Cəbrayılda sursat partlayışı olub, ANAMA əməkdaşı həlak olub, xəsarət alanlar var
Cəbrayıl rayonunda sursat partlayışı hadisəsi baş verib. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətinin birgə məlumatında deyilir. Məlumata görə, işğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisində 21 iyun tarixində icra edilən minatəmizləmə prosesi zamanı baş verən partlayış nəticəsində Agentliyin əməkdaşı 1980-ci il təvəllüdlü İsayev Raqif Deputat oğlu həyatını itirib. Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan əməkdaşlar rayon xəstəxanasına təxliyə edilib. Vəziyyətləri qənaətbəxşdir. Faktla bağlı Cəbrayıl rayon prokurorluğunda araşdırma aparılır.
Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yeri müayinə olunur.