Mediaxeberleri.az
    
  • Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
    Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
  • 
  • Zeytun Festivalının açılışı olub - Foto
    Zeytun Festivalının açılışı olub - Foto
  • 
  • Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
    Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
  • 
  • Kiçik pomidorlarda böyük təhlükə!
    Kiçik pomidorlarda böyük təhlükə!
  • 
  • Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
    Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
  • 
  • "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
    "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
  • 
  • Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
    Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
  • 
  • "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
    "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
  • 
  • "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
    "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
  • 
  • Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
    Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
  • 
  • Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
    Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
  • 
  • VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
    VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
  • 
  • Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
    Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
  • 
  • Məktəblərdə geyim: bütün suallara aydınlıq gətirildi - RƏSMİ
    Məktəblərdə geyim: bütün suallara aydınlıq gətirildi - RƏSMİ
  • 
  • Saleh Məmmədovun yaratdığı idarələr ləğv olunur: Milyonlar...
    Saleh Məmmədovun yaratdığı idarələr ləğv olunur: Milyonlar...
  • 
  • Mənimsəmə işi: Etibar Pirverdiyevin maaşı şoka saldı
    Mənimsəmə işi: Etibar Pirverdiyevin maaşı şoka saldı
  • 
  • TTM-də 200 minlik mənimsəmə: Polkovnikin və digərlərinin məhkəməsi başladı
    TTM-də 200 minlik mənimsəmə: Polkovnikin və digərlərinin məhkəməsi başladı
  • 
  • PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
    PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
  • 
  • Qorxmaz Hüseynovun dövründəki milyonluq mənimsəmələr üzə çıxdı
    Qorxmaz Hüseynovun dövründəki milyonluq mənimsəmələr üzə çıxdı
  • 
  • Qazax Dövlət Dram Teatrında “Səhnədən zəfərə...” tamaşası təqdim olunub
    Qazax Dövlət Dram Teatrında “Səhnədən zəfərə...” tamaşası təqdim olunub
  • 
  • "Xan qızı Xurşidbanu Natəvan" adlı sənədli filmin nümayişi keçirilib - FOTOLAR
    "Xan qızı Xurşidbanu Natəvan" adlı sənədli filmin nümayişi keçirilib - FOTOLAR

Son xəbərlər :
  • İcra başçısının səmimi söhbəti bir neçə saat ərzində yüz əlli mindən çox baxış sayı toplayıb
  • "Kəpəz" - "Qarabağ" matçında heç-heçə, "Neftçi"dən qələbə
  • Azərbaycan vətəndaşlarının bu ölkəyə vizasız rejimi tətbiq edildi
  • Zəngi liseyinin direktoru işdən çıxarıldı – Yeni təyinat
  • Bu şəxslər üçün imtahan keçiriləcək
  • Sabahın havası bu insanlar üçün əlverişsiz olacaq
  • Argentinalı məşhur futbolçu huşunu itirdi
  • ABŞ yeni kamikadze dronunu təqdim etdi
  • Azərbaycana qar yağıb
  • Astarada qəza: 5 kəndin qazı kəsildi
  • Qazaxda iki nəfərə kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanıldı
  • Gəzməkdə çətinlik çəkən qadının 23 illik əlillik pensiyası kəsildi - Video
  • Diyetoloq ən faydalı çörək növlərini və gündəlik istehlak normasını açıqladı
  • Yas mərasiminə gedən ehtiyatda olan zabit faciəli şəkildə öldü - Təfərrüat
  • Azərbaycan bu ölkəni təbrik etdi
  • Noyabrın sonunda üç BÜRCÜN həyatı yaxşılaşacaq
  • Rusiya taktikanı dəyişib - Hədəfi budur
  • “Qarabağ” “Kəpəz”, “Neftçi” isə “Araz” sınağında
  • Sahibsiz itlərin hücumundan şikayətçidirlər - VİDEO
  • İranda zəlzələ olub, Naxçıvanda da hiss edilib
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

İcra başçısı 1-ci dərəcəli Vətən müharibəsi əlilini evində ziyarət edib və qayğıları ilə maraqlanıb

  • Tarix: 19-07-2024, 11:13

Bu gün fəxrlə deyirik ki, 44 günlük Vətən müharibəsi Azərbaycanın qüdrətini bütün dünyaya göstərdi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin elan etdiyi "Qarabağ Azərbaycandır və nida" şüarı xalqımızın müqəddəs Vətən torpağı uğrunda 2020-ci ilin 27 sentyabrında başlayan haqq savaşının ideya qayəsi, qələbəyə səsləyən rəhbər çağırışı oldu. 44 gün davam edən müharibə Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazıldı. Ən əsası da bu Zəfərimiz dünyaya haqqın, ədalətin, beynəlxalq hüququn kimin tərəfində olduğunu çatdırmaqla yanaşı, bu torpaqların əsl sahibinin kim olduğunu göstərdi. Bu Qələbə şəhidlərimizin qanı, canı bahasına əldə edildi. Şanlı Zəfərimizi bizlərə bəxş edən şəhidlərimizə, şəhid ailələrinə, yaralı döyüşçülərə, müharibə iştirakçılarına diqqət və qayğı göstərmək vətəndaş olaraq hər birimizin ən ümdə işi olmalıdır. Hər an torpaqlarımızın düşmən tapdağından azad olunmasında canını fəda edən əsgər və zabitlərimizə, hərbçilərimizə minnətdar olmalı, qanları ilə dastan yazan şəhidlərimizin ruhları qarşısında baş əyməliyik. Vətən naminə döyüşən və yaralanan qazilərimizlə, canlarından keçən şəhidlərimizlə hər zaman qürur duymalı, onları tanımalı və tanıtmalıyıq.

44 günlük Vətən müharibəsində iştirak edən və qazanılan Qələbədə payı olan oğullarımızdan biri də döyüş meydanında göstərdiyi qəhrəmanlığa görə ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə "Hərbi xidmətlərə görə”, "Füzulinin azad olunmasına görə”, eləcə də “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuş Qazax rayonunun Xanlıqlar kəndində dünyaya göz açan, 1-ci dərəcəli Vətən müharibəsi əlili əsgər Həsənov Anar Rasim oğludur.

Ölkə Prezidentinin "Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” müvafiq tarixli Sərəncamına əsasən 2020-ci il sentyabr ayının 21-də Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən qismən hərbi səfərbərliyə cəlb olunan Anar Həsənov Vətən müharibəsində qəhrəmancasına vuruşub. Oktyabrın 17-də Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə əl, ayaq və kürək nahiyəsindən qəlpə yaraları alan Anar kimi oğullarımızla bu gün hər birimiz fəxr edirik. YAŞAT Fondu tərəfindən qardaş ölkə Türkiyədə müalicə alan igid Vətən oğlu bu gün də öz evində müalicə alır.

Heç kəsə sirr deyil ki, Respublika Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizin ailələrinə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə göstərdikləri dövlət qayğısı Qazaxda da hər zaman hiss olunur, bu qayğı görülən işlərdə, həyata keçirilən tədbirlərdə öz real əksini tapır.

Rəhbər təyin olunduğu ilk gündən şəhidlərimizin xatirəsini əziz tutan, onların ailə üzvlərinə, hərbçilərimizə, yaralı əsgər və zabitlərimizə daim qayğı ilə yanaşan rayon rəhbərliyi bu gün də öz ənənəsinə sadiq qalaraq xeyirxah əməlini davam etdirir. Şəhid ailələrini, yaralılarımızı, qazilərimizi hər zaman ziyarət edir, qayğıları ilə maraqlanır. 

İyulun 18-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə Anar Həsənovu evində ziyarət edib. Rayon rəhbərliyi müalicəsini ev şəraitində davam etdirən qazimizin səhhəti və qayğıları ilə maraqlanıb. İgid Vətən oğlunun səhhətini nəzərə alaraq məişət şəraitinin yaxşılaşdırılması ilə əlaqədar lazımi addımların atılması istiqamətində aidiyyəti şəxslərə müvafiq tapşırıqlarını verib.

44 günlük Vətən müharibəsində iştirak edən bütün hərbçilərimizin onun üçün doğma və əziz olduğunu qeyd edən icra başçısı qazimizə tezliklə sağlamlığına qovuşmasını arzulayıb. Ali Baş Komandanın rəhbərliyi altında 44 günlük Vətən müharibəsində Azərbaycanın adını bütün dünyaya tanıdan Anar kimi oğullarımızla hər birimizin fəxr etdiyini qeyd edib. Ölkə Prezidentinin də vurğuladığı kimi, şəhid ailələrinə, hərbçilərimizə, əsgərlərimizə, sağlamlığını itirən qazilərimizə, onların ailə üzvlərinə diqqət və qayğı göstərməyin hər bir dövlət məmurunun, eləcə də hər bir vətəndaşın borcu olduğunu qeyd edərək qazimizə göstərilən qayğının bundan sonra da davam etdiriləcəyini bildirib. 

Qazi Anar Həsənov ölkə Prezidentinə, Birinci vitse-prezidentə və rayon rəhbərliyinə bütün şəhid ailələrinə, hərbçilərə, qazilərə göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib. Qazi kimi dövlətin qayğısını hər zaman hiss etdiyini, bunun bariz nümunəsi olaraq da YAŞAT Fondu tərəfindən müalicə olunmaq üçün Türkiyəyə göndərilməsini, avtomobillə təmin olunmasını, hər cür dəstək göstərilməsini göstərib. 

Qazimizin nənəsi Bağdasər Həsənova Vətən müharibəsində vuruşan bütün hərbçilərimizlə fəxr etdiyini, qürur duyduğunu dilə gətirib. Bütün şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza Allahdan şəfa diləyib. Qazilərimizə göstərilən qayğıya görə ölkə Prezidentinə, Birinci vitse-prezidentə və rayon rəhbərliyinə ailəsi adından minnətdarlığını bildirib. Bugünkü ziyarəti, nəvəsinin qayğıları ilə maraqlanılmasını və səhhətini nəzərə alaraq məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı lazımi addımların atılmasını dövlətimizin qazilərimizə olan növbəti qayğısı kimi qiymətləndirib.

Məlumat üçün qeyd edək ki, Həsənov Anar Rasim oğlu 3 oktyabr 2000-ci ildə Qazax rayonunun Xanlıqlar kəndində anadan olub. Qazax rayon Şəmistan Şahvələdov adına Xanlıqlar kənd tam orta məktəbi bitirib. 2019-cu ilin yanvar ayında həqiqi hərbi xidmətə gedib. 2020-ci ilin iyun ayında xidmətini başa vurub. Ölkə Prezidentinin "Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” müvafiq tarixli Sərəncamına əsasən 2020-ci il sentyabr ayının 21-də Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən qismən hərbi səfərbərliyə cəlb olunub. Oktyabrın 17-də Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə əl, ayaq və kürək nahiyəsindən qəlpə yaraları alıb. 18.10.2020-ci il tarixdə YAŞAT Fondu tərəfindən Türkiyə Respublikasına müalicə məqsədilə göndərilərək bir müddət orada müalicə alıb. Hazırda bu gün də müalicəsini ev şəraitində davam etdirir. Subaydır. 29.11.2021-ci il tarixdən 1-ci qrup əlillik dərəcəsi təyin edilib.

Anar Həsənov döyüş meydanında göstərdiyi qəhrəmanlığa görə Respublika Prezidenti İlham Əliyevin 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə”, 30 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Hərbi xidmətlərə görə” medalları ilə təltif olunub. Həmçinin, “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilib. 15.06.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Xəzər LADA” markalı avtomobil verilmişdir.


Oxunub: 965
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Dünən, 20:43 | İcra başçısının səmimi söhbəti bir neçə saat ərzində yüz əlli mindən çox baxış sayı toplayıb
    Dünən, 18:56 | "Kəpəz" - "Qarabağ" matçında heç-heçə, "Neftçi"dən qələbə
    Dünən, 16:29 | Azərbaycan vətəndaşlarının bu ölkəyə vizasız rejimi tətbiq edildi
    Dünən, 16:27 | Zəngi liseyinin direktoru işdən çıxarıldı – Yeni təyinat
    Dünən, 16:25 | Bu şəxslər üçün imtahan keçiriləcək
    Dünən, 16:23 | Sabahın havası bu insanlar üçün əlverişsiz olacaq
    Dünən, 12:30 | Argentinalı məşhur futbolçu huşunu itirdi
    Dünən, 12:13 | ABŞ yeni kamikadze dronunu təqdim etdi
    Dünən, 11:55 | Azərbaycana qar yağıb
    Dünən, 11:54 | Astarada qəza: 5 kəndin qazı kəsildi
    Dünən, 11:51 | Qazaxda iki nəfərə kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanıldı
    Dünən, 10:54 | Gəzməkdə çətinlik çəkən qadının 23 illik əlillik pensiyası kəsildi - Video
    Dünən, 10:48 | Diyetoloq ən faydalı çörək növlərini və gündəlik istehlak normasını açıqladı
    Dünən, 10:46 | Yas mərasiminə gedən ehtiyatda olan zabit faciəli şəkildə öldü - Təfərrüat
    Dünən, 10:42 | Azərbaycan bu ölkəni təbrik etdi
    Dünən, 10:18 | Noyabrın sonunda üç BÜRCÜN həyatı yaxşılaşacaq
    Dünən, 10:17 | Rusiya taktikanı dəyişib - Hədəfi budur
    Dünən, 10:15 | “Qarabağ” “Kəpəz”, “Neftçi” isə “Araz” sınağında
    Dünən, 09:56 | Sahibsiz itlərin hücumundan şikayətçidirlər - VİDEO
    Dünən, 09:47 | İranda zəlzələ olub, Naxçıvanda da hiss edilib
    Dünən, 09:47 | Bakıda ağaclar kəsilərək yerində restoran tikilir? - VİDEO
    21-11-2026, 23:02 | İcra hakimiyyətində struktur dəyişiklikləri aparıldı: Yeni təyinatlar - Siyahı
    21-11-2026, 22:30 | Qazaxda yerli sakin bıçaqlandı
    21-11-2026, 21:50 | Bakı sakini Qazaxda dəm qazından boğularaq ölüb
    21-11-2026, 21:43 | İranla belə bir saziş imzalayacağıq - Tramp
    21-11-2026, 21:39 | Sevinc Maniyeva vəfat etdi
    21-11-2026, 21:38 | İşdən çıxarılan Elçin Babayevlə bağlı sensasion fakt
    21-11-2026, 21:36 | "Qalatasaray" qalib gəldi, baş məşqçisi qırmızı aldı
    21-11-2026, 19:34 | Ağdamın bunkerləri, erməni generalları və 5 müdafiə xətti - Video
    21-11-2026, 19:26 | “Qəbələ” “Şəfa”ya, "Turan Tovuz" "Şamaxı"ya qalib gəldi
    21-11-2026, 18:35 | Ağdamda itlər məktəbli qıza hücum edib - FOTO
    21-11-2026, 18:33 | Azərbaycanda ilk dəfə 20 yaşadək oğlanlar arasında basketbol üzrə Avropa çempionatı keçiriləcək
    21-11-2026, 18:32 | Kartdan-karta köçürmələr risk mənbəyi kimi - Yeni təkliflər var...
    21-11-2026, 12:29 | TƏBİB-in yoxlama apardığı xəstəxananın şöbə müdiri işdən çıxarıldı - FOTO
    21-11-2026, 12:27 | Badamdarda evin həyəti ikiyə ayrıldı - VİDEO
    21-11-2026, 12:24 | İnsan orqanizmini qocaldan və ölümə yaxınlaşdıran 3 ən vacib faktor açıqlandı
    21-11-2026, 12:22 | Maşın almaq üçün kredit götürən şəxsin pulu oğurlandı
    21-11-2026, 10:50 | Bu şəxslər 700 manatadək cərimələnəcək
    21-11-2026, 10:49 | Millimiz Bədaviyə görə ilk texniki məğlubiyyətini ala bilər
    21-11-2026, 10:48 | Sumqayıtın şəhər statusu almasının 77-ci ildönümü - Foto
    21-11-2026, 10:10 | İsa Qəmbər ölkədən çıxa bilmədi
    21-11-2026, 10:09 | Sumqayıtda bu yol yenə çökdü - Foto
    21-11-2026, 10:07 | Neft həftəni bu qiymətlə yekunlaşdırdı
    21-11-2026, 09:33 | Bu ölkədə 6,7 bal gücündə zəlzələ oldu
    21-11-2026, 09:32 | İlham Əliyev Mixail Kavelaşviliyə başsağlığı verdi
    21-11-2026, 09:31 | İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul etdilər
    21-11-2026, 00:01 | Ölkənin ana təhsil ocağı da belə rüsvay oldu...
    20-11-2026, 22:19 | "Sabah"dan darmadağın, "Zirə"dən xal itkisi
    20-11-2026, 22:11 | “İdman Paytaxtı” Qazax şəhərində V İdman Festivalının açılış mərasimi keçirilib
    20-11-2026, 19:44 | "Qələbələr Partiyası – 34 illik Zəfər və İnkişaf Yolu” - FOTOLAR
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.