Zərif azərbaycanlını dəstəklədi: kampaniyaya qoşulur
İranın keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərif ölkədə keçiriləcək prezident seçkilərində azərbaycanlı namizəd Məsud Pezeşkianı dəstəklədiyini açıqlayıb. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə İran mediası yazıb. Məlumata görə, Zərif İran televiziyasında yayımlanacaq “Dəyirmi Masa” proqramında Pezeşkianı müşayiət edəcəyini bildirib. Qeyd edək ki, “Dəyirmi Masa” prezidentliyə namizədlərin xarici siyasət məsələləri ilə bağlı fikirlərini bölüşdüyü televiziya proqramıdır.
Oxunub: 375
Xəbəri paylaş
Paylaş: