AzTV rəhbərinin bu çıxışı Türkiyədə gündəm oldu - Video
AzTV-nin rəhbəri Rövşən Məmmədov Merih Dəmiralın "Bozqurd" göstərməsindən sonra UEFA tərəfindən cəzalandırılmasına cavab verib. Mediaxeberleri.Az xəbər verir ki, o, UEFA simvolunun xoruz, türk simvolunun isə bozqurd olduğunu bildirib. "İndi biz nə edək? Bu, (xoruz) sizin rəmzinizdir, bozqurd isə bizim, Bizim sizin xoruzunuzla işimiz yoxdur, siz də bizim qurda barmaq uzatmayın", - o əlavə edib. Rövşən Məmmədovun həmin çıxışı “TRT Haber” kanalının efirində yayımlayıb və Türkiyədə gündəmə çevrilib.
Oxunub: 385
Xəbəri paylaş
Paylaş: