AVRO-2024: İlk matç darmadağınla bitdi
- 15-06-2024, 01:04
- 1 352
Futbol üzrə Avropa çempionatının açılış matçı başa çatıb.
Mediaxeberleri.Az xəbər verir ki, A qrupu çərçivəsində ev sahibi Almaniya ilə Şotlandiya qarşılaşıb.
Münhendəki Allianz Arenada keçirilən ilk matçda almanlar rəqiblərini darmadağın edərək, indiyədək Avropa çempionatları tarixində özlərinin ən böyükhesablı qələbələrini qazanıblar - 5:1.
Virtz (10), Musiala (19), Haverts (pen.45+1), Füllkruq (68), Emre Can (90+3) və Rudiger (avtoqol 87) fərqləniblər.
Qeyd edək ki, 45-ci dəqiqədə Şotlandiyanın müdafiəçisi Rayan Porteus yarımmüdafiəçi İlkay Gündoğana qarşı kobud oyuna görə birbaşa qırmızı vərəqə alıb.
Qrupun digər matçı Macarıstan və İsveçrə arasında oynanılacaq.
Комментарии (0)