Mediaxeberleri.az
    
  • Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
    Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
  • 
  • “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
    “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
  • 
  • Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
    Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
  • 
  • Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
    Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
  • 
  • İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
    İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
  • 
  • Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
    Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
  • 
  • Baba Vəziroğlu: "Çinqaçuklar" bəyəm məktəbə dəbilqə ilə, əlində nizə ilə gəlməlidirlər?"
    Baba Vəziroğlu: "Çinqaçuklar" bəyəm məktəbə dəbilqə ilə, əlində nizə ilə gəlməlidirlər?"
  • 
  • Xalqımızın milli kimliyini və özünəməxsusluğunu yaşadan dəyər - Kəlağayı
    Xalqımızın milli kimliyini və özünəməxsusluğunu yaşadan dəyər - Kəlağayı
  • 
  • KREDİT FAİZLƏRİ İLƏ BAĞLI MEYAR DƏYİŞDİ - Kazımov qərar imzalayıb + VİDEO
    KREDİT FAİZLƏRİ İLƏ BAĞLI MEYAR DƏYİŞDİ - Kazımov qərar imzalayıb + VİDEO
  • 
  • Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
    Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
  • 
  • Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
    Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
  • 
  • “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
    “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
  • 
  • Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
    Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
  • 
  • Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
    Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
  • 
  • Zeytun Festivalının açılışı olub - Foto
    Zeytun Festivalının açılışı olub - Foto
  • 
  • Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
    Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
  • 
  • Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
    Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
  • 
  • Aqroservisin sədri həbs edildi
    Aqroservisin sədri həbs edildi
  • 
  • Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
    Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
  • 
  • Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
    Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
  • 
  • Kiçik pomidorlarda böyük təhlükə!
    Kiçik pomidorlarda böyük təhlükə!

Son xəbərlər :
  • Sahibsiz itlər 5 nəfəri dişlədi - VİDEO
  • Rusiya kütləvi hücuma hazırlaşır - Hədəf budur
  • Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
  • İlham Əliyev Türkiyədə belə qarşılandı - VİDEO
  • Böyük futbol Xankəndidə - Tarix rəsmən açıqlandı!
  • Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar - Video
  • Məşhur sənətçimiz qəfil VƏFAT ETDİ
  • Əbu-Dabidəki danışıqlar başa çatdı
  • Masazırda yüzlərlə insan risk altındadır: Dirək hər an aşa bilər - VİDEO
  • İlham Əliyev Türkiyəyə getdi
  • "Turan" voleybol klubu ÇL-in qrup mərhələsində
  • Rusiya Ukrayna xalqını ac qoymaq istəyir – Plan
  • Aslan Fətullayev Moskvada vəfat etdi
  • Asiyada insanları "udan" "Bermud üçbucağı" tapıldı - VİDEO
  • Sabiq məmur doğum günündə vəfat etdi
  • “Əsgərliyə aparsalar, özümü öldürəcəyəm” - dedi, həbs olundu
  • Nəvəsinin andiçməsinə getdi, itkin düşdü - Foto
  • KİM İŞLƏYİR, KİM MÜAVİNƏT ALIR, KİM AİLƏSİNİN HESABINA YAŞAYIR?... – Yeni uçot qaydaları nəyi dəyişəcək?
  • Məktəblərdə 7 gün dərs olmayacaq
  • "Turan" voleybol klubu bu gün ÇL-in qrup mərhələsinə yüksələ bilər
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

"Guya "Şapka Mamed"in xanımı mənə bahalı avtomobil bağışlayıb" - Zirəddin Rzayev

  • Tarix: 28-06-2024, 08:42

Tanınmış ekstrasens Zirəddin Rzayevin Lent.az-a müsahibə verib.

Mediaxeberleri-Az həmin müsahibəni təqdim edir:

- Zirəddin bəy, necəsiniz? Son vaxtlar mediada və sosial şəbəkələrdə haqqınızda müxtəlif yazılar gedir. Nə baş verir?

- Bu günlərdə "Youtube"da bir video gördüm. "Turanbank"dan və mənim bu bankın sahibi ilə əlaqələrimdən danışırdılar. Deyirdilər bankı "Şapka Mamed" adlı biri idarə edir, lakin bankın əsl sahibi o deyil. Həmin proqramda iddia edildi ki, mən "Şapka Mamed"in ailəsinin şəxsi məsləhətçisiyəm, məndən istifadə edirlər, hətta mənə görə Mamedin oğlunun ailəsi dağılıb, mənim üstümdə ailədə narazılıqlar olub. Guya "Şapka Mamed"in xanımı mənə bahalı avtomobil bağışlayıb. Təəssüf ki, Azərbaycan mediasında dedi-qodu, iftira üzərində qurulmuş xəbər portalları çoxdur. Kim kimin haqqında nə gəldi uydurub yazır, nə bir mənbəyə əsaslanır, nə araşdırılır, nə qarşı tərəfin fikri öyrənilir. "Deyilənə görə" deyib, bildiklərini edirlər. Bu mediadır, qeybətxana deyil. Mən o ailə ilə tanış deyiləm. İnsanların haqqında bu şəkildə qara böhtan atmaq hansı vicdana sığar, günah deyilmi? Mənim də burda rusdilli qəzetim var, qeydiyyatdan keçib. Mən də durub ağlıma gələni yazım, xoşa gələrmi? Mənim birinci təhsilim müəllimlikdir, daha sonra psixologiya fakültəsini bitirmişəm. Çıxıb özünə tanınmış jurnalist deyən birisi haqqımda "itbaz" deyə yazı yazır. Yazıb ki, itləri 40 gün qaranlıqda saxlayıb, sonra onları boğuşdururam. Bu da ona çiləxanada qalan dərvişləri xatırladırmış. Gərək nə qədər bisavad və həyasız olasan ki, dərvişləri itlərlə müqayisə edəsən. Mən bir yana, ruh adamı olan dərvişlərə qarşı bu ədalətsiz davranış deyilmi? Sonra yazıb ki, Zirəddin Rzayev Rusiya xüsusi xidmət orqanlarının təsiri altına düşüb, Federal Təhlükəsizlik Xidmətinə (FTX) işləyir. Əgər heç kimin bilmədiyini bu jurnalist bilirsə, deməli o özü FTX-ya işləyir və ya haranınsa agentidir. Gah yazır alkaqolikəm, gah yazır eyş-işrətlə məşğulam. Bir söz qalıb haqqımda işlətmədikləri - terrorçu. Onu da yazsalar, dincələrdilər. Deyilən söz isbat olunmalıdır. Kimsə kimisə təhqir edirsə, bunun bir cavabı olmalıdır. Hünəriniz çatırsa, əlinizdə olan sübutları göndərin Dövlət Təhlükəsizlik Xidmətinə sübut edin. Sübut edə bilmirsinizsə nə yazırsanız yazdığınız öz səviyyənizdir, cəfəngiyatdır, xülyadır. Bu meydan, bu da şeytan. Bir dəfə bir nevroloq mənim kliniki psixoloq adlandırılmağımı elmə qara ləkə adlandırdı. Araşdırdım, həmin nevroloqu. Avropa Nevroloji Elmlər Akademiyasının həqiqi üzvü imiş. Birincisi heç Avropa Nevroloji Akademiyası deyə bir nüfuzlu qurum yoxdur. Avropa Elmlər Akademiyası var. İkincisi sənin özünün AMEA-da qeydiyyatın yoxdur, adın it dəftərində də deyil. Mən diplomlarımı, diplomlara əlavələrimi hazıram təqdim edəm. Siz nəyi təqdim edəcəksiniz? -

- Sizə niyə itbaz deyilirdilər ki?

- Mənim fermam var. Fermada inək, qoyun, toyuq saxlayıram, itlərim, pişiklərim də var. Bu işlərlə mən şəxsən məşğul olmuram. İşçilər var. Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsini bitirən adama həmin jurnalist kinoloq, itbaz deyirsə, bu sadəcə qərəzdir.

- Tez-tez rastlaşırsınız şəxsinizə qarşı əngəllərlə?

- Bax sizə bir faktı da açım. Bu əslində şəxsimə qarşı əngəl deyil, işin işi bilməyənlərə həvalə olunmasıdır. Mənim qızım Azərbaycanda doğulub. O doğulanda mən də, anası da Azərbaycan vətəndaşı idik. Mən indi Rusiya vətəndaşlığını almışam. Anası yenə Azərbaycan vətəndaşıdır. Amma mənim qızıma Azərbaycanda şəxsiyyət vəsiqəsi vermədilər. Bu uşaq haranın vətəndaşı sayılır? Milli mənsubiyyətini Azərbaycanın Miqrasiya Xidməti tanımadı. Qızımı vətəndaşlıqdan hansı cinayətinə görə çıxarıblar? Beynəlxalq qanunvericiliyə görə, valideynlərdən biri hansı ölkənin vətəndaşıdırsa, uşaq da həmin ölkənin vətəndaşıdır. Bəs mənim qızımı vətəndaşlıqdan kim çıxarıb? Tibb Universitetinə hazırlaşır. Sabah bir yaxşı həkim olub xalqını təmsil edəcək. Xalqımızın ağır günündə sosial şəbəkədə bir mahnı paylaşsa, "azərbaycanlıya yaraşmaz" deyib, topa tutarlar adamı. Amma, bu gün ona azərbaycanlı adını vermək istəmirlər.

-Bir az da proqnozlardan danışaq. Çinlə bağlı sosial şəbəkələrdə qorxunc videolar yayılır. Koronavirus yenidən boy göstərəcək?

- Dünya tarixində koronavirusu öncədən söyləyən ikinci kahin olmayıb. Bunu birinci mən demişəm. Mən bu barədə 2017-ci ildə proqnoz vermişdim. Dedim ki, 2019-cu ilin payızında bir virus çıxacaq və insanlar maskada gəzəcəklər. Koronadan sonra viruslar 10 il müddətində davam edəcək, mutasiya olunmuş viruslar çıxacaq. İnsanları hələ çox həngamələr gözləyir. 2021-ci ilin 21 dekabrında öz "Instagram" səhifəmdə proqnozlar paylaşdım. İndi də qalır, baxa bilərsiniz, sel və su ilə gələn böyük fəlakətlərin gözlənildiyini demişdim. Bu 2023-cü ildə də hökm sürəcək. Pakistanı gördük. İndoneziya və Türkiyəni gördük. 2022-ci ili sel ili adlandıra bilərik. Dünyanı böyük subasmalar gözləyir.

- İndən belə də?

- Bu hələ harasıdır ki. Su dünyaya hökmranlıq edəcək. Allah insanların azğınlığını, homoseksualizmi bu dünyada su, axirətdə alovla cəzalandıracaq.

- Üzümüzə gələn dovşan ili nə vəd edir?

- 2022-dən o qədər də fərqli bir il olmayacaq.

- Hansı ölkələrin problemi çox olacaq?

- Qazaxıstanla bağlı çətin il olacaq. Şimali Koreya barədə də eynisini deyə bilərəm. Qazaxıstan və İranda ölkədaxili mitinqlər və hərbi müdaxilələr görürəm. Azərbaycan üçün aqressiv il deyil, tam əksinə. 2023-cü ilin fevral, mart, noyabr, dekabr aylarında Qarabağda xırda qığılcımlar olacaq, lakin böyük müharibə görmürəm. 2023-cü ildə Bakıda dəhşətli, hay-küyə səbəb olacaq böyük bir yanğın olacaq. Zavod və ya fabrik olacaq bu. Türkiyədə yenidən terror hadisələri baş verəcək. Ümumilikdə, Azərbaycanla bağlı pis heç nə yoxdur. 2023-cü il sənaye və kənd təsərrüfatı üçün uğurlu il olmayacaq. Qıtlıq və aclıq gözlənilir.

- Qarabağ problemimiz kökündən həll olunacaq, yoxsa elə bağrımızda sağalmaz yara rolunda qalacaq?

- Artıq əsas hissəsi həll olunub. Bir az yaramızın qabığı var, onu da qoparmalıyıq ki, altı sağalsın, amma bitəcək. Hər şey yaxşı olacaq.

- Adətən böyük biznesmenlər, siyasətçilər öngörücüləri öz yanlarına işə dəvət edirlər. Sizi də dəvət ediblər?

- Əlbəttə. Türkiyədən, Rusiyadan, Qazaxıstandan, Azərbaycandan, Avropadan məmurlar müraciət ediblər. Hətta MDB məkanından Avropaya qaçmış siyasi mühacirlər belə müraciət ediblər. Nazirlər, millət vəkilləri, hətta prezident nümayəndələri belə yanıma adamlar göndəriblər, bunu inkar eləmirəm.

- Müraciətlər əsas nə ilə bağlı olur? Şəxsi yoxsa siyasi hadisələrlə bağlı?

- Əslinə qalsa ciddi problemlə qarşılaşanda konkret sualla gəlirlər. Sonra şəxsi məsələlərlə bağlı mütləq nəsə soruşurlar. Molla gəlmişkən ölən ölsün misalı ( gülür). "Nə qədər vəzifədə qalacam?", "Məni nə təhlükə gözləyir?" kimi suallarla. Hətta biri öz nəslindən olan birinin prezident olub-ola bilməyəcəyini soruşurdu.

- Vəzifədə çox qalmaq üçün hansısa ritual, cadu etdirənlər də var?

- Mən cadu edə bilmirəm. Amma qarğışım yaman keçərlidir.

- Sizdəki gücün adı nədir? Kahinsiz, öngörücüsüz ya bu güclü bəsirətdir?

- Kahinlər, gələcəkdən xəbər verən görücülər tarix boyu olub. Xeyirə xidmət edənlər də olub, şər qüvvələrə də. Mən özümü gizli elmlərlə məşğul olan insan kimi təqdim edərdim, ezoterikəm. Bu duyğu deyil, mənə təsir edən qüvvələr var.

- O qüvvələrin adını çəkə bilərsiniz?

- Xeyr.

- Onlar bu planetdəndirlər?

- Əslində yadplanetlilərlə bağlı deyə bilərəm ki, inkar etmirəm, onlar var. Quranda deyilir ki, 18 min aləm var, mənim güc aldıqlarım o 18 min aləmdən birindəndir.

- Paralel dünya deyək?

- Paralel dünya. Bəli.

- Rusiyada, sizdən daha üstün gücə malik ekstrasens var?

- Mən deyəndə məndən inciyirlər. Mən Rusiya kimi bir dövlətdə Daxili İşlər Nazirliyinin iki medalı ilə təltif olunmuş görücüyəm. Üstünü aça bildiyim cinayətlərə görə təltif olunmuşam. Əgər mənə gücü yetən olsaydı, onlara da medal verilərdi. Məndən başqa dövlətdən medal alan başqa ekstrasens yoxdur.

- Güclərinizin özünüzə xeyri var?

- Var. Amma xeyri olduğu qədər zərəri də var. Hər tərəfli. Həddən artıq həssas adamam. Həyatım cəhənnəm içində keçir. Səksəkədəyəm, qorxudayam. Gördüklərim məni qorxudur. Hiss etdiklərim məni incidir. İki dünya arasında qalmışam.

- Nə zaman özünüzdən xəbər tutdunuz?

- 1997-ci ildə. Əslində anadangəlmə vergiliyəm. Bu hadisələri mənim qonşularım da bilir. Doğulmazdan öncə adımı anama yuxuda deyiblər. Şəmkirin Əliyaqublu kəndində yaşayan Seyid Əkbər mənə kirvə verilib. Seyid Əkbər yuxuda anama deyib ki, oğlun olacaq, kirvəsi mənəm. Mən doğulanda müsəlman kimi 3 işarə ilə doğulmuşam.

- İslamda fala baxmaq günah hesab edilir. Siz özünüzü günahkar hesab edirsiniz?

- Xeyr. Kor-koranə inanmaq olmaz. Falla öngörücülüyün fərqi var. Və fala baxıb özünə ziyan verirsənsə bu ziyandır. Tarix boyu bütün hakimlərin ətrafında kahinlər, öngörücülər olub, müsəlman aləmində də. Fal əşya vasitəsilə gələcəkdən xəbər verirsənsə (kofe, noxud, kart), onlar əsasında həyatını qurursansa haramdır. Öngörmə var, bunun heç kim qarşısını ala bilməz. Hava proqnozuna baxırsan, onda haramdı deyib baxmayaq? Politoloqlar, maliyyəçilər də proqnozlar verirlər. Bu elmdir. Öngörücülük vergidir, bunu insan özü eləmir, istəmir.

- Pirlər barədə nə deyə bilərsiniz? Faydasını gördüyünü deyənlər də var, əksini iddia edənlər də.

- Kvant fizikasına əsaslansaq, informasiya sahəsi var. Nə ediriksə o informasiya yazılır, qorunur. Dində buna "əməl dəftəri" deyirlər, elmdə informasiya məkanı. Dualar da bir informasiyadır. Müasir tibb elmi ataizmdən bəhs edir, iddia edir ki, insan meymundan yaranıb. Tüklü, quyruqlu adamlar doğulanda deyirlər bu ataizmdir, soykökünün izlərini qoruyur, milyon illərdir genində daşıyır. Seyidlər peyğəmbər genini daşıyırlar və onun informasiyasının bir hissəsi o adamların genində qorunur. Onların etdikləri dualar, fikirlər əşyalarında, məzarlarında qalır. Ona görə tütyə deyilən o anlayış var. Homeopatiya elmi insanı sırf informasiya ilə müalicə edir. Zəhərin informasiyası hopdurulmuş suyla insanı sağaldırlar. Necə ki balaca bir karta milyonlarla informasiya yazılır. Eləcə də müqəddəslərin məzarları ətrafında da o energetika, o informasiya qorunur. Yaqub peyğəmbər Yusif peyğəmbərin köynəyini gözlərinə sürtdü, gözləri açıldı. Burda söhbət məhz informasiya alaraq sağalmaqdan gedir. İnan bilmədiyi şeyi araşdırmalı öyrənməlidir, inkar etməməlidir.

- Düşüncələr sizi yoranda nə edirsiniz?

- Yaradıcılığa üz tuturam. Şeirlər, qəzəllər yazıram. 


Oxunub: 2 573
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 07:52 | Sahibsiz itlər 5 nəfəri dişlədi - VİDEO
    Bu gün, 07:51 | Rusiya kütləvi hücuma hazırlaşır - Hədəf budur
    Bu gün, 07:49 | Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
    Dünən, 21:10 | İlham Əliyev Türkiyədə belə qarşılandı - VİDEO
    Dünən, 21:00 | Böyük futbol Xankəndidə - Tarix rəsmən açıqlandı!
    Dünən, 20:31 | Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar - Video
    Dünən, 20:16 | Məşhur sənətçimiz qəfil VƏFAT ETDİ
    Dünən, 20:01 | Əbu-Dabidəki danışıqlar başa çatdı
    Dünən, 19:43 | Masazırda yüzlərlə insan risk altındadır: Dirək hər an aşa bilər - VİDEO
    Dünən, 19:40 | İlham Əliyev Türkiyəyə getdi
    Dünən, 19:39 | "Turan" voleybol klubu ÇL-in qrup mərhələsində
    Dünən, 19:38 | Rusiya Ukrayna xalqını ac qoymaq istəyir – Plan
    Dünən, 19:36 | Aslan Fətullayev Moskvada vəfat etdi
    Dünən, 18:21 | Asiyada insanları "udan" "Bermud üçbucağı" tapıldı - VİDEO
    Dünən, 18:20 | Sabiq məmur doğum günündə vəfat etdi
    Dünən, 18:19 | “Əsgərliyə aparsalar, özümü öldürəcəyəm” - dedi, həbs olundu
    Dünən, 18:16 | Nəvəsinin andiçməsinə getdi, itkin düşdü - Foto
    Dünən, 14:57 | KİM İŞLƏYİR, KİM MÜAVİNƏT ALIR, KİM AİLƏSİNİN HESABINA YAŞAYIR?... – Yeni uçot qaydaları nəyi dəyişəcək?
    Dünən, 14:49 | Məktəblərdə 7 gün dərs olmayacaq
    Dünən, 14:21 | "Turan" voleybol klubu bu gün ÇL-in qrup mərhələsinə yüksələ bilər
    Dünən, 14:18 | Ermənistanda müxalifətçi namizəd təcridxanada vəfat edib
    Dünən, 14:04 | 2-ci liqada 10-cu tur başa çatır
    Dünən, 13:54 | Bakıya nə zaman qar yağacaq? – AÇIQLAMA
    Dünən, 13:49 | Naxçıvanda gənc əsgər naməlum şəraitdə öldü
    Dünən, 13:21 | “Güclü Ermənistan”ın namizədi həbsxanada vəfat etdi
    Dünən, 13:19 | Xəyali danışıqlarla bağlı saxta xəbərlər… - Rzayi
    Dünən, 13:17 | Aqrar məhsul istehsalı daha 3 il müddətinə ƏDV-dən azad edilir
    Dünən, 13:15 | Yol polisi səfərdən geri qayıdan sürücülərə müraciət etdi
    Dünən, 12:41 | Bu məhsullar 3 il müddətinə ƏDV-dən azad edilir
    Dünən, 12:25 | Şəkiyə 33 sm qar yağdı
    Dünən, 12:18 | İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi
    Dünən, 12:18 | İlham Əliyev polşalı həmkarına başsağlığı verdi
    Dünən, 11:45 | İşsizlikdən sığorta haqqı nağdsız formada ödəniləcək
    Dünən, 11:44 | Qazaxda avtomobil yandı
    Dünən, 11:43 | Bakıda məşhur xəstəxana bağlanır
    Dünən, 11:41 | 5 günlük tətil başlayır - Tarixlər
    Dünən, 11:40 | Erməni əsgər intihar etdi, iki həbsçi həbs olundu
    Dünən, 10:17 | Qarabağa qayıdışın tarixi: Zəfərdən suverenliyə uzanan altı il - Foto/Video
    Dünən, 10:15 | ABŞ Rusiyadan Ukrayna üçün NATO mexanizmlərinə oxşar təminatlar istəyəcək
    Dünən, 10:12 | Mərkəzi Bankdan kreditlərlə bağlı - QƏRAR
    Dünən, 10:04 | Sabirabadda məktəblini avtomobil vuraraq öldürdü
    Dünən, 10:01 | Azərbaycan XİN Atatürkün anım günü ilə bağlı paylaşım etdi
    Dünən, 09:50 | UEFA azərbaycanlı hakimi bu oyunlara təyin etdi
    Dünən, 09:44 | Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?
    Dünən, 09:27 | Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
    Dünən, 00:33 | Mustafa Kamal Atatürkün vəfatından 88 il ötür
    9-11-2026, 21:10 | "Villaları, evləri var, gözləri doymur"
    9-11-2026, 20:50 | Zəlzələ təhlükəsi ilə bağlı gərgin müzakirə: "Heç nə etmirik, avara-avara gəzirik..." - VİDEO
    9-11-2026, 19:03 | Sabirabadda bir ildir uçan körpünün yerində yenisi tikilmir - Video
    9-11-2026, 18:53 | Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.