Ermənistanda hərbi helikopter qəzaya uğradı, pilotlar öldü - Foto
- 19-07-2024, 11:32
- 1 262
İyulun 19-da səhər saatlarında Ermənistanda hərbi helikopter qəzaya uğrayıb.
Mediaxeberleri.Az xəbər verir ki, helikopter saat 09:50 radələrində Kotayk rayonundakı Yeqvard ərazisinə düşüb. Salonda iki pilotun cəsədi tapılıb.
Hadisə yerində İstintaq Komitəsinin və qarnizonun istintaq idarəsinin müstəntiqləri işləyir.
Xatırladaq ki, Kotai rayonunda hərbi təlim aerodromu var.
Комментарии (0)