"Vahid tələbə kartının yaradılması qonşu Türkiyə və Rusiyadakı təcrübəyə əsaslanır. Xaricdə tələbə kartı tələbələrə ictimai nəqliyyat, muzeylərdə güzəştlər təqdim edir".
Mediaxeberleri.Az Azərtac-a istinadla xəbər verir ki, bunu Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov fondun 3 illik fəaliyyətinə dair hesabat tədbirində deyib.
O bildirib ki, fond tərəfindən yaradılan bu kart tələbələrə güzəştlər təqdim edəcək:
“Yerüstü nəqliyyat, yeraltı nəqliyyat qurumları ilə tələbələrə güzəşt edilməsi üçün danışıqlara başlayacağıq. Lakin hələ ki bununla bağlı konkret danışmaq üçün tezdir”.
Комментарии (0)