Mediaxeberleri.az
    
  • Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
    Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
  • 
  • Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
    Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
  • 
  • “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
    “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
  • 
  • Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
    Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
  • 
  • Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
    Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
  • 
  • Zeytun Festivalının açılışı olub - Foto
    Zeytun Festivalının açılışı olub - Foto
  • 
  • Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
    Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
  • 
  • Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
    Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
  • 
  • Aqroservisin sədri həbs edildi
    Aqroservisin sədri həbs edildi
  • 
  • Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
    Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
  • 
  • Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
    Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
  • 
  • Kiçik pomidorlarda böyük təhlükə!
    Kiçik pomidorlarda böyük təhlükə!
  • 
  • Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
    Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
  • 
  • "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
    "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
  • 
  • Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
    Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
  • 
  • "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
    "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
  • 
  • "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
    "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
  • 
  • Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
    Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
  • 
  • Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
    Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
  • 
  • VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
    VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
  • 
  • Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
    Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu

Son xəbərlər :
  • İran Qeşm üzərində ABŞ PUA-sını məhv etdi
  • AzTV-nin sabiq idarə rəisi vəfat etdi
  • Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər
  • Küləkli hava şəraiti ilə bağlı müraciət edildi
  • Avtobusda sərnişini talan edən şəxs saxlanıldı
  • Azərbaycan nefti ucuzlaşdı
  • Küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edildi
  • Həbsdəki jurnalist əməliyyat olunub
  • DOĞUM AZALIR, BOŞANMALAR ARTIR... – Cəmiyyəti hansı problemlər gözləyir?
  • Naxçıvan daş duz yatağında geoloji kəşfiyyat işləri aparılacaq
  • "Azəristiliktəchizat": Sakinlərinin ödəniş etmədiyi binalara istilik verilməyəcək
  • Hörmüz boğazında daha bir neft tankeri minaya düşərək yanıb
  • Sumqayıtda beş avtomobil toqquşdu
  • Saatlıq minimum əmək haqqı tətbiq ediləcək - Maaşlar artacaq
  • Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto
  • Borcu olan sakinlər istiliksiz qalacaq - Rəsmi
  • Bu gün Millətlər Liqasında 8 oyun keçiriləcək
  • Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol
  • Salah Misir millisində rekorda imza atdı
  • Füzulidə ağır qəza: 3 ölü, 4 yaralı - Foto
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Bu QHT-lərə 30 -50 min manatlıq qrant məbləği etibar olunmayacaq - MÜSAHİBƏ

  • Tarix: 15-09-2023, 11:59

Nazirlər Kabineti Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən QHT-lərin qrant maliyyələşməsi ilə bağlı müsabiqələrin keçirilməsi qaydasını, qrant məbləğinin müəyyən edilməsi meyarlarını və hər bir mövzu üzrə qrant məbləğinin yuxarı həddini təsdiq edib.

Mediaxeberleri.Az xəbər vgerir ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Ülviyyə Qarayeva AZƏRTAC-ın bununla bağlı suallarını cavablandırıb.

- Nazirlər Kabineti Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən QHT-lərin qrant maliyyələşməsi ilə bağlı müsabiqələrin keçirilməsi qaydasını, qrant məbləğinin müəyyən edilməsi meyarlarını və hər bir mövzu üzrə qrant məbləğinin yuxarı həddini təsdiq etdi. Bu qaydalar hansı dəyişiklikləri nəzərdə tutur?

- Bu qaydalar üzərində uzun müddət idi ki, iş aparılırdı. 2021-ci ildə təsis edilən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin əsas fəaliyyət istiqamətlərindən biri məhz dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən məsələlərə dair QHT-lərin irəli sürdükləri təşəbbüslərin, layihələrin qiymətləndirilməsidir. Ötən 2 illik dövrdə Agentlik tərəfindən QHT layihələri ilə bağlı müxtəlif mövzular üzrə 8 qrant müsabiqəsi keçirilib. Bu müsabiqələr Agentliyin Müşahidə Şurasının tərtib etdiyi müvəqqəti qaydalar əsasında aparılıb. Nazirlər Kabinetinin təsdiq etdiyi qaydalardan sonra artıq müvəqqəti qaydalar qüvvədən düşür. Bu, gözlənilən idi. Qaydaların işlənilməsi zamanı ötən qrant müsabiqələrində əldə edilmiş təcrübə ətraflı təhlil edilərək nəzərə alınıb, şəffaflıq, obyektivlik, bərabər imkanlar prinsipləri rəhbər tutulub. Bu qaydalar QHT-lərin özlərini daha yaxşı realizə edə bilməsi üçün indiyədək olmamış şəkildə geniş imkanlar açır. Sağlam rəqabət prinsipləri əsasında davamlı inkişaf vətəndaş cəmiyyəti üçün də həyati əhəmiyyət daşıyır.

- İndiyədək mövcud olan müvəqqəti qaydalarla müqayisədə yeniliklər çoxdur?

- Bəli, çoxdur. Qaydalar müəyyən edir ki, indi olduğu kimi, 4 müsabiqə forması vardır: kiçik, orta, böyük qrant müsabiqələri və səfər qrantı müsabiqəsi. “Kiçik qrant müsabiqəsi” çərçivəsində qalib layihələrə maksimum 15 000 manat, “Orta qrant müsabiqəsi” çərçivəsində maksimum 30 000 manat, “Böyük qrant müsabiqəsi” çərçivəsində isə maksimum 50 000 manat qrant məbləği ayrılacaq. Səfər qrantı üzrə layihələrdə isə maksimum məbləğ 10 000 manatdır. Agentlik tərəfindən eyni QHT-nin həmin təqvim ili ərzində bu müsabiqələr üzrə yalnız 1 (bir) layihəsi (səfər qrantları istisna olmaqla) maliyyələşdirilə bilər. Müsabiqə elanına uyğun olaraq, QHT müsabiqəyə tək və ya digər tərəfdaş QHT və ya QHT-lər ilə birlikdə layihə təqdim edə bilər. Bu zaman layihə təqdim edən QHT-lər saziş imzalamaqla əsas ərizəçi təşkilatı müəyyən edirlər. Birgə layihəni əsas ərizəçi təşkilat təqdim edir və qalib gələrsə, qrant müqaviləsi də həmin təşkilatla bağlanılır.

Yeniliklər əsasən meyarlarla bağlıdır. Layihənin QHT-nin nizamnaməsində nəzərdə tutulan fəaliyyət istiqamətlərinə uyğun olması əsas şərtlərdən biri olacaq. Bəzi hallarda QHT-lər elə layihələr təqdim edir ki, QHT-nin öz Nizamnaməsində həmin fəaliyyət istiqaməti yoxdur. Bundan başqa layihənin icrası ilə bağlı QHT-nin işçi heyəti layihə idarəetmə imkanlarına malik olmalıdır. Bunlar olmadıqda, təqdim olunan layihələr bütün müsabiqə formaları üzrə texniki ekspertiza mərhələsindən keçə bilməyəcək. Bu “filtr” layihə təqdim edən QHT-lərin məsuliyyətini artıracaq.

- Kiçik qrant müsabiqəsi ilə müqayisədə, orta və böyük qrant müsabiqələrinə müraciət edən QHT-lər üçün daha çox tələblər qoyulub. Bu nə ilə bağlıdır?

- Bu, təbiidir, çünki həmin müsabiqələr üzrə qrant məbləğləri kiçik qrantlarla müqayisədə 2-3 dəfə çoxdur. Layihə təqdim edən QHT-nin Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 oktyabr tarixli 654 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən, fəaliyyət sahələrinə uyğun olaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə qrant verə bilən qurumların Siyahısı”nda nəzərdə tutulan qurumlar qarşısında (olduğu halda) müqavilə şərtlərindən irəli gələn maliyyə öhdəliyinə əməl etməməsi halı olarsa, həmin QHT-lər orta və böyük qrantlara iddia edə bilməzlər. Əgər hər hansı QHT dövlət büdcəsindən ayrılmış maliyyəni düzgün idarə edə bilməyibsə, maliyyə öhdəliklərini pozubsa, ona 30 və ya 50 min manatlıq qrant məbləği etibar olunmayacaq. Belə QHT-lər orta və böyük qrant müsabiqələrinə buraxılmayacaq. Bütün bunlar ciddi maliyyə intizamı yaradacaq.

Orta qrant müsabiqələrində iştirak üçün daha bir şərt layihə təqdim edən QHT-nin müvafiq olaraq son 3 il ərzində fəaliyyəti, həyata keçirdiyi layihələr, habelə proqramlar barədə azı 10 informasiyanın media subyektlərində yayılmasıdır. Aydınlıq üçün deyim ki, qanunla “media subyekti” dedikdə, yalnız Media Reyestrindən keçmiş media qurumları nəzərdə tutulur. Əgər hər hansı QHT barəsində son 3 il ərzində ictimaiyyət ciddi mediada heç 10 informasiyaya rast gəlməyibsə, onun fəaliyyəti artıq şübhəlidir və ona 30 min manatlıq qrant məbləği etibar oluna bilməz. Böyük qrant məğləblərində isə bu tələblər müvafiq olaraq, 5 il ərzindəki müddəti və azı 20 informasiyanın media subyektlərində yayılmasını nəzərdə tutur.

Müzakirələrin gedişində belə təkliflər də var idi ki, orta və böyük qrant müsabiqəsinə yalnız müvafiq olaraq 3 və 5 il təcrübəsi olan QHT-lər buraxılsın, lakin biz bunu doğru saymadıq. Biz istəyirik ki, cəmiyyətimizdə sağlam QHT-lərin sayı daha çox olsun, ona görə də yeni və ya köhnə fərqi qoyulmadan hamıya bərabər, sağlam rəqabət imkanları yaradılır. Əgər yeni yaranmış QHT illərlə fəaliyyət göstərmiş QHT-dən daha yaxşı layihə təqdim edə bilirsə, onun qarşısı niyə alınmalıdır ki?! Burada rəqabət layihənin daha keyfiyyətli hazırlanması və icrası uğrunda getməlidir.

- Yeni qrant müsabiqələri nə vaxt elan olunacaq?

- Burada da yenilik var. İlk dəfə olaraq, növbəti ilin (2024-cü ilin) qrant müsabiqələri xeyli öncə- bu ilin payızında elan olunacaq. Oktyabr ayında müsabiqə elanlarının olması gözlənilir, 2 ay müddətində layihələrin qəbulunun davam etdirilməsi, dekabrda isə layihələrin ekspertizasına başlanması nəzərdə tutulur. 2024-cü ilin ilk rübündə isə qrant müsabiqələrinin nəticələrinin elan edilməsi planlaşdırılır. Bu o deməkdir ki, QHT-lər müsabiqələrə hazırlaşmaq üçün çox vaxt qazanırlar, bunu təqdim edilən layihələrin keyfiyyətində görmək arzusundayıq.

- Layihələrin ekspertizası necə təşkil olunacaq?

- Müsabiqəyə təqdim olunmuş layihələrin ekspertizası 3 mərhələdə aparılacaq: layihələrin texniki ekspertizası, layihələrin cəlb olunmuş müstəqil ekspert qrupu tərəfindən ekspertizası, layihələrin qiymətləndirilməsi və aidiyyəti qərarların qəbul edilməsi. Bu ekspertiza prosesi bütün mərhələlər üzrə çox ciddi aparılacaq. Təcrübədə rast gəlmişik ki, əvvəllər keçirilən müsabiqələrin nəticələrinə görə dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilmiş bəzi layihələri QHT-lər təkrar Agentliyə də təqdim edib qrant almaq iddiasına düşürlər. Əvvəl maliyyələşdirilmiş eyni məzmunlu layihələr olduğu aşkar olunsa, həmin layihələr dərhal müsabiqədən kənarlaşdırılacaq. Sonradan problem yaranmaması üçün bu niyyətə düşən QHT-ləri bu kimi üsullardan öncədən çəkinməyə dəvət edirik. Texniki ekspertizadan keçən layihələrə müstəqil ekspert qrupu baxacaq. Onların rəyini nəzərə almaqla, layihələrə Agentliyin Müşahidə Şurası kollegial əsasda baxacaq və qalibləri müəyyənləşdirəcək. Bütün proses Qaydalara uyğun olaraq tam şəffaf olacaq. QHT-lərin nəticələrdən narazılığı olarsa, buna Apellyasiya Komissiyası baxacaq. Əgər QHT təqdim etdiyi layihə barədə Apellyasiya Komissiyasının da qərarından narazı olarsa, məsələyə məhkəmə qaydasında baxılacaq. Bütün qərarlar ciddi əsasladırılacaq, bundan heç kim narahat olmasın. Əslində, ekspertizanın gücləndirilməsi QHT-lərin xeyrinədir. Qalibliyə layiq olanlar öz yerlərini daha rahat tuta biləcək.

- Layihələrin icrasına nəzarət, monitorinq və qiymətləndirmə haqqında nə deyə bilərsiniz?

- Agentlik maliyyələşdirdiyi bütün layihələrin icrasına və dövlət büdcəsi hesabına verdiyi qrantın təyinatı üzrə istifadə edilməsinə nəzarəti həyata keçirir. Qəbul olunan Qaydalar bu nəzarəti də müəyyən edir. Agentlik maliyyələşdirdiyi layihələr üzrə hesabatları tələb etmək, monitorinq və qiymətləndirmə aparmaq hüququna malikdir. Lakin bu monitorinqlər qətiyyən QHT-nin fəaliyyətinə maneə yaratmaq məqsədi daşımır. QHT-lər Qaydanın, eləcə də qanunvericiliyin tələblərinə uyğun olaraq təsviri və maliyyə hesabatlarını qrant müqavilələrində göstərilən müddətdə Agentliyə təqdim etməlidirlər. Agentlik tərəfindən monitorinqlərin və qiymətləndirmənin aparılması zamanı şəffaflıq, obyektivlik və qərəzsizlik əsas prinsiplərdir.

- Qəbul olunmuş qaydalara əsasən QHT-lər üçün hər hansı sanksiyalar tətbiq oluna bilərmi?

- Agentlik fəaliyyəti çərçivəsində QHT-lərə hər hansı sanksiyaların, qadağaların qoyulmasının tərəfdarı deyil. Layihələrin icrasına nəzarət, monitorinqlərin aparılması və qiymətləndirilmənin təşkili Agentliyin çoxşaxəli fəaliyyət istiqamətlərindən sadəcə biridir. Qrant müqaviləsinin şərtlərinin pozulması, layihənin icra olunmaması halları aşkar edildikdə, müvafiq addımlar atılması qanunvericiliyin tələbləri sırasındadır. İlkin mərhələdə qrant müqaviləsi üzrə öhdəliklərin pozulması hallarına görə QHT-nin 2 ilədək müddətə müsabiqədə iştirak hüququndan məhrum edilməsi, digər sui-istifadə hallarını aşkar etdikdə isə müvafiq tədbirlər görülməsi üçün aidiyyəti dövlət orqanlarına müraciət edilməsi nəzərdə tutulub. Ümid edirik ki, QHT-lərimizin şəffaf, hesabatlı fəaliyyətinin nəticəsi olaraq hər hansı qadağanın tətbiqinə zərurət qalmayacaq.

- QHT-lər üçün yenə şad xəbərlər olacaqmı?

- Şad xəbərlərimiz çox olacaq. Əvvəlcədən bu barədə danışmaq doğru olmazdı. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi artıq formalaşma dövrünü geridə qoyub. Bundan sonra islahatlar daha geniş miqyasda aparılacaq. Biz istəyirik ki, Azərbaycanın vətəndaş cəmiyyətinin sərbəst fəaliyyəti üçün hər cür imkanlar mövcud olsun. Agentliyin əsas məqsədi dövlət və cəmiyyət həyatında qeyri-hökumət təşkilatlarının rolunun artırılması, onlar üçün əlverişli imkanların yaradılması, öz fəaliyyətində müsbət mənada fərqlənən QHT-lərə daha güclü dəstək olmaqdır. Son illər QHT-lərin fəaliyyətində aktivlik, onların dövlət və cəmiyyət həyatında yaxından iştirak etməsi göz qabağındadır. Şuşada Xankəndi-Laçın yolundakı uzunmüddətli aksiya da göstərdi ki, Azərbaycan vətəndaş cəmiyyəti xeyli yetkinləşib, regional proseslərə istiqamət verə bilir. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev də Xankəndi-Laçın yolundakı aksiya iştirakçılarına güclü mənəvi dəstəyini ifadə etdi. Biz çalışırıq ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyini hər bir QHT öz dostu hesab etsin. Bizim hər bir QHT-yə münasibətimiz köməklik, dəstək mövqeyindəndir. Dəstək isə təkcə maddiyyətlə ölçülmür. İslahatlar dərinləşdikcə, hər kəs buna daha yaxşı əmin olacaq.


Oxunub: 908
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 20:26 | İran Qeşm üzərində ABŞ PUA-sını məhv etdi
    Bu gün, 19:45 | AzTV-nin sabiq idarə rəisi vəfat etdi
    Bu gün, 19:43 | Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər
    Bu gün, 19:42 | Küləkli hava şəraiti ilə bağlı müraciət edildi
    Bu gün, 19:41 | Avtobusda sərnişini talan edən şəxs saxlanıldı
    Bu gün, 19:39 | Azərbaycan nefti ucuzlaşdı
    Bu gün, 19:06 | Küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edildi
    Bu gün, 19:04 | Həbsdəki jurnalist əməliyyat olunub
    Bu gün, 18:51 | DOĞUM AZALIR, BOŞANMALAR ARTIR... – Cəmiyyəti hansı problemlər gözləyir?
    Bu gün, 16:05 | Naxçıvan daş duz yatağında geoloji kəşfiyyat işləri aparılacaq
    Bu gün, 15:57 | "Azəristiliktəchizat": Sakinlərinin ödəniş etmədiyi binalara istilik verilməyəcək
    Bu gün, 15:37 | Hörmüz boğazında daha bir neft tankeri minaya düşərək yanıb
    Bu gün, 15:36 | Sumqayıtda beş avtomobil toqquşdu
    Bu gün, 15:34 | Saatlıq minimum əmək haqqı tətbiq ediləcək - Maaşlar artacaq
    Bu gün, 14:04 | Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto
    Bu gün, 14:00 | Borcu olan sakinlər istiliksiz qalacaq - Rəsmi
    Bu gün, 13:58 | Bu gün Millətlər Liqasında 8 oyun keçiriləcək
    Bu gün, 12:23 | Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol
    Bu gün, 12:20 | Salah Misir millisində rekorda imza atdı
    Bu gün, 12:13 | Füzulidə ağır qəza: 3 ölü, 4 yaralı - Foto
    Bu gün, 11:20 | Külli miqdarda vəsaiti mənimsəyən bağça müdirinə hökm oxundu
    Bu gün, 11:12 | Xəyyam Salehov müdir təyin edildi - FOTO
    Bu gün, 11:08 | Mahirin qolu, Azərbaycan millisinin qələbəsi - Video
    Bu gün, 11:02 | İcra başçısı şəhid anasının qayğıları ilə maraqlanıb
    Bu gün, 10:57 | Fəaliyyətinə xitam verilən tibb ocağının aqibəti necə olacaq? - VİDEO
    Bu gün, 10:55 | Etibar Pirverdiyev 15 minlik gülü kimin üçün aldırıb?
    Bu gün, 10:53 | Pensiyalar belə artırılacaq: Mexanizmi dəyişir...
    Bu gün, 09:33 | Yuxarı Salahlı kənd məktəbliləri ilə maarifləndirici görüş keçirilib
    Bu gün, 09:30 | Füzulidə ağır qəza: 3 ölü, 4 yaralı - Foto
    Bu gün, 01:39 | Millimiz Lixtenşteynə qalib gəldi
    Dünən, 18:18 | Birdəfəlik müavinətlərin ödəniləcəyi tarix açıqlandı
    Dünən, 18:16 | Prezidentin Dublin səfəri Bakı üçün niyə əhəmiyyətlidir?
    Dünən, 18:14 | Nazirlər Kabinetindən bu nazirliklə bağlı vacib qərar
    Dünən, 17:22 | Xalq artisti onların pensiya yaşı ilə bağlı narazılığını bildirdi
    Dünən, 17:15 | Bakıda kafedə insident: saxlanılanlar var - Rəsmi
    Dünən, 17:14 | Güclü külək əsəcək - Sarı və narıncı xəbərdarlıq
    Dünən, 16:29 | Rusiyadan bu ölkəyə tələb: NATO-dan çıx!
    Dünən, 16:27 | Məhkəmədən Ramiz Əzizbəylinin kürəkəni ilə bağlı qərar
    Dünən, 16:26 | 13-cü dəfə Avropa çempionu oldu - Foto
    Dünən, 15:30 | Dublində İlham Əliyevlə Paşinyanın görüşü... - Deputat
    Dünən, 15:13 | Bu şəxslərin maaşının artırılması təklif olunur
    Dünən, 15:07 | Rus ordusu daha iki kəndi işğal etdi
    Dünən, 14:36 | Fransa ilə oyun öncəsi Türkiyə millisində ciddi itki
    Dünən, 14:34 | Qışa hazırlıqla bağlı müşavirələr keçirildi - FOTOLAR
    Dünən, 14:31 | Motosikletlə məktəblini vurub qaçdı - VİDEO
    Dünən, 14:30 | Real ehtiyaclara əsaslanan planlaşdırma: Ev təsərrüfatlarının uçotu niyə vacibdir?
    Dünən, 14:26 | Polad Həşimovun anasının vəziyyəti ilə bağlı xəbər var
    Dünən, 14:24 | Bu türk ölkəsində yeni təbii qaz yatağı kəşf edildi
    Dünən, 14:21 | Tiktokda icra başçısını təhqir etdi, həbs olundu
    Dünən, 14:20 | Bakıda baş redaktor həbs edildi - Foto
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.