Acınacaqlı vəziyyət: Tibb ocağının pəncərələri qırılıb, içəri zibilliyə çevrilib
Yevlax rayonunun üç mindən çox əhalisi olan Qoyun Binəsi kəndinin tibb müəssisəsi yararsız haldadır. Tibb ocağının pəncərələri qırılıb, içəri zibilliyə çevrilib. Ayaqda durmaq üçün özünün yardıma ehtiyacı olan binada hələ də tibbi yardım xidməti göstərilir. Mal-qaranın otlağına, gəmiricilərin oylağına çevrilən bu məkana gələnlər şəfa tapmaq əvəzinə az qala xəstəliyə düçar olurlar. Daha ətraflı Real TV-nin süjetində:
Oxunub: 238
Xəbəri paylaş
Paylaş: