahiyyəti vətəndaşlara vaxtında izah edilməlidir"
  • Tahir Kərimli: “Coca-Cola”, “KFC”, “McDonald’s”, “BMW”, “Mercedes-Benz” kimi böyük şirkətlərlə bağlı tədbir görülməlidir
  • Timoteuş Puxaç “Sabah”dan gedir?
  • Noyabrın 12-də hava belə olacaq
  • Əmək məzuniyyətinin pul kompensasiyası ilə əvəz edilməsinin səbəbi açıqlanıb
  • Astarada mikroavtobus aşıb, 4 nəfər xəstəxanaya yerləşdirilib
  • Dağ kəndlərində qaz və işıq limitləri ləğv olunsun - Təklif
  • Bu uşaqlara görə verilən müavinətlə bağlı yenilik
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Professor Hüseyn Xəlilovun 85 illik yubileyi keçirildi

  • Tarix: 19-07-2024, 16:42

"Qazax" Xeyriyyə İctimai Birliyi və Ağstafa Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə İctimai Birliyinin Fəxri üzvü, Bakı Dövlət Universitetinin Qazax filialının Riyaziyyat və informatika kafedrasının müdiri, professor Hüseyn Xəlilovun 85 illik yubileyi keçirildi. Yubileydə Şəhid ailələri, Qazilər, Ağstafa RİH-nin rəsmi nümayəndələri, ziyalılar, Hüseyn Xəlilovun ailə üzvləri, tələbələri, şairlər, elm adamları iştirak edirdilər.

İlk olaraq Hüseyn Xəlilov tədbiri giriş sözü ilə açaraq, yubiley iştirakçılarını salamladı. Yubiley tədbirinin keçirilməsində diqqət və qayğısı olan hər kəsə, xüsusilə "Qazax" Xeyriyyə İctimai Birliyi İdarə heyətinin sədri, professor İlham Pirməmmədova, Ağstafa RİH-nin başçısı cənab Seymur Orucova, yubiley tədbirinə dəvəti qəbul edib gələn bütün qonaqlara təşəkkürünü bildirdi.

Sonra söz Ağstafa RİH-nin başçısının müavini Lalə Eyyubovaya verildi. Lalə Eyyubova Hüseyn Xəlilovu cənab Seymur Orucovun və Ağstafa rayon İcra Hakimiyyətinin əməkdaşları adından salamlayaraq təbriklərini çatdırdı: "Bu gün biz dəyərli bir müəllimin, ziyalı insanın yubiley tədbirində iştirak edirik. Biz hər zaman Hüseyn müəllimlə fəxr etmişik. Onun elmi və ictimai fəaliyyəti bizə örnək olub. Hüseyn müəllim əsl müəllim ömrü yaşayan ziyalıdır. Onun təmiz, təmənnasız, halal ömrü gənc nəslə nümunədir. Hüseyn müəllim, 85 illik yubileyiniz mübarək. Sizə uzun ömür, möhkəm can sağlığı arzulayırıq".

"Qazax" Xeyriyyə İctimai Birliyi adından Mətbuat xidmət rəhbəri Səbinə Yusif qonaqları salamladı. Hüseyn Xəlilovu İlham Pirməmmədovun və İctimai Birliyin bütün üzvlərinin adından təbrik etdi: "Hüseyn müəllim, sizin fəaliyyətiniz İlham müəllim tərəfindən, eləcə də bütün ziyalılar tərəfindən yüksək qiymətləndirilir. Azərbaycanın hüdudlarından kənarda Azərbaycan həqiqətlərini bütün dünyaya çatdırmağınız qürurverici hissdir. Siz həqiqət cəbhəsinin vətənpərvər müəllimisiniz. Sizi 85 illik yubileyiniz münasibətilə İlham Pirməmmədovun, İctimai Birliyin bütün üzvlərinin adından təbrik edirik. Sizə uzun ömür, can sağlığı, yeni-yeni elmi nailiyyətlər arzulayırıq".

 Şəhid ataları adından müharibə veteranı Vaqif Nəsibov, "Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı" Qazax rayon Şöbəsi adından Qazi Namiq Alıyev və "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri" İctimai Birliyinin Qazax Rayon filialının sədri Xasay Balayev çıxış edərək Hüseyn Xəlilovun 1990-cı illərdə Birinci Qarabağ müharibəsinin ən çətin vaxtlarında orduya göstərdiyi diqqət və qayğıdan qürur hissi ilə danışdılar. "Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı" Qazax rayon Şöbəsinin və "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri" İctimai Birliyinin Qazax Rayon filialının adından Hüseyn Xəlilov Fəxri Diplomla təltif olundu.

"Qazax" Xeyriyyə İctimai Birliyinin üzvləri Zaməddin Ziyadoğlu, Rafail İncəyurd, Valeh Məmmədov, Elman Yolçuyev, Ələddin Qarayev, Elçin Nəsibov, Vüqar Əsədoğlu, Qəvvaz Əhmədov çıxış edərək, Hüseyn Xəlilovun İctimai Birliyin fəaliyyətində uğurlu və müstəsna xidmətlərindən danışdılar. Hüseyn müəllimin ömrünü xalq yolunda yanan işığa bənzətdilər: "Hüseyn müəllim, siz bizim hamımızın fəxrimizsiniz. Sizin yaşadığınız ömrə nəzər edəndə aydın görünür ki, siz gələcəyimiz olan gənclərin elm və təhsil almasında, vətənin bütövlüyü uğrunda öz ömrünüzü işıq etmisiniz. Sizin vətənpərvərliyinizə,

torpaqcanlı olmanıza, səmimiyyətinizə, uzaqgörənliyinizə, çətinliklərə sinə gərməyinizə,

hədsiz hövsələli olmağınıza, polad iradəliliyinizə, əyilməyən vüqarınıza, özünüzə və İctimai Birliyin

üzvlərinə tələbkarlığınıza, hər birimizi sona qədər diqqətlə dinləmənizə, tələsmədən

doğru nəticə çıxarmanıza hər zaman qibtə etmişik. Siz insanlara, örnəksiniz. Biz sizinlə fəxr edirik". 

İctimai Birliyin İdarə heyətinin qərarı ilə Hüseyn Xəlilov "Qazax" Xeyriyyə İctimai Birliyinin yaradılmasında və fəaliyyətində xüsusi xidmətlərinə, İctimai Birliyin Qazax və Ağstafa rayonlarında təşkil etdiyi bütün tədbirlərində iştirak etdiyinə, eləcə də riyaziyyat elminin inkişafında göstərdiyi misilsiz xidmətlərinə görə və anadan olmasının 85 illik yubileyi münasibətilə "Xalq şairi Səməd Vurğun adına diplom"la təltif olundu. Rafail İncəyurd "Xalq şairi Səməd Vurğun adına diplom"u Hüseyn Xəlilova təqdim etdi.

Hüseyn Xəlilovun tələbələri adından Qənimət Səfərov çıxış edərək müəlliminə olan arzularını tədbir iştirakçıları ilə bölüşdü: "Qazax mahalının dəyərli ziyalıları, hörmətli ağstafalılar, hər birinizi bu dəyərli gündə salamlamaqdan çox şadam. Mən Hüseyn müəllimin tələbəsi olmuşam. Hüseyn Xəlilovu 1976-cı ilin axırlarından tanıyıram. O dövrdə ali məktəblərə rüşvətlə, yaxın qohumluqla, yuxarı vəzifədə olanların tapşırığı ilə oxumaq normal sayılırdı. Amma mən institutda tanış, biliş, dayı və əmi olmadan mehribanlıq və hörmətlə qarşılandım. İlk gündən Hüseyn müəllimin zabitəliliyini, səmimiyyətini, kamillikdən doğan sadəliyini, rastlaşdığı hər bir insana qayğı ilə yanaşdığı gördüm. Hazırlıq kursunda dərslər başlayandan bir

neçə gün sonra fakültənin komsomol təşkilatının katibi seçildim. Fakültənin dekanı da Hüseyn Xəlilov idi. 

Tələbələrin fəaliyyəti ilə bağlı tez-tez fakültənin dekanıyla görüşməli olduğumdan Hüseyn müəllimi

yaxından müşahidə etməli olurdum. O, böyük dinləmə qabiliyyəti olan, tərəf müqabilinin kim olmasından asılı olmayaraq, ona çox hörmətlə yanaşan birisi kimi yaddaşımda qaldı. Təmənnasızlığı isə tamam başqa bir aləm idi. Bu müsbət, insani keyfiyyətlərinə görə biz bir tələbə olaraq həmişə onunla fəxr etmişik və Hüseyn müəllimə bənzəməyə çalışmışıq. Hüseyn müəllim, siz bizim fəxrimizsiniz. Sizə yalnız və yalnız hər zaman olduğu kimi mənalı həyat arzulayırıq. Yubileyiniz mübarək".

Şair-publisist, Ağstafa Yazıçılar Evinin rəhbəri Aydın İbrahimoğlu, DTX-nin ehtiyatda olan polkovniki Məzahir Əliyev, AZTU-nun təqaüddə olan müəllimi, mühəndis Yusif Yaqubəli, şair Şirin Namazov, Ağstafa rayon Ağsaqqallar Şurasının sədr müavini Cəmaləddin Rzayev Hüseyn müəllimin insanlığından, böyük mənəvi dəyərlərə sahib olmasından, vətənpərvərliyindən danışdılar: "Hüseyn müəllim sözün əsl

mənasında ağsaqqaldır, bu adın ağırlığına da, sanbalını da hiss edir, çalışır ki, bu müqəddəs adı doğrultsun, daha da ucaltsın.

Hüseyn müəllim təvazökarlıq mücəssiməsidir və ondan öyrəniləsi çox mətləblər var. O, gözəl insan və gözəl alim xüsusiyyətlərini özündə çəmləşdirmiş kamil ziyalılarımızdandır".

Əfsanəvi hərbçi, Birinci Qarabağ müharibəsində qanı, canı ilə Vətənin keşiyini çəkən, keçdiyi şərəfli döyüş yoluna görə el arasında "Qrad Maksud" kimi şöhrət qazanmış Maksud Aşurov Hüseyn müəllimi təbrik edərək, onun vətənpərvərliyindən, "Qazax Xeyriyyə" Cəmiyyətində (ilk adı) olan fəaliyyətindən qürur hissi ilə danışdı: "Hörmətli yubiley iştirakçıları, mən də bu gün xoşbəxtəm ki, Hüseyn Xəlilovun 85 illik yubileyinə dəvət almışam. Hüseyn müəllimi həm eloğlum, həm böyük şəxsiyyət, alim, ziyalı kimi bütün qazaxlılar, ağstafalılar kimi mən də yaxşı

tanıyıram. Hüseyn müəllim haqqında söz demək mənim üçün fəxrdir. Mən 1990-cı illəri xatırlamaq istəyirəm. Çox çətin vaxtlar idi. Müharibə gedirdi. Silah tapılmırdı. Bakıdan "Qazax Xeyriyyə" Cəmiyyətinin xətti ilə Nəriman Həsənzadə və  Hüseyn Xəlilov cəbhədəki vəziyyətlə bağlı Ağstafaya gəlmişdilər. Özləri ilə xeyli sovqat gətirmişdilər. Onlar təxminən bir saat yarım bizimlə bir yerdə oldular. Bizim ümumi vəziyyətlə tanış oldular.

Problemlərimizi soruşdular. Əsas problemimiz birbaşa Müdafiə Nazirliyinin səlahiyyəti daxilində idi. Belə ki, bizdə olan 2 ədəd 16 lüləli qrad qurğusu qanuni döyüş tələblərinə cavab vermirdi. Çünki biz onları Gəncədə qustar üsulla yığdırmışdıq. Lülələrdə yiv olmadığına görə mərmiləri əsas hədəflərə

göndərmək çətin olurdu. Az bir hissəsi tuşlanan hədəfə çatırdı. Bir sözlə bu qurğular hələki görüntü yaratmaq və düşmənin həmləsini dəf etmək üçün yarayırdı. Buna baxmayaraq düşmənin dişini qırıb qorxutmağa nail olmuşduq. Görüşün sonunda Hüseyn müəllim vətənpərvərlik mövzusunda xırdaca bir çıxış elədi. Ancaq bu çıxışın bir ordunu ayağa qaldıracaq qədər təsiri varıydı. Ayrılıq vaxtı isə bizə heç bir vəd vermədən torpaqları bizə, bizi isə Allaha tapşırıb getdi. Aradan az bir vaxt keçmişdi. Mənə

məlumat verdilər ki, Səttarxan adına maşınqayırma zavodunda 4 ədəd 16 lüləli Qrad qurğusu hazırlanıb. "Qazax Xeyriyyə" Cəmiyyətinin xətti ilə Qazağa göndərilib. Həmin qurğuların üçünü bizə, birini isə Qazağa göndərmişdilər. Bu təşəbbüs Hüseyn müəllim tərəfindən gəlmişdi. Biz bu qurğuların gücünü Gədəbəydə Başkənd əməliyyatında göstərdik. Düşmənə bu bölgələrdə baş qaldırmağa imkan vermədik. Tez bir zamanda adımız bütün Gəncəbasar bölgəsində yayılmışdı. Bu fədəkarlığımız, sərrast döyüş qabiliyyətimiz düşmənə vurduğumuz ağır zərbələr Müdafiə Nazirliyində də əks-səda vermişdir. Bu nailiyyətlərimizi fərəh hissi ilə izləyən Hüseyn Xəlilov "Qazax Xeyriyyə" Cəmiyyətinin qarşısında təşəbbüs qaldırıb. Məni "Qazax Xeyriyyə" Cəmiyyətinin təsis etdiyi Ə.Şıxlınski adına diplomla mükafatlandırmağa nail oldu.

Təltif mərasimindən sonra o bizi bir neçə nəfərlə birlikdə öz evinə qonaq apardı. Yekun olaraq demək istəyirəm ki, Hüseyn müəllim sözün əsl mənasında xalqın fəxr edəcəyi qədər çox böyük bir insandır. Hörmətli, qədirbilən, vətənpərvər Hüseyn müəllim, sizə uzun ömür, can sağlığı arzulayıram. 85 illik yubileyiniz mübarək".

Aşıq Nurəddinin ifası yubiley tədbirinə xüsusi rəng qatdı.

Yubiley tədbirində "Qazax" Xeyriyyə İctimai Birliyinin mətbu orqanı olan "Dəli Kür" qəzetinin Hüseyn Xəlilovun 85 illik yubileyinə həsr olunmuş xüsusi jurnal buraxılışı da təbdir iştirakçılarına təqdim olundu.

100 səhifədən ibarət olan jurnalda Hüseyn Xəlilovun Azərbaycanda və Türkiyədə işlədiyi vaxtlarda onunla eyni dövrdə çalışmış müəllim yoldaşlarının, dostlarının, ziyalıların, millət vəkillərinin, elm adamlarının, Azərbaycanda və qardaş ölkə Türkiyədə dərs dediyi tələbələrin, ailə üzvlərinin, doğmalarının Hüseyn müəllim haqqında düşüncələri, unudulmaz, dəyərli xatirələri, təbrikləri yer alıb. Həmçinin Hüseyn müəllimin həyat yolunda rastlaşdığı (yaşadıqları) İlahi hadisələr, qələmə aldığı şeirlər, hekayələr və ömür yolundan foto şəkillər də jurnalda yer alıb.

Yubiley yüksək əhval-ruhiyyə ilə başa çatdı.


"Qazax" Xeyriyyə İctimai Birliyinin mətbuat xidməti


Oxunub: 3 098
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 16:58 | Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək
    Bu gün, 16:55 | Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - YENİLƏNİB
    Bu gün, 16:52 | Ərdoğan: "Bəşəriyyət ən ağır iqlim böhranlarından biri ilə üz-üzə qalıb"
    Bu gün, 16:31 | Minaya düşən traktorçunun bir əli amputasiya olundu
    Bu gün, 16:29 | DYP adından saxta cərimə mesajları göndərilir
    Bu gün, 15:58 | Azərbaycanda taksi qiymətləri artacaq?
    Bu gün, 15:54 | Lixtenşteyn - Azərbaycan oyununun hakimləri bəlli oldu
    Bu gün, 15:53 | Ev almaq istəyənlərin nəzərinə - 13 Noyabrdan...
    Bu gün, 14:35 | Əbu-Dabidə danışıqların ikinci raundu başa çatdı
    Bu gün, 14:31 | Onların DSMF-yə borclarını silmək mümkün deyil...
    Bu gün, 14:12 | Ərdoğan və Əliyev arasında səmimi görüntülər - Video
    Bu gün, 14:11 | Onlara mənzil əvəzinə pul verilsin – Təklif
    Bu gün, 13:48 | "Ev təsərrüfatlarının aktivlərinin uçotu ilə bağlı qərarın mahiyyəti vətəndaşlara vaxtında izah edilməlidir"
    Bu gün, 13:46 | Tahir Kərimli: “Coca-Cola”, “KFC”, “McDonald’s”, “BMW”, “Mercedes-Benz” kimi böyük şirkətlərlə bağlı tədbir görülməlidir
    Bu gün, 13:42 | Timoteuş Puxaç “Sabah”dan gedir?
    Bu gün, 13:21 | Noyabrın 12-də hava belə olacaq
    Bu gün, 13:20 | Əmək məzuniyyətinin pul kompensasiyası ilə əvəz edilməsinin səbəbi açıqlanıb
    Bu gün, 13:19 | Astarada mikroavtobus aşıb, 4 nəfər xəstəxanaya yerləşdirilib
    Bu gün, 13:18 | Dağ kəndlərində qaz və işıq limitləri ləğv olunsun - Təklif
    Bu gün, 13:00 | Bu uşaqlara görə verilən müavinətlə bağlı yenilik
    Bu gün, 10:33 | Baydeni heyrətləndirən məktub: Tramp ona nələr yazıb?
    Bu gün, 10:30 | Bakıda görüşdüyü qadını video və fotoşəkilləri şantaj edən şəxsin cəzası azaldıldı
    Bu gün, 10:24 | Əbu-Dabidə inanılmaz qarşılaşma: Sui-qəsdçi və qurban eyni masada
    Bu gün, 10:18 | Pensiya və maaşların verilməsi ilə bağlı YENİLİK
    Bu gün, 10:10 | Bu gün COP31-in Liderlər Sammiti keçiriləcək
    Bu gün, 10:01 | 650 min manatı leqallaşdıran Həsənə 7 il 6 ay həbs verildi
    Bu gün, 09:56 | ABŞ 300 milyonadək milçək istehsal edəcək: Külli miqdarda vəsait ayrıldı
    Bu gün, 09:43 | Vitamin D qəbul etmək üçün ən uyğun vaxt açıqlandı
    Bu gün, 09:34 | “Azeri Light” ucuzlaşdı
    Bu gün, 09:23 | Nikol Paşinyan Türkiyədə səfərdədir
    Bu gün, 09:13 | Evdə tapılan iki meyit, yaralılar və hoteldə ölü aşkarlanan şübhəli şəxs - Almaniyanı silkələyən hadisə
    Bu gün, 09:06 | Ziyansız bilib qəbul etdiyimiz bu vasitələr qaraciyəri məhv edir
    Bu gün, 08:57 | Daha əvvəlki kimi kredit ala bilməyəcəyik – Qaydalar sərtləşdirilir
    Bu gün, 08:43 | İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...
    Bu gün, 08:36 | 10 hissəyə bölünən torpaq, 12 ev: Gəncədə fabrik ərazisində nə baş verib? - Video
    Bu gün, 08:24 | Masazırda yüzlərlə insan risk altındadır: Dirək hər an aşa bilər - Video
    Bu gün, 08:13 | "JEK"lərin dövlətə xeyli borcu yaranıb: Səbəb - Video
    Bu gün, 08:01 | Zelenski Rusiya-Ukrayna-ABŞ üçtərəfli danışıqlarını şərh etdi
    Bu gün, 07:52 | Sahibsiz itlər 5 nəfəri dişlədi - VİDEO
    Bu gün, 07:51 | Rusiya kütləvi hücuma hazırlaşır - Hədəf budur
    Bu gün, 07:49 | Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
    Dünən, 21:10 | İlham Əliyev Türkiyədə belə qarşılandı - VİDEO
    Dünən, 21:00 | Böyük futbol Xankəndidə - Tarix rəsmən açıqlandı!
    Dünən, 20:31 | Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar - Video
    Dünən, 20:16 | Məşhur sənətçimiz qəfil VƏFAT ETDİ
    Dünən, 20:01 | Əbu-Dabidəki danışıqlar başa çatdı
    Dünən, 19:43 | Masazırda yüzlərlə insan risk altındadır: Dirək hər an aşa bilər - VİDEO
    Dünən, 19:40 | İlham Əliyev Türkiyəyə getdi
    Dünən, 19:39 | "Turan" voleybol klubu ÇL-in qrup mərhələsində
    Dünən, 19:38 | Rusiya Ukrayna xalqını ac qoymaq istəyir – Plan
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.