Bu şirkət elektrik təchizatı ilə bağlı 9 milyonluq - TENDER UDDU
“Azərişıq” ASC “Kəlbəcər, Laçın, Qubadlı, Ağdam, Salyan, Ağstafa, Yevlax rayonları və Gəncə şəhəri ərazisində yerləşən hərbi hissələrin elektrik enerjisi ilə təmin olunması məqsədilə görüləcək işləri” tenderinin nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi “Şans Constructıon” olub.
Qalib şirkətlə 9 040 811 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, “Şans Constructıon” MMC 2021-ci ildə yaradılıb, nizamnamə kapitalı 10 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Səyavuş Abbasov Şahid oğludur. Hüquqi ünvanı AZ1002, Bakı şəhəri Nizami rayonu, Əlağa Kürçaylı, ev 7, m. 64 ünvanında yerləşir.
Oxunub: 512
Xəbəri paylaş
Paylaş: