Mediaxeberleri.az
    
  • Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
    Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
  • 
  • Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
    Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
  • 
  • “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
    “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
  • 
  • Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
    Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
  • 
  • Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
    Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
  • 
  • Zeytun Festivalının açılışı olub - Foto
    Zeytun Festivalının açılışı olub - Foto
  • 
  • Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
    Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
  • 
  • Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
    Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
  • 
  • Aqroservisin sədri həbs edildi
    Aqroservisin sədri həbs edildi
  • 
  • Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
    Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
  • 
  • Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
    Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
  • 
  • Kiçik pomidorlarda böyük təhlükə!
    Kiçik pomidorlarda böyük təhlükə!
  • 
  • Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
    Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
  • 
  • "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
    "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
  • 
  • Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
    Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
  • 
  • "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
    "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
  • 
  • "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
    "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
  • 
  • Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
    Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
  • 
  • Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
    Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
  • 
  • VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
    VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
  • 
  • Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
    Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu

Son xəbərlər :
  • Rusiyanın nəhəng neft-kimya zavodu vuruldu - Video
  • Millətlər Liqası: Türkiyə üçün növbəti çətin sınaq
  • Azərbaycan XİN: Fələstin xalqını və hökumətini Milli Günü münasibətilə səmimi-qəlbdən təbrik edirik
  • Rəşad Məcidə AĞIR İTKİ
  • Tikintiyə icazə prosedurları sadələşdirilir - VİDEO
  • Hüseyn Abdullayevin anası: “Şikayət ərizəmizi geri götürmüşük, cənab Prezidentdən kömək istəyirik”
  • Tanınmış aparıcı Xəzər TV-dən getdi
  • Əgər Rusiya bunu işə salarsa, ciddi problem yaranacaq
  • Millətlər Liqası: Portuqaliya ağır məğlubiyyət aldı
  • Ət yeməyənlərdə xərçəng riski daha azdır - Diqqət!
  • İran Qeşm üzərində ABŞ PUA-sını məhv etdi
  • AzTV-nin sabiq idarə rəisi vəfat etdi
  • Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər
  • Küləkli hava şəraiti ilə bağlı müraciət edildi
  • Avtobusda sərnişini talan edən şəxs saxlanıldı
  • Azərbaycan nefti ucuzlaşdı
  • Küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edildi
  • Həbsdəki jurnalist əməliyyat olunub
  • DOĞUM AZALIR, BOŞANMALAR ARTIR... – Cəmiyyəti hansı problemlər gözləyir?
  • Naxçıvan daş duz yatağında geoloji kəşfiyyat işləri aparılacaq
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Heydər Əliyev Fondunun Göyçay, İsmayıllı və Qəbələdə inşa etdiyi məktəblər istifadəyə verildi - FOTO

  • Tarix: 15-09-2023, 10:28

Heydər Əliyev Fondu tərəfindən mütəmadi olaraq yeni təhsil ocaqları inşa olunaraq, yaxud əsaslı bərpa edilərək istifadəyə verilir. 2023-24-cü tədris ili də istisna olmayıb. Həmişə olduğu kimi, fondun müəllim və şagirdlərə yeni tədris ili hədiyyəsi paytaxtla yanaşı, Azərbaycanın regionlarını da əhatə edir. Yeni tədris ilində Heydər Əliyev Fondu tərəfindən Bakıda və regionlarda əsaslı təmir və bərpa olunan, eləcə də yeni inşa edilən 22 təhsil müəssisəsi - 19 məktəb və üç məktəbəqədər müəssisə müəllim və şagirdlərin istifadəsinə verilir. Tədris ili ərzində Heydər Əliyev Fondu tərəfindən inşa və təmir edilən daha 10 məktəbin açılışı nəzərdə tutulur.

Bu barədə Heydər Əliyev Fondundan verilən məlumatda deyilir.

Qeyd olunur ki, Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, elm və təhsil naziri Emin Əmrullayev Göyçay, İsmayıllı və Qəbələdə yeni inşa olunan və əsaslı təmir edilən məktəblərdə olublar.

Göyçay şəhər 6 saylı məktəbdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir-bərpa işləri aparılıb.

1969-cu ildə inşa olunan Göyçay şəhər 6 saylı tam orta məktəbin binası artıq istifadəyə yararsız vəziyyətə düşdüyündən fond tərəfindən 2023-cü ilin yanvar ayından burada bərpa işlərinə başlanılmışdı. Qısa zamanda görülən işlər nəticəsində bir korpusu üç mərtəbə, digər korpusları iki mərtəbə olmaqla dörd korpusdan ibarət 624 şagird yerlik təhsil müəssisəsi istifadəyə verilib. Məktəbdə 30 sinif otağı, fizika, kimya, biologiya laboratoriyaları, informatika, hərbi təlim, qızlar və oğlanlar üçün əmək təlimi otaqları, kitabxana, yeməkxana, akt və idman zalları, açıq idman meydançası yaradılıb. Təhsil müəssisəsi zəruri mebel və avadanlıqla, fənn kabinetləri və laboratoriyalar əyani vəsaitlərlə təmin edilib, məktəbin həyətyanı ərazisi yaşıllaşdırılıb, müasir işıqlandırma sistemləri qurulub.

Qeyd edək ki, Heydər Əliyev Fondu bu günədək Göyçay şəhərində, eləcə də Göyçayın Bəydövül, Kürdşaban, Alpout kəndlərində məktəb, körpələr evi və uşaq bağçalarının tikintisini həyata keçirib.

Heydər Əliyev Fondunun təhsil sahəsində layihələri ötən müddətdə İsmayıllı rayonunu da əhatə edib. Bu günədək fond tərəfindən İsmayıllı şəhərində, eləcə də rayonun müxtəlif kəndlərində orta məktəb, uşaq bağçaları istifadəyə verilib. Heydər Əliyev Fondunun yeni tədris ilində İsmayıllı rayonunda təhsil sahəsində gördüyü işlərə biri də əlavə olunub. Fondun təşəbbüsü ilə burada 280 şagird yerlik 4 saylı tam orta məktəb üçün yeni bina tikilib. 1979-cu ildə inşa olunmuş İsmayıllı şəhər 4 saylı tam orta məktəb ötən müddət ərzində istifadəyə yararsız vəziyyətə düşmüşdü. Heydər Əliyev Fondu tərəfindən bu ilin yanvar ayında başlanılan tikinti işləri nəticəsində üç korpusdan ibarət təhsil ocağı inşa olunub.

Məktəb zəruri avadanlıq, fənn kabinetləri və laboratoriyalar, əyani vəsaitlərlə təchiz edilib. İdman zalı ilə yanaşı, açıq idman meydançası da istifadəyə verilib. Məktəbin həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri aparılıb.

Fondun təhsillə bağlı digər layihəsi isə Qəbələ rayonunun payına düşür. Qəbələnin Nic qəsəbəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə 1 nömrəli tam orta məktəbin binası inşa edilərək istifadəyə verilib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın 2021-ci ilin may ayında Qəbələnin Nic qəsəbəsindəki Müqəddəs Məryəm Ana Alban kilsəsində Fondun apardığı bərpa işləri ilə tanışlığı zamanı Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili dövlət başçısına burada 150 yaşı olan məktəbin təmiri ilə bağlı müraciət etmişdi. Bununla əlaqədar olaraq Heydər Əliyev Fondu tərəfindən 1 nömrəli məktəb üçün yeni binanın inşasına başlanılıb. Onu da qeyd edək ki, bu, Heydər Əliyev Fondunun Nic qəsəbəsində təhsillə bağlı ilk layihəsi deyil. Belə ki, qəsəbədə 2 nömrəli tam orta məktəb də fondun təşəbbüsü ilə inşa olunub.

2023-24-cü tədris ilində istifadəyə verilən ikimərtəbəli 200 şagird yerlik 1 nömrəli tam orta məktəbdəki fənn kabinetləri və laboratoriyaları lazımi avadanlıqla və əyani vəsaitlərlə təchiz edilib. Məktəbdə kitabxana, yeməkxana, akt zalı, idman zalı və açıq idman meydançası şagird və müəllimlərin istifadəsinə verilib. Təhsil ocağının həyətində abadlıq və yaşıllaşdırma işləri görülüb.

Beləliklə, Heydər Əliyev Fondunun dəstəyi ilə yeni təhsil ocaqlarının istifadəyə verilməsi ölkədə gənc nəslin daha bilikli yetişməsinə və keyfiyyətli təhsil almalarına daha bir töhfədir.

Yarandığı gündən təhsil sahəsinə xüsusi həssaslıqla yanaşan, bu sahənin inkişafını fəaliyyətinin prioritet istiqaməti elan edən Heydər Əliyev Fondu “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək” kimi proqramların icrası ilə təhsil sahəsinə öz dəstəyini göstərir, müasir standartlara cavab verən təhsil kompleksləri yaradır, tədrisin keyfiyyətini yüksəltmək məqsədi ilə təhsil müəssisələri əyani vəsaitlərlə təmin olunur. Heydər Əliyev Fondunun təhsil sahəsində həyata keçirdiyi layihələr çərçivəsində 2004-cü ildən etibarən 500 məktəb inşa və təmir olunaraq istifadəyə verilib.

Fondun təhsilin keyfiyyətinin daha da yaxşılaşdırılmasına, məktəblərin maddi-texniki bazasının gücləndirilməsinə verdiyi töhfələr bu il də yüzlərlə şagirdin, müəllim və valideynin sevincinə səbəb olub.




























Oxunub: 692
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 11:16 | Rusiyanın nəhəng neft-kimya zavodu vuruldu - Video
    Bu gün, 11:13 | Millətlər Liqası: Türkiyə üçün növbəti çətin sınaq
    Bu gün, 11:10 | Azərbaycan XİN: Fələstin xalqını və hökumətini Milli Günü münasibətilə səmimi-qəlbdən təbrik edirik
    Bu gün, 10:51 | Rəşad Məcidə AĞIR İTKİ
    Bu gün, 10:49 | Tikintiyə icazə prosedurları sadələşdirilir - VİDEO
    Bu gün, 10:48 | Hüseyn Abdullayevin anası: “Şikayət ərizəmizi geri götürmüşük, cənab Prezidentdən kömək istəyirik”
    Bu gün, 10:46 | Tanınmış aparıcı Xəzər TV-dən getdi
    Bu gün, 09:55 | Əgər Rusiya bunu işə salarsa, ciddi problem yaranacaq
    Bu gün, 09:53 | Millətlər Liqası: Portuqaliya ağır məğlubiyyət aldı
    Bu gün, 09:52 | Ət yeməyənlərdə xərçəng riski daha azdır - Diqqət!
    Dünən, 20:26 | İran Qeşm üzərində ABŞ PUA-sını məhv etdi
    Dünən, 19:45 | AzTV-nin sabiq idarə rəisi vəfat etdi
    Dünən, 19:43 | Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər
    Dünən, 19:42 | Küləkli hava şəraiti ilə bağlı müraciət edildi
    Dünən, 19:41 | Avtobusda sərnişini talan edən şəxs saxlanıldı
    Dünən, 19:39 | Azərbaycan nefti ucuzlaşdı
    Dünən, 19:06 | Küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edildi
    Dünən, 19:04 | Həbsdəki jurnalist əməliyyat olunub
    Dünən, 18:51 | DOĞUM AZALIR, BOŞANMALAR ARTIR... – Cəmiyyəti hansı problemlər gözləyir?
    Dünən, 16:05 | Naxçıvan daş duz yatağında geoloji kəşfiyyat işləri aparılacaq
    Dünən, 15:57 | "Azəristiliktəchizat": Sakinlərinin ödəniş etmədiyi binalara istilik verilməyəcək
    Dünən, 15:37 | Hörmüz boğazında daha bir neft tankeri minaya düşərək yanıb
    Dünən, 15:36 | Sumqayıtda beş avtomobil toqquşdu
    Dünən, 15:34 | Saatlıq minimum əmək haqqı tətbiq ediləcək - Maaşlar artacaq
    Dünən, 14:04 | Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto
    Dünən, 14:00 | Borcu olan sakinlər istiliksiz qalacaq - Rəsmi
    Dünən, 13:58 | Bu gün Millətlər Liqasında 8 oyun keçiriləcək
    Dünən, 12:23 | Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol
    Dünən, 12:20 | Salah Misir millisində rekorda imza atdı
    Dünən, 12:13 | Füzulidə ağır qəza: 3 ölü, 4 yaralı - Foto
    Dünən, 11:20 | Külli miqdarda vəsaiti mənimsəyən bağça müdirinə hökm oxundu
    Dünən, 11:12 | Xəyyam Salehov müdir təyin edildi - FOTO
    Dünən, 11:08 | Mahirin qolu, Azərbaycan millisinin qələbəsi - Video
    Dünən, 11:02 | İcra başçısı şəhid anasının qayğıları ilə maraqlanıb
    Dünən, 10:57 | Fəaliyyətinə xitam verilən tibb ocağının aqibəti necə olacaq? - VİDEO
    Dünən, 10:55 | Etibar Pirverdiyev 15 minlik gülü kimin üçün aldırıb?
    Dünən, 10:53 | Pensiyalar belə artırılacaq: Mexanizmi dəyişir...
    Dünən, 09:33 | Yuxarı Salahlı kənd məktəbliləri ilə maarifləndirici görüş keçirilib
    Dünən, 09:30 | Füzulidə ağır qəza: 3 ölü, 4 yaralı - Foto
    Dünən, 01:39 | Millimiz Lixtenşteynə qalib gəldi
    13-11-2026, 18:18 | Birdəfəlik müavinətlərin ödəniləcəyi tarix açıqlandı
    13-11-2026, 18:16 | Prezidentin Dublin səfəri Bakı üçün niyə əhəmiyyətlidir?
    13-11-2026, 18:14 | Nazirlər Kabinetindən bu nazirliklə bağlı vacib qərar
    13-11-2026, 17:22 | Xalq artisti onların pensiya yaşı ilə bağlı narazılığını bildirdi
    13-11-2026, 17:15 | Bakıda kafedə insident: saxlanılanlar var - Rəsmi
    13-11-2026, 17:14 | Güclü külək əsəcək - Sarı və narıncı xəbərdarlıq
    13-11-2026, 16:29 | Rusiyadan bu ölkəyə tələb: NATO-dan çıx!
    13-11-2026, 16:27 | Məhkəmədən Ramiz Əzizbəylinin kürəkəni ilə bağlı qərar
    13-11-2026, 16:26 | 13-cü dəfə Avropa çempionu oldu - Foto
    13-11-2026, 15:30 | Dublində İlham Əliyevlə Paşinyanın görüşü... - Deputat
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.