Ana ilə 8 yaşlı qızının hamamda çılpaq videosu yayıldı - Qadın saxlanıldı
Sosial şəbəkələrdə qadının azyaşlı ilə qeyri-əxlaqi hərəkətlərini əks etdirən görüntülər araşdırılıb. Mediaxeberleri.Az Qafqazinfo-ya istinadla xəbər verir ki, qadının şəxsiyyəti polis əməkdaşları tərəfindən müəyyən olunub və saxlanılıb. Görüntülərdə əks olunan qadının 56, azyaşlının isə 8 yaşı var. Məlum olub ki, azyaşlı qadının övladıdır. Qadın məsuliyyətə cəlb edilib, araşdırmalar davam etdirilir. Məlumatı DİN-in Mətbuat Xidmətindən təsdiqləyiblər. Qeyd edək ki, sözügedən video evin hamam otağında lentə alınıb. Görüntülərdə paltarsız şəkildə kameranın qarşısında oynadılan azyaşlı qızın arxasında anasını da görmək mümkündür.
 
 
Oxunub: 840
 
  
  	Xəbəri paylaş
	
			
		 
Paylaş: 
 
   
 
   
   
 





















