Mediaxeberleri.az
    
  • “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
    “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
  • 
  • Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
    Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
  • 
  • Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
    Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
  • 
  • Xalqımızın milli kimliyini və özünəməxsusluğunu yaşadan dəyər - Kəlağayı
    Xalqımızın milli kimliyini və özünəməxsusluğunu yaşadan dəyər - Kəlağayı
  • 
  • Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
    Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
  • 
  • Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
    Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
  • 
  • “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
    “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
  • 
  • Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
    Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
  • 
  • Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
    Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
  • 
  • Zeytun Festivalının açılışı olub - Foto
    Zeytun Festivalının açılışı olub - Foto
  • 
  • Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
    Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
  • 
  • Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
    Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
  • 
  • Aqroservisin sədri həbs edildi
    Aqroservisin sədri həbs edildi
  • 
  • Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
    Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
  • 
  • Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
    Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
  • 
  • Kiçik pomidorlarda böyük təhlükə!
    Kiçik pomidorlarda böyük təhlükə!
  • 
  • Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
    Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
  • 
  • "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
    "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
  • 
  • Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
    Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
  • 
  • "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
    "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
  • 
  • "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
    "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto

Son xəbərlər :
  • Keçməyən öskürək və döş qəfəsində ağrıya diqqət!
  • Şəhriyar Məmmədyarov erməni şahmatçıya qalib gələ bilmədi
  • Daxili Qoşunların keçmiş komandanına ağır itki
  • Naxçıvanın Bakı nümayəndəliyi buna görə ləğv edildi
  • Vətən müharibəsi şəhidi Sübhan Kərimov ildönümündə ehtiramla anılıb
  • GENERALIN QIZI SAXLANILDI - Şikayətçi də general imiş... (DETALLAR)
  • MMA döyüşçüləri arasında insident: Nurməhəmmədov saxlanıldı
  • Şəmkirdə ağır qəza: İki nəfər öldü
  • Çinlilər toyuğun bu hissələrini yemir – Səbəb
  • Bu gün Azərbaycanda Konstitusiya Günüdür
  • QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz
  • Coşqun Əliyev Avropa çempionu oldu
  • Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video
  • NATO qırıcıları Ukrayna dronunu vura bilmədi
  • Milli Qəhrəmanımız süni tənəffüs aparatına qoşuldu
  • DANIŞIQLAR BİTDİ:NƏTİCƏ AÇIQLANDI - Zelenski niyə Trampın planına qarşı çıxdı? (Yenilənib)
  • Vətən müharibəsi şəhidi kiçik çavuş Əhməd Məmmədov ildönümündə ehtiramla anılıb
  • AzTU tələbələri FAB Şirkətlər Qrupunun istehsal müəssisələrində olublar
  • DYP adından saxta cərimə mesajları göndərilir: Vətəndaşlara xəbərdarlıq
  • 2-ci liqada 11-ci turun oyunlarının vaxtı bilindi
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Qazaxda “Müstəqilliyə və inkişafa gedən yolun başlanğıcı” adlı tədbir keçirilib

  • Tarix: 12-07-2024, 23:48

İyulun 12-də Qazax Rayon İcra Hakimiyyətinin və Qazax Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 55-ci ildönümü ilə əlaqədar “Müstəqilliyə və inkişafa gedən yolun başlanğıcı” adlı tədbir keçirilib.

Tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova, icra aparatının digər məsul işçiləri, mədəniyyət, təhsil, səhiyyə üzrə müəssisə rəhbərləri və əməkdaşları, Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecin pedaqoji heyəti, KİV nümayəndələri, şagirdlər iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Dahi şəxsiyyətin 14 iyul 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin (KP) plenumunda Mərkəzi Komitənin katibi seçilərək Azərbaycana rəhbərliyə başladığı dövrü tarixi kadrlarla özündə əks etdirən “Tərəqqi yolunun başlanğıcı” adlı film nümayiş etdirilib.

Mərkəzin direktoru Ceyhunə Hüseynova tədbiri giriş sözü ilə açaraq iştirakçıları salamlayıb, tədbirin əhəmiyyətindən söz açıb. C.Hüseynova bildirib ki, bu gün Azərbaycanımızın tarixində dönüş günü, xalqımızın yaddaşında ən şərəfli gün kimi qalan, ölkəmizin mədəni, iqtisadi yüksəlişində, xalqımızın rifah halının yaxşılaşdırılmasında, indiki müstəqil dövlətimizin təməlinin qoyulmasında müstəsna rolu olmuş 14 iyul 1969-cu il xalqımızın böyük oğlu Heydər Əlirza oğlunun MK-nin katibi seçilərək Azərbaycana rəhbərliyə başlamasının 55-ci ili tamam olur. XX əsr Azərbaycan tarixinin önəmli və fövqəladə əhəmiyyətli günləri sırasında 14 iyul 1969-cu il ön sırada gəlir. Həmin tarixdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin (KP) plenumunda  sovet Azərbaycanının rəhbərliyinə şəxsiyyəti və uğurları ilə düşmənlərini belə heyran qoyan Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçildi. Dahi rəhbərin cəmiyyətin bütün sahələrində böyük inkişafa yönəlik fəaliyyəti Azərbaycanı ittifaq məkanında yüksək zirvəyə çıxarmış oldu. O zamana qədər sovetlər birliyi üçün yalnız xammal bazasına çevrilən, milli-mənəvi dəyərləri aşınmaya məruz qalan Vətənimiz Ulu Öndərin fenomenal səyi nəticəsində inanılmaz yüksəlişə nail oldu. Heydər Əliyevin sovet dövründə gördüyü işlər milli təəssübkeşliklə yanaşı, gələcəkdə Azərbaycanın müstəqil dövlət kimi yaşamasına hazırlıq işləri idi və bu o zaman üçün böyük cəsarət tələb edirdi. Azərbaycandan sonra SSRİ rəhbərliyində təmsil olunan Heydər Əliyev ittifaq miqyasında gördüyü işlərlə də fövqəladə istedadını ortaya qoymuşdu. Həmin illərdə dahi rəhbərin adı və imzası Azərbaycan və sovet sərhədlərini aşmışdı. Ötən əsrin 70-ci illərində Azərbaycanın intibah dövrünü yaradan xalqımızın əziz övladı Heydər Əliyev əsrin sonunda dağılmaqda, parçalanmaqda olan müstəqil dövlətimizi qorumaqla və dünya birliyinə daxil etməklə tarixə əbədi liderlik möhürünü vurmuş oldu. Bu mənada böyük Heydər Əliyev lider kimi xalqımızın simvolu, hər birimizin sevgi ilə andığı əvəzolunmaz şəxsiyyət və eyni zamanda, ümumbəşəri dəyərdir. Milli qürurumuz olan Heydər Əliyevin məhz azərbaycanlı olması həm də xalqımızın çox şanslı olduğunun göstəricisidir.

Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova çıxış edərək tədbir iştirakçılarını rayon rəhbərliyinin adından salamlayıb, səmimi ürək sözlərini çatdırıb. Geniş məruzə ilə çıxış edən G.Həsənova bildirib ki, Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində Heydər Əliyev dövrünün xüsusi yeri var. Bu dövr 1969-cu il 14 iyul tarixindən başlanır. Xalqımızın böyük oğlu Heydər Əliyevin Azərbaycanda rəhbərliyə gəldiyi həmin gün müstəqil və qüdrətli Azərbaycan dövlətinin əldə etdiyi bütün uğurların təməl tarixi günüdür. Ulu Öndər Heydər Əliyevin Azərbaycanda rəhbərliyə başlamasından sonra ölkəmizin iqtisadi, ictimai-siyasi, mədəni tarixində yeni bir dövr başlandı. Dahi şəxsiyyətin hakimiyyətə gəlməsi ilə milli düşüncənin oyanışı, illər sonra qurulacaq müstəqil Azərbaycanın potensial bazasının yaranmasının əsası qoyulmuşdur. Azərbaycan xalqının XX əsrdəki milli qurtuluşu 1969-cu il iyulun 14-dən başlanır. 1969-cu ilə qədər SSRİ-nin aqrar əyaləti kimi tanınan Azərbaycan həmin tarixdən sonra inkişaf etmiş sənaye ölkəsinə, elmi-texniki tərəqqinin geniş şəkildə tətbiq olunduğu respublikaya, yüksək mədəniyyəti ilə bütün dünyada tanınan diyara çevrilmişdir. Ulu Öndərin Azərbaycanda hakimiyyətdə olduğu 1969-1982-ci illərdə respublikamızda 213 yeni iri sənaye müəssisəsi istismara verilmiş, dünyanın 65 ölkəsinə 350 adda məhsul ixrac olunmuşdu. Həmin illər ərzində Azərbaycanın milli gəlirinin ümumi həcmi 2,5 dəfə artmışdır. 1970-1982-ci illərdə Azərbaycandakı fabrik, zavod və digər sənaye-istehsal müəssisələrinin sayı əvvəlki illərdə tikilən müəssisələrin sayından qat-qat çox idi. Həmin illərdə görkəmli dövlət xadimi Heydər Əliyevin bilavasitə göstərişi və rəhbərliyi ilə Azərbaycanda 52 memarlıq abidəsində bərpa işləri aparılmış, 650-dən çox tarix və mədəniyyət abidəsinin pasportu hazırlanmışdı. Görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə ən diqqətçəkən məqamlardan biri də respublikamızda milli kadrların yetişdirilməsi ilə bağlı atdığı böyük addımlar idi. Dahi şəxsiyyətin Azərbaycanda savadlılığın artırılması yolunda gördüyü böyük işlərin nəticəsi idi ki, əgər 1969-cu ildə Azərbaycanda 765 orta məktəbdə ildə 73 min şagird təhsil alırdısa, 1981-ci ildə 335 min şagirdi əhatə edən 2625 məktəb və günüuzadılmış qrup fəaliyyət göstərirdi. Ümummilli Liderin hakimiyyətinin birinci dövründə ali məktəblərdə 100-dən artıq ixtisas açılmış, 6 yeni ali məktəb, 12 orta ixtisas məktəbi yaradılmışdır. Həmin dövrdə keçmiş SSRİ-nin 50-dən artıq böyük şəhərinin 170-dən çox ən nüfuzlu ali məktəblərində respublikamızın xalq təsərrüfatı, elm, təhsil və mədəniyyətinin 80-dən artıq sahəsini əhatə edən və ən zəruri ehtiyac duyulan 250 ixtisas üzrə 15 mindən çox azərbaycanlı gənc ali təhsil almışdır. Onların əksəriyyəti bu gün ölkəmizin inkişafı üçün müxtəlif sahələrdə fəaliyyət göstərirlər. Müavin Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu Azərbaycan dövlətinin bu gün Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin qətiyyəti, uğurlu siyasəti sayəsində yeni nailiyyətlərə, qələbələrə imza atdığını qeyd edib. Bildirib ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında ordumuzun hünəri ilə Azərbaycanın dövlət bayrağı azad Qarabağda, Şuşada, Xankəndidə dalğalanır. Bu gün Azərbaycan tam müstəqil, suveren, ərazi bütövlüyünü bərpa etmiş ölkə kimi bütün dünyada söz sahibinə çevrilib.

Bakı Dövlət Universitetinin Qazax filialının Tədris və elmi işlər üzrə direktor müavini, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Məmməd Yusifov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, tədbirin əhəmiyyətindən söz açıb. M.Yusifov ötən əsrin 70-ci illərində Azərbaycanın intibah dövrünün banisi olan Heydər Əliyevin müstəqil dövlətimizin inkişafı, tərəqqisi üçün misilsiz xidmətlərindən danışıb. Bildirib ki, olduqca mürəkkəb bir dövrdə xalqın xidmətində dayandığını nümayiş etdirən dahi insan bir çox siyasi xadimin edə bilmədiyini və edə biləcəyini gerçəkləşdirmiş, müasir dünyanın ən aktual çağırışlarına cavab vermək bacarığı ilə əsrlərin tanınmış siyasi xadimləri sırasında öz layiqli yerini tutmuşdur. Nadir dövlət xadimi olan Heydər Əliyev həyatı boyu hər zaman xalqını və Vətənini düşünmüş, ürəyi Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi, doğma xalqının xoşbəxtliyi üçün çırpınmışdır.

Təqaüddə olan Əməkdar müəllim Bəsdi Ələkbərova dahi şəxsiyyətlə dəfələrlə görüşdüyünü qeyd edərək həmin tarixi görüşlərin xatirələrini bölüşüb. Ulu Öndərlə istər Bakıda qurultaylarda, istərsə də Qazaxa səfərləri zamanı görüşlərində onun necə böyük fenomenal şəxsiyyət olduğunun şahidi olduğunu vurğulayıb. Bütün görüşlərində Ulu Öndərin Azərbaycanın milli-mənəvi dəyərlərinə xüsusi önəm verdiyini, Qazaxa, qazaxlı ziyalılara xüsusi diqqətlə yanaşdığını, hər dəfə ayrı bir şövqlə Qazax ziyalıları ilə xatirə şəkilləri çəkdirdiyini, ürək sözlərini bölüşdüyünü bildirib.

Təqaüddə olan dövlət qulluqçusu Çingiz Pənahov çıxış edərək söyləyib ki, Azərbaycan dövlətinin başçısı, Azərbaycan respublikasının Prezidenti kimi Heydər Əliyevin çoxəsrlik dövlətçilik tariximizdə müstəsna yeri vardır. Ulu Öndərin fəaliyyəti öz əhəmiyyəti baxımından Azərbaycanın hüdudlarından çox-çox kənara çıxır. Müasir dövrdə nəinki Azərbaycanda, hətta, bütün postsovet məkanında, eləcə də dünya miqyasında gedən prosesləri Heydər Əliyevin şəxsiyyətindən və fəaliyyətindən kənarda təsəvvür etmək mümkün deyil. Müasir Azərbaycanda dövlət quruculuğunun iqtisadi dirçəlişin, siyasi şüurun, siyasi həyatın son 30 ildən artıq dövrünü əhatə edən zaman kəsiyi böyük siyasət xadimi kimi tanınan, geniş dünyagörüşünə malik olan tarixi şəxsiyyətin adı, əməli, fəaliyyəti ilə bağlıdır. O, zəmanəmizin böyük filosofu və mütəfəkkiri idi. Onun müəyyən etdiyi azərbaycançılıq fəlsəfəsi müasir dünyada ölkəmizin xüsusi yerini müəyyən etmiş, milli dövlətçiliyimizin bünövrəsini təşkil etmişdir.

Şairə Gülsənəm Cəlilli çıxış edərək Ulu Öndərə həsr etdiyi şeirlərini səsləndirib.

Sonda Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin VII sinif şagirdləri Süməyya Xəlilli, Fidan Alızadə, Nurgül Şahməmmədova Ümummilli Lider Heydər Əliyevə həsr edilmiş şeirlər söyləyib, ədəbi kompozisiyalar nümayiş etdiriblər.


Oxunub: 914
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 13:40 | Keçməyən öskürək və döş qəfəsində ağrıya diqqət!
    Bu gün, 13:37 | Şəhriyar Məmmədyarov erməni şahmatçıya qalib gələ bilmədi
    Bu gün, 13:36 | Daxili Qoşunların keçmiş komandanına ağır itki
    Bu gün, 13:35 | Naxçıvanın Bakı nümayəndəliyi buna görə ləğv edildi
    Bu gün, 12:45 | Vətən müharibəsi şəhidi Sübhan Kərimov ildönümündə ehtiramla anılıb
    Bu gün, 12:04 | GENERALIN QIZI SAXLANILDI - Şikayətçi də general imiş... (DETALLAR)
    Bu gün, 07:41 | MMA döyüşçüləri arasında insident: Nurməhəmmədov saxlanıldı
    Bu gün, 07:40 | Şəmkirdə ağır qəza: İki nəfər öldü
    Bu gün, 07:38 | Çinlilər toyuğun bu hissələrini yemir – Səbəb
    Bu gün, 00:10 | Bu gün Azərbaycanda Konstitusiya Günüdür
    Dünən, 20:10 | QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz
    Dünən, 20:08 | Coşqun Əliyev Avropa çempionu oldu
    Dünən, 20:03 | Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video
    Dünən, 19:55 | NATO qırıcıları Ukrayna dronunu vura bilmədi
    Dünən, 19:40 | Milli Qəhrəmanımız süni tənəffüs aparatına qoşuldu
    Dünən, 18:16 | DANIŞIQLAR BİTDİ:NƏTİCƏ AÇIQLANDI - Zelenski niyə Trampın planına qarşı çıxdı? (Yenilənib)
    Dünən, 18:09 | Vətən müharibəsi şəhidi kiçik çavuş Əhməd Məmmədov ildönümündə ehtiramla anılıb
    Dünən, 17:58 | AzTU tələbələri FAB Şirkətlər Qrupunun istehsal müəssisələrində olublar
    Dünən, 17:52 | DYP adından saxta cərimə mesajları göndərilir: Vətəndaşlara xəbərdarlıq
    Dünən, 17:46 | 2-ci liqada 11-ci turun oyunlarının vaxtı bilindi
    Dünən, 16:58 | Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək
    Dünən, 16:55 | Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - YENİLƏNİB
    Dünən, 16:52 | Ərdoğan: "Bəşəriyyət ən ağır iqlim böhranlarından biri ilə üz-üzə qalıb"
    Dünən, 16:31 | Minaya düşən traktorçunun bir əli amputasiya olundu
    Dünən, 16:29 | DYP adından saxta cərimə mesajları göndərilir
    Dünən, 15:58 | Azərbaycanda taksi qiymətləri artacaq?
    Dünən, 15:54 | Lixtenşteyn - Azərbaycan oyununun hakimləri bəlli oldu
    Dünən, 15:53 | Ev almaq istəyənlərin nəzərinə - 13 Noyabrdan...
    Dünən, 14:35 | Əbu-Dabidə danışıqların ikinci raundu başa çatdı
    Dünən, 14:31 | Onların DSMF-yə borclarını silmək mümkün deyil...
    Dünən, 14:12 | Ərdoğan və Əliyev arasında səmimi görüntülər - Video
    Dünən, 14:11 | Onlara mənzil əvəzinə pul verilsin – Təklif
    Dünən, 13:48 | "Ev təsərrüfatlarının aktivlərinin uçotu ilə bağlı qərarın mahiyyəti vətəndaşlara vaxtında izah edilməlidir"
    Dünən, 13:46 | Tahir Kərimli: “Coca-Cola”, “KFC”, “McDonald’s”, “BMW”, “Mercedes-Benz” kimi böyük şirkətlərlə bağlı tədbir görülməlidir
    Dünən, 13:42 | Timoteuş Puxaç “Sabah”dan gedir?
    Dünən, 13:21 | Noyabrın 12-də hava belə olacaq
    Dünən, 13:20 | Əmək məzuniyyətinin pul kompensasiyası ilə əvəz edilməsinin səbəbi açıqlanıb
    Dünən, 13:19 | Astarada mikroavtobus aşıb, 4 nəfər xəstəxanaya yerləşdirilib
    Dünən, 13:18 | Dağ kəndlərində qaz və işıq limitləri ləğv olunsun - Təklif
    Dünən, 13:00 | Bu uşaqlara görə verilən müavinətlə bağlı yenilik
    Dünən, 10:50 | Vətən müharibəsi şəhidi Elmar Omarov ildönümündə ehtiramla anılıb
    Dünən, 10:33 | Baydeni heyrətləndirən məktub: Tramp ona nələr yazıb?
    Dünən, 10:30 | Bakıda görüşdüyü qadını video və fotoşəkilləri şantaj edən şəxsin cəzası azaldıldı
    Dünən, 10:24 | Əbu-Dabidə inanılmaz qarşılaşma: Sui-qəsdçi və qurban eyni masada
    Dünən, 10:18 | Pensiya və maaşların verilməsi ilə bağlı YENİLİK
    Dünən, 10:10 | Bu gün COP31-in Liderlər Sammiti keçiriləcək
    Dünən, 10:01 | 650 min manatı leqallaşdıran Həsənə 7 il 6 ay həbs verildi
    Dünən, 09:56 | ABŞ 300 milyonadək milçək istehsal edəcək: Külli miqdarda vəsait ayrıldı
    Dünən, 09:43 | Vitamin D qəbul etmək üçün ən uyğun vaxt açıqlandı
    Dünən, 09:34 | “Azeri Light” ucuzlaşdı
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.