Mediaxeberleri.az
    
  • “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
    “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
  • 
  • Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
    Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
  • 
  • Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
    Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
  • 
  • Zeytun Festivalının açılışı olub - Foto
    Zeytun Festivalının açılışı olub - Foto
  • 
  • Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
    Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
  • 
  • Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
    Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
  • 
  • Kiçik pomidorlarda böyük təhlükə!
    Kiçik pomidorlarda böyük təhlükə!
  • 
  • Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
    Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
  • 
  • "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
    "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
  • 
  • Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
    Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
  • 
  • "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
    "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
  • 
  • "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
    "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
  • 
  • Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
    Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
  • 
  • Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
    Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
  • 
  • VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
    VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
  • 
  • Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
    Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
  • 
  • Məktəblərdə geyim: bütün suallara aydınlıq gətirildi - RƏSMİ
    Məktəblərdə geyim: bütün suallara aydınlıq gətirildi - RƏSMİ
  • 
  • Saleh Məmmədovun yaratdığı idarələr ləğv olunur: Milyonlar...
    Saleh Məmmədovun yaratdığı idarələr ləğv olunur: Milyonlar...
  • 
  • Mənimsəmə işi: Etibar Pirverdiyevin maaşı şoka saldı
    Mənimsəmə işi: Etibar Pirverdiyevin maaşı şoka saldı
  • 
  • TTM-də 200 minlik mənimsəmə: Polkovnikin və digərlərinin məhkəməsi başladı
    TTM-də 200 minlik mənimsəmə: Polkovnikin və digərlərinin məhkəməsi başladı
  • 
  • PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
    PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI

Son xəbərlər :
  • Argentinalı məşhur futbolçu huşunu itirdi
  • ABŞ yeni kamikadze dronunu təqdim etdi
  • Azərbaycana qar yağıb
  • Astarada qəza: 5 kəndin qazı kəsildi
  • Qazaxda iki nəfər bıçaqlandı
  • Gəzməkdə çətinlik çəkən qadının 23 illik əlillik pensiyası kəsildi - Video
  • Diyetoloq ən faydalı çörək növlərini və gündəlik istehlak normasını açıqladı
  • Yas mərasiminə gedən ehtiyatda olan zabit faciəli şəkildə öldü - Təfərrüat
  • Azərbaycan bu ölkəni təbrik etdi
  • Noyabrın sonunda üç BÜRCÜN həyatı yaxşılaşacaq
  • Rusiya taktikanı dəyişib - Hədəfi budur
  • “Qarabağ” “Kəpəz”, “Neftçi” isə “Araz” sınağında
  • Sahibsiz itlərin hücumundan şikayətçidirlər - VİDEO
  • İranda zəlzələ olub, Naxçıvanda da hiss edilib
  • Bakıda ağaclar kəsilərək yerində restoran tikilir? - VİDEO
  • İcra hakimiyyətində struktur dəyişiklikləri aparıldı: Yeni təyinatlar - Siyahı
  • Qazaxda yerli sakin bıçaqlandı
  • Bakı sakini Qazaxda dəm qazından boğularaq ölüb
  • İranla belə bir saziş imzalayacağıq - Tramp
  • Sevinc Maniyeva vəfat etdi
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

“PARLAMENTƏ MÜXALİFƏT ADI İLƏ 6 NƏFƏR DÜŞƏCƏK...” – “İki nəfər Müsavat, iki nəfər REAL-dan, Mirəlioğlu və...”

  • Tarix: 13-07-2024, 13:15

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu “AzPolitika”-ya müsahibəsində seçki prosesi, Naxçıvan Muxtar Respublikasında siyasi dəyişikliklərdən sonrakı vəziyyət və ölkə gündəminin başqa mövzuları ilə bağlı sualları cavablandırıb.

Müsahibəni təqdim edirik:

- Sərdar bəy, ilk olaraq seçkilərdən başlayaq. Demokrat Partiyası olaraq seçkidə iştirakla bağlı Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət etmisinizmi? Seçkidə neçə namizədlə iştirak edəcəksiniz?

- Nizamnaməyə uyğun olaraq partiya Məclisimizi çağırmışıq. Müvafiq sənədləri MSK-ya təqdim etmişik. Təxminən 25-ə yaxın partiya üzvünün namizədliyini irəli sürmüşük. Hazırda bu nümayəndələrimiz üçün sənədlər hazırlanır. Partiyadan namizədlik verənlər sadə şəxslərlə müqayisədə daha çox sənəd təqdim edirlər. Hər bir namizəd üçün Məclisin qərarı, partiyanın nizamnaməsi olmalıdır və s. O sənədləri hazırlamışıq. Müvafiq dairələrə təqdim etdikdən sonra imza toplamağa başlayacağıq.

- Siz öz namizədliyinizi hansı dairədən verəcəksiniz?

- Mən namizədliyimi 5 saylı Şahbuz- Kəngərli - Babək Seçki Dairəsindən irəli sürmək istəyirdim. Bunu elan etdikdən sonra mənə çoxsaylı zənglər gəldi. Bilirsiniz, mən Xalq Cəbhəsinin rəhbəri olmuşam, həkim kimi çalışmışam. Bu regionda demək olar ki, məni tanımayan, sevməyən adam yox dərəcəsindədir. Təkcə öz kəndimizin səsi mənim qalib gəlməyim üçün kifayət edir. Açığı, bəzi şərtləri öyrənəndən sonra tərəddüd edirəm. Ümumiyyətlə, seçkidə şəxsən öz iştirakımla bağlı tərəddüdlərim var. Yəqin ki, bir-iki gün ərzində mövqeyimi açıqlayacam.

- Siz tərəddüd edirsinizsə, partiyanın seçkiyə qatılan 25 namizədi nəyə ümid edir?

- Ümumiyyətlə, seçki nəzəriyyəsinə görə siyasi qüvvələr iki prinsip üçün seçkidə iştirak edir. Birincisi, sən bütün maliyyə, insan resursları və s. imkanları nəzərə alırsan və hakimiyyətin seçkini saxtalaşdırmasına qarşı artıq kifayət qədər güclü olursan. Azərbaycanda hakimiyyətin dinc yolla ötürülməsinin heç bir təcrübəsi yoxdur. Əbülfəz Elçibəy silahla, Heydər Əliyev də Sürət Hüseynov qiyamının nəticəsi olaraq hakimiyyətə gəldi. Ondan sonra 30 ildir Azərbaycanda hakimiyyət dəyişikliyi baş verməyib. O cümlədən parlamentin tərkibində də 30 ildir ki, ciddi dəyişiklik yoxdur. Yəni, 3-5 nəfər ənənəvi olaraq dəyişir, onların da parlamentə düşməsi formal olaraq seçki ilədir. Azərbaycanda bu proses hələ ki, davam edir.

- Seçkidə iştirak etsəniz Naxçıvandan namizəd olmağı düşünürsüz. 5 saylı Seçki Dairəsindən isə YAP-dan ardıcıl olaraq Siyavuş Novruzov manat alır və bu dəfə də iddialıdır. Hakim partiya çox güman, yenə onun namizədliyini irəli sürəcək. Bu barədə nə düşünürsünüz?

- Mənim Qarabağ müharibəsi veteranı olan rəhmətlik böyük qardaşım - yeri gəlmişkən, oğlu da şəhid oldu - ona alternativ olmuşdu. Əlil arabasında bütün kəndələri bir-bir gəzdi. Hansı ki, Siyavuş Novruzov o kəndlərə ayağını da qoymamışdı. Kifayət qədər səs topladı və seçkinin nəticələrinin total saxtalaşması ilə bağlı faktları topladı, yerli məhkəməyə, sonra Avropa Məhkəməsinə göndərdi. Yəni Siyavuş Novuruzovun mandat almasında belə biabırçılıqlar aşkar olundu. Qardaşım bunun hamısını fiks eləmişdi. Bülletenləri saymadan aparmışdılar. Ona görə deyirəm ki, biz ənənəvi bir seçkiyə gedirik kimi əhval-ruhiyyədəyik. Öz çıxışlarımda da demişəm ki, ölkədəki vəziyyət və beynəlxalq vəziyyət Azərbaycanda ciddi, demokratik seçkilərin keçiriləcəyinə dair işartı vermir. Çünki son vaxtlar Azərbaycan Qərbdən kifayət qədər uzaqlaşır, Çinə və Rusiyaya daha çox meyl edir. Çin və Rusiyanı da nə demokratiya maraqlandırır, nə də tərəfdaşlarını demokratik bir ölkə görmək istəyirlər. Onların başlıca düşməni demokratik ölkələrdir. Azərbaycan da artıq daha çox Asiyaya doğru meyllənir. Vaxtilə Ramiz Mehdiyevin dövründə “Misir modeli” vari idi. Düşünürdülər ki, Misirdəki kimi bir rejim yaratsınlar. Hüsnü Mübarək devriləndən sonra geri çəkildilər. Bu modeldən imtina edib, yeni model axtarışına çıxdılar. İstədilər totalitar Asiya ölkələrinin modelini tətbiq etsinlər...

Yəni siyasi reallıq belədir. Ona görə də, düşünürəm ki, yeni seçkilərdən sonra parlamentin tərkibi 90 faiz dəyişməyəcək.

- Yəni köhnə deputatlar yenə qalacaq?

- Köhnə deputatların 90 faizi qalacaq. Hökumət 3-5 nəfəri dəyişəcək.

- Kimlərin dəyişəcəyini ehtimal edirsiniz?

- Biri Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğludur. REAL partiyasından iki nəfər, Ağ Partiyadan da bir nəfərə deputatlıq verəcəklər. Müsavatdan da iki nəfər olacaq.

- Bəs İsa Qəmbərin şansı varmı?

- İsa Qəmbərin namizəd olacağını düşünmürəm.

- Amma iddia olunur ki, Adil Əliyevin “boşaltdığı” 20-ci Seçki Dairəsindən namizəd olacaq...

- Onların Məclisinin qərarı olub. Qərarda İsa Qəmbərin və Arif Hacıyevin namizədliyi yoxdur. Görünür, hökumət Müsavatı da parlamentə buraxmaq istəyir, amma birinci və ikinci şəxs qismində yox. Üçüncü və dördüncü şəxsləri, ya da vaxtilə parlament təcrübəsi olan adamları buraxmaq istəyirlər...

- Arzu Səmədbəyli kimi...

- Bəli.

- Dediyinizdən belə çıxır, AXP sədri Pənah Hüseyn də seçilməyəcək?

- Yox

- Bəs Asim Mollazadə ilə Fəzail Ağamalı?

- Fəzail Ağamalının partiyasından kimsə gedəcək. Sabir Rüstəmxanlının yerinə həyat yoldaşı gələcək. Siyahı bizdə var...

- Bəs parlament rəhbərliyində dəyişiklik olacaqmı?



- Fəzail İbrahimli çox güman ki, müavin olmayacaq. Onun yerinə isə Fazil Müstafa keçəcək. Spiker Sahibə Qafarova öz postunda qalacaq. Dediyim kimi, parlamettdə ciddi bir dəyişiklik gözlənilmir.

- Bəs, Asim Mollazadə? O, İlqar Məmmədovla eyni dairəyə düşür...

- Ola bilsin bu dəfə Asim Mollazadəni seçkiyə buraxmasınlar. Əli Məsimli və Tahir Kərimlinin də seçkidə iştirakı gözlənilmir. Çünki bu 6 nəfəri müxalifət adı ilə parlamentə yerləşdirmək lazımdır.

- Bəs Ümid Partiyasının sədri İqbal Ağazadə?

- Məncə İqbalı da buraxmayacaqlar.

- Rauf Arifoğlunun şansı varmı?

- Azərbaycanda söhbət şansdan getmir, hökumətə münasibətdən gedir. Rauf Arifoğlu kifayət qədər hökumətə yaxındır və onun siyasətini mətbuatında ciddi şəkildə həyata keçirir, bunu gizlətməyə ehtiyac yoxdur. Hətta lazım gələndə milli maraqlarımıza zidd mövqeləri də müdafiə edir. Bu baxımdan, iqtidarın fəlsəfəsindən Arifoğlu qədər parlamentə düşməyə haqq qazanan ikinci bir adam yoxdur...

- Sərdar bəy, siyasi postlarda dəyişikliklərdən sonra Naxçıvanda durum necədir?

- Dəhşət! Naxçıvanda hakimiyyət dəyişikliyi olsa da, ictimai-siyasi həyatda heç bir dəyişiklik baş verməyib. Vasif Talıbov Naxçıvanda işsizliyi aradan qaldırsa, bir qədər də qanunçuluğu möhkəmləndirsəydi, onun kimi rəhbər şəxs olmazdı. Naxçıvanda çox böyük abadlıq işləri gördü. Amma buna paralel korrupsiya, işsizlik və hüquqsuzluq Naxçıvanda camaatı üsyan həddinə çatdırmışdı. Ancaq Naxçıvanın çox böyük geopolitik üstünlüyü var. Balaca bir bölgə olsa da, üç dövlətlə həmsərhəddir. Türkiyə və İrana gedən tranzit yolların üzərindədir. Amma korrupsiya, qohumbazlıq, yarıtmaz və savadsız insanların hakimiyyətə gətirilməsi, polisin, prokurorluğun, məhkəmənin özbaşınalığı Naxçıvanda elə bir vəziyyət yaratdı ki, camaat kütləvi şəkildə oranı tərk etdi. Bu gün İstanbulda Naxçıvan kəndlərinin adı ilə olan məhəllələr var. İnsanlar köçüb gedib, qul kimi ağır şəraitdə orada çalışıb, ailərini dolandırırlar.

- Dəyişiklik niyə yenilik gətirmədi ki?

- Çünki hakimiyyətin dəyişilməsi, xalqın iradəsi ilə olmadı. Sadəcə olaraq Vasif Talıbov elə addımlar atırdı ki, indiki hakimiyyətin gələcək planlarına çox böyük təhdid yaradırdı. Kfayət qədər nəhəng pul, ətrafına adamlar toplamışdı və hətta bir çox məsələlərdə Azərbaycana tabe olmurdu. İranla Azərbaycanın arası dəyən zaman belə Vasif Talıbov İranla əlaqələrini yüksək xətlə inkişaf etdirmişdi. Prezident İlham Əliyev də başa düşürdü ki, vaxtilə elə Əbülfəz Elçibəyin devrilməsinə İran və Türkiyənin çox müstəsna rolu oldu. Talıbov da Türkiyə və İranla Azərbaycandan fərqli əlaqələr qururdu...

Digər tərəfdən, Naxçıvan getdikcə müstəqil dövlətə çevrilmişdi. Naxçıvandan ölkənin digər hissəsinə gələn hər şey gömrük xidmətinə tabe etdirilmişdi. Az qala mərkəzi hakimiyyət ora kadr təyin edə bilmirdi, hamısını Talıbov təyin edirdi. O, vaxtilə Heydər Əliyevlə olan münasibətlərindən sui-istifadə edirdi və orada öz istədiyi adamları qoyurdu. Ona görə də Naxçıvandakı hakimiyyət dəyişikliyindən indiki hakimiyyət bəhrələndi...

- Yəni buna bəhrələnmək demək olarmı?

- Bəli. Klanlar arasında toqquşma gedirdi. Bu toqquşmada Vasif Talıbovu müdafiə edən klan Ramiz Mehdiyevin klanı idi.

- Vasif Talıbov devriləndən sonra əmlakı əlindən alınmış, müxtəlif haqsızlığa uğramış xeyli sayda sahibkar ortaya çıxdı. Onlar ümidlənmişdilər ki, məhkəmə yolu ilə hüquqlarını bərpa edəcəklər... 

- Bir-iki nəfər cəhd etdi. Amma ciddi nəsə dəyişmədi. Yeni rəhbərlik də bu barədə addım atmadı. Əksinə, öz kəndçilərini ora-bura yerləşdirib, qohum-qardaşını vəzifələrə qoydu. Yəni o adam özü də burada vəzifədə çox pis ad çıxarmış biri idi. Elə bir adamın Naxçıvan kimi yerə bir səlahiyyətli nümayəndə təyin edilməsi nəyi dəyişə bilər? Naxçıvan Muxtar Respublikasında kifayət qədər millətini, xalqını sevən, uzaqgörən təfəkkürə malik insanlar var idi. Amma o adamların heç biri ağla gəlmədi və yenə də müəyyən bir prinsip əsasında adam seçdilər.

- Gələcəklə bağlı da belə pessimistsiniz?...

- Mən təkcə siyasətçi deyiləm, həm də sosial tədqiqatlar aparan, fəlsəfədən, siyasətdən kitablar yazmış biriyəm. Verdiyim proqnozların heç biri yanılmayıb. Niyə? Çünki nəzəri olaraq bilirəm ki, nə vaxt, nə olacaq? Bu mənada Azərbaycanda yaxın gələcəkdə heç bir müsbət dəyişiklik olmayacaq. Çünki bizim hansı müstəviyə meylləndiyimiz bəllidir. Şanxay təşkilatı hansı təşkilatdır?...

- Bəlkə indiki geopolitik savaş dönəmində hansısa siyasi manevrlərə ehtiyac yaranıb?

- Mən düşünmürəm ki, bunlar siyasi manevrlərdir. Çünki böyük sürətlə Ermənistan Avropaya inteqrasiya edir. Gürcüstan Avropa ilə münasibətlərini pozub. Qafqazda Avropaya ən yaxın olan Gürcüstanda ruspərəstlər hakimiyyətə gəldi. Azərbaycan isə fərqli bir yol tutub. Yəni bu baxımdan, Ermənistan bölgədə dünyanın ən mütərəqqi gücləri tərəfindən dəstəklənən bir dövlət olacaq...

- Siz vaxtilə “beşinci kolon”un Azərbaycan parlamentində, hökumətindəki anti-milli fəaliyyətindən açıq danışmısınız. Növbəti parlamentdə “beşinci kolon”un təsirini görəcəyikmi?

- Hələlik Azərbaycanda Rusiyanın təsiri artıb. Şəxslər üzərində yox, dövlət siyasətində bu görünür. Əvvəllər şəxslər üzərində idi. İndi Rusiya ilə Azərbaycan arasında yüksək səviyyəli emisarlar çalışırlar ki, dövlət onların nəzarətindən çıxmasın.

- Quru sərhədlərin payızda açılacağı gözlənilirmi?

- Quru sərhədlərin bağlanmağı monopoliya ilə bağlıdır. Rəqabət Məcəlləsi ilə bağlı qərar qəbul olunub. Elədirsə, bunu seçkilərə tətbiq etsinlər. Baxaq, görək, seçkidə işə yarayır, ya yox... İkincisi, nəqliyyata baxaq, görək quru, hava və dəniz yolunda azad rəqabət olur, ya yox? Quru yol bağlıdısa, necə rəqabət olacaq? Bir tərəfdən məcəllə qəbul etmişik, digər tərəfdən də rəqabət şəraiti yoxdur...

Elçin Rüstəmli

Elvin Bəyməmmədli

“AzPolitika.info”


Oxunub: 2 787
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 12:30 | Argentinalı məşhur futbolçu huşunu itirdi
    Bu gün, 12:13 | ABŞ yeni kamikadze dronunu təqdim etdi
    Bu gün, 11:55 | Azərbaycana qar yağıb
    Bu gün, 11:54 | Astarada qəza: 5 kəndin qazı kəsildi
    Bu gün, 11:51 | Qazaxda iki nəfər bıçaqlandı
    Bu gün, 10:54 | Gəzməkdə çətinlik çəkən qadının 23 illik əlillik pensiyası kəsildi - Video
    Bu gün, 10:48 | Diyetoloq ən faydalı çörək növlərini və gündəlik istehlak normasını açıqladı
    Bu gün, 10:46 | Yas mərasiminə gedən ehtiyatda olan zabit faciəli şəkildə öldü - Təfərrüat
    Bu gün, 10:42 | Azərbaycan bu ölkəni təbrik etdi
    Bu gün, 10:18 | Noyabrın sonunda üç BÜRCÜN həyatı yaxşılaşacaq
    Bu gün, 10:17 | Rusiya taktikanı dəyişib - Hədəfi budur
    Bu gün, 10:15 | “Qarabağ” “Kəpəz”, “Neftçi” isə “Araz” sınağında
    Bu gün, 09:56 | Sahibsiz itlərin hücumundan şikayətçidirlər - VİDEO
    Bu gün, 09:47 | İranda zəlzələ olub, Naxçıvanda da hiss edilib
    Bu gün, 09:47 | Bakıda ağaclar kəsilərək yerində restoran tikilir? - VİDEO
    Dünən, 23:02 | İcra hakimiyyətində struktur dəyişiklikləri aparıldı: Yeni təyinatlar - Siyahı
    Dünən, 22:30 | Qazaxda yerli sakin bıçaqlandı
    Dünən, 21:50 | Bakı sakini Qazaxda dəm qazından boğularaq ölüb
    Dünən, 21:43 | İranla belə bir saziş imzalayacağıq - Tramp
    Dünən, 21:39 | Sevinc Maniyeva vəfat etdi
    Dünən, 21:38 | İşdən çıxarılan Elçin Babayevlə bağlı sensasion fakt
    Dünən, 21:36 | "Qalatasaray" qalib gəldi, baş məşqçisi qırmızı aldı
    Dünən, 19:34 | Ağdamın bunkerləri, erməni generalları və 5 müdafiə xətti - Video
    Dünən, 19:26 | “Qəbələ” “Şəfa”ya, "Turan Tovuz" "Şamaxı"ya qalib gəldi
    Dünən, 18:35 | Ağdamda itlər məktəbli qıza hücum edib - FOTO
    Dünən, 18:33 | Azərbaycanda ilk dəfə 20 yaşadək oğlanlar arasında basketbol üzrə Avropa çempionatı keçiriləcək
    Dünən, 18:32 | Kartdan-karta köçürmələr risk mənbəyi kimi - Yeni təkliflər var...
    Dünən, 12:29 | TƏBİB-in yoxlama apardığı xəstəxananın şöbə müdiri işdən çıxarıldı - FOTO
    Dünən, 12:27 | Badamdarda evin həyəti ikiyə ayrıldı - VİDEO
    Dünən, 12:24 | İnsan orqanizmini qocaldan və ölümə yaxınlaşdıran 3 ən vacib faktor açıqlandı
    Dünən, 12:22 | Maşın almaq üçün kredit götürən şəxsin pulu oğurlandı
    Dünən, 10:50 | Bu şəxslər 700 manatadək cərimələnəcək
    Dünən, 10:49 | Millimiz Bədaviyə görə ilk texniki məğlubiyyətini ala bilər
    Dünən, 10:48 | Sumqayıtın şəhər statusu almasının 77-ci ildönümü - Foto
    Dünən, 10:10 | İsa Qəmbər ölkədən çıxa bilmədi
    Dünən, 10:09 | Sumqayıtda bu yol yenə çökdü - Foto
    Dünən, 10:07 | Neft həftəni bu qiymətlə yekunlaşdırdı
    Dünən, 09:33 | Bu ölkədə 6,7 bal gücündə zəlzələ oldu
    Dünən, 09:32 | İlham Əliyev Mixail Kavelaşviliyə başsağlığı verdi
    Dünən, 09:31 | İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul etdilər
    Dünən, 00:01 | Ölkənin ana təhsil ocağı da belə rüsvay oldu...
    20-11-2026, 22:19 | "Sabah"dan darmadağın, "Zirə"dən xal itkisi
    20-11-2026, 22:11 | “İdman Paytaxtı” Qazax şəhərində V İdman Festivalının açılış mərasimi keçirilib
    20-11-2026, 19:44 | "Qələbələr Partiyası – 34 illik Zəfər və İnkişaf Yolu” - FOTOLAR
    20-11-2026, 19:39 | "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirildi
    20-11-2026, 19:26 | Naftalanda 3 məktəblini maşın vurdu
    20-11-2026, 19:25 | Metroda texniki xəta: Qatarların hərəkəti yubandı
    20-11-2026, 18:30 | İşçilər üçün saathesabı maaş: Yeni sistem necə işləyəcək?
    20-11-2026, 18:27 | “Real” Kurtua ilə bağlı qərarını verdi
    20-11-2026, 18:25 | Vüqar Əhmədov Mingəçevirdə vətəndaşları qəbul etdi - Foto
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.