Balıq tutmağa gedərkən yoxa çıxan 6 yaşlı uşağın kanalda batdığı ehtimal edilir
Ağdaş rayonunda balıq tutmağa gedərkən itkin düşən 6 yaşlı Adəm Musayevin axtarışları aparılır. Bununla bağlı Mediaxeberleri.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib. Bildirilir ki, axtarış işlərinə polis və digər aidiyyəti qurumların əməkdaşları cəlb olunublar. Mediaxeberleri.Az-ın əldə etdiyi məlumata görə, azyaşlının kanalda batması ehtimal edilir, bu səbəbdən axtarış işləri suda aparılır. Ağdaş rayonunda azyaşlı itkin düşüb. Mediaxeberleri.Az xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax yolunun 241-ci kilometrliyi yaxınlığında baş verib. Həmin ərazidəki Ləki kanalına balıq tutmağa gedən 2018-ci il təvəllüdlü Adəm Musayev geri qayıtmayıb. Yaxınları bildirib ki, Adəm günorta saatlarında itkin düşüb. Müraciətlə bağlı araşdırma aparılır.