Mediaxeberleri.az
    
  • “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
    “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
  • 
  • Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
    Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
  • 
  • Zeytun Festivalının açılışı olub - Foto
    Zeytun Festivalının açılışı olub - Foto
  • 
  • Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
    Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
  • 
  • Kiçik pomidorlarda böyük təhlükə!
    Kiçik pomidorlarda böyük təhlükə!
  • 
  • Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
    Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
  • 
  • "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
    "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
  • 
  • Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
    Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
  • 
  • "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
    "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
  • 
  • "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
    "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
  • 
  • Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
    Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
  • 
  • Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
    Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
  • 
  • VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
    VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
  • 
  • Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
    Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
  • 
  • Məktəblərdə geyim: bütün suallara aydınlıq gətirildi - RƏSMİ
    Məktəblərdə geyim: bütün suallara aydınlıq gətirildi - RƏSMİ
  • 
  • Saleh Məmmədovun yaratdığı idarələr ləğv olunur: Milyonlar...
    Saleh Məmmədovun yaratdığı idarələr ləğv olunur: Milyonlar...
  • 
  • Mənimsəmə işi: Etibar Pirverdiyevin maaşı şoka saldı
    Mənimsəmə işi: Etibar Pirverdiyevin maaşı şoka saldı
  • 
  • TTM-də 200 minlik mənimsəmə: Polkovnikin və digərlərinin məhkəməsi başladı
    TTM-də 200 minlik mənimsəmə: Polkovnikin və digərlərinin məhkəməsi başladı
  • 
  • PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
    PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
  • 
  • Qorxmaz Hüseynovun dövründəki milyonluq mənimsəmələr üzə çıxdı
    Qorxmaz Hüseynovun dövründəki milyonluq mənimsəmələr üzə çıxdı
  • 
  • Qazax Dövlət Dram Teatrında “Səhnədən zəfərə...” tamaşası təqdim olunub
    Qazax Dövlət Dram Teatrında “Səhnədən zəfərə...” tamaşası təqdim olunub

Son xəbərlər :
  • Azərbaycan vətəndaşlarının bu ölkəyə vizasız rejimi tətbiq edildi
  • Zəngi liseyinin direktoru işdən çıxarıldı – Yeni təyinat
  • Bu şəxslər üçün imtahan keçiriləcək
  • Sabahın havası bu insanlar üçün əlverişsiz olacaq
  • Argentinalı məşhur futbolçu huşunu itirdi
  • ABŞ yeni kamikadze dronunu təqdim etdi
  • Azərbaycana qar yağıb
  • Astarada qəza: 5 kəndin qazı kəsildi
  • Qazaxda iki nəfər bıçaqlandı
  • Gəzməkdə çətinlik çəkən qadının 23 illik əlillik pensiyası kəsildi - Video
  • Diyetoloq ən faydalı çörək növlərini və gündəlik istehlak normasını açıqladı
  • Yas mərasiminə gedən ehtiyatda olan zabit faciəli şəkildə öldü - Təfərrüat
  • Azərbaycan bu ölkəni təbrik etdi
  • Noyabrın sonunda üç BÜRCÜN həyatı yaxşılaşacaq
  • Rusiya taktikanı dəyişib - Hədəfi budur
  • “Qarabağ” “Kəpəz”, “Neftçi” isə “Araz” sınağında
  • Sahibsiz itlərin hücumundan şikayətçidirlər - VİDEO
  • İranda zəlzələ olub, Naxçıvanda da hiss edilib
  • Bakıda ağaclar kəsilərək yerində restoran tikilir? - VİDEO
  • İcra hakimiyyətində struktur dəyişiklikləri aparıldı: Yeni təyinatlar - Siyahı
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Türk dövlətlərinin GÜC MƏNBƏYİ: Azərbaycan-Türkiyə birliyi

  • Tarix: 12-06-2024, 23:53

Tarix boyu böyük güclərin yaratdıqları maneələrə, çətinliklərə baxmayaraq Türkiyə və Azərbaycan xalqları daim bir-birinin yanında olmağı bacarıb. Hər iki dövlətin müstəqillik tarixi ağır və qanlı müharibələrdən keçsə də, bu sınaqlardan güclü siyasi iradə, qətiyyətli qərarlar xalqı irəliyə aparmaq əzmindən asılı olaraq bu gün özünün ən yaxşı dövrünü yaşayır.

Danılmaz faktdır ki, bu gün Azərbaycan-Türkiyə əməkdaşlığı ölkə prezidentlərinin iradəsinə uyğun olaraq yeni inkişaf mərhələsinə qədəm qoyub. Ölkələrimiz regionda və qlobal sferada baş verən bütün hadisə və proseslərə münasibətdə eyni mövqedən çıxış edirlər. Qarşılıqlı səfərlər ikitərəfli əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynayır, bütün sahələrdə əlaqələr uğurla inkişaf edir.Biz bunun bariz nümunəsini İkinci Qarabağ müharibəsində gördük. 44 günlük Vətən müharibəsində Türkiyənin göstərdiyi siyasi dəstək Azərbaycanın haqq işinin qazanılmasında əhəmiyyətli rol oynadı. İkinci Qarabağ müharibəsindəki tarixi Qələbə qardaş ölkələrin həm də hərbi-siyasi əməkdaşlığına, iqtisadi əlaqələrinə və diplomatik gücünə, Azərbaycan-Türkiyə amilinin möhkəmlənməsinə töhfə verdi desək yanılmarıq. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: "Bu, bizim müştərək qələbəmizdir, Türkiyə-Azərbaycan birliyinin təsdiqidir. Bu gün bu birlik tarixdə, bəlkə də, ən yüksək səviyyədədir".

Qarşılıqlı əməkdaşlığın növbəti ən yüksək göstəricisi kimi 2021-ci il iyun ayının 15-də Şuşada iki ölkənin dövlət başçılarının 1921-ci il 13 oktyabr tarixli Qars müqaviləsinə sadiq olduqlarını bildirərək "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi"ni imzalamalarını qeyd etmək olar. Bəyannamədə ölkələrimiz arasındakı münasibətlərin bütün müstəvilərdə, o cümlədən siyasi, iqtisadi və humanitar sahələrdə davamlı inkişafını təmin etmək nəzərdə tutulur. Eyni zamanda Bəyannamədə müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələləri öz əksini tapıb. Bununla yanaşı, tərəfdaşlığın əhəmiyyətini və ölkələrimizin qüdrətini artıran hərbi sənaye sahəsində əməkdaşlıq məsələləri də burada qeyd olunub.

Bütün bu sadalanan məsələlər deməyə əsas verir ki, Azərbaycan-Türkiyə əlaqələri davamlıdır. Qətiyyət şübhə edilmir ki, ikitərəfli münasibətlərimiz bundan sonra da uğurla inkişaf edəcək. Məhz Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu regionda, bölgədə davamlı sülhün əldə olunması, bərqərarı üçün əsas amillərdən biridir. Danılmaz faktdır ki, bu gün Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətləri regionda əmin-amanlığın və sabitliyin qorunmasına mühüm töhfədir. Qarşılıqlı faydalı əməkdaşlıq, həyata keçirilən birgə layihələr günü-gündən strateji tərəfdaşlığımızı daha da möhkəmləndirir.

Məhz Bakı ilə Ankaranın istənilən aspektdən münasibətlərinin yüksək səviyyədə olması eyni zamanda Türk Dövlətlərinin də ümumi əlaqələrinin daha da sıxlaşması məsələsində olduqca böyük rola sahibdir. TDT bunun ən bariz nümunəsidir. İndi Türk dövlətləri heç vaxt olmadıqları qədər bir-birinə qarşı dostluq və həmrəylik nümayiş etdirir. Bu proseslərin xüsusilə də dünyada mürəkkəb dövrün davam etdiyi zamanda cərəyan etməsi Türk dövlətlərinin bir-birini daha sıx tutmasına, birliyini-həmrəyliyini göz bəbəyi kimi qorumasına zəmin yaradır.

Hazırda Türk dövlətləri arasında bütün istiqamətlərdə yüksək səviyyədə iş aparılır. Edilən səfərlər, aparılan əhəmiyyətli görüşlər, imzalanan sənədlər əlaqələri daha da genişləndirir. Eyni zamanda bu əlaqələr beynəlxalq təşkilatların tərkibində də aparılır. Bu da Türk dövlətləri arasında əlaqələrin yüksək səviyyədə olduğunu və bundan sonra daha güclü şəkildə bu birliyi qoruyub saxlamağın mümkün olacağını deməyə tutarlı əsas yaradır.

Bakı və Ankaranın bu birliyi daha yüksək səviyyəyə qaldırmaq üçün atdıqları son addımlar gələcəyə daha ümidli baxmaq üçün yetəri qədər səbəb verir. Türk dövlətlərini əsrlərdir bir-birinə bağlayan tarixi, etnik, dini köklər formalaşan yeni dünya nizamı fonunda daha da dərinləşməyə başlaması bunun ən böyük təzahürüdür.

Bu məqamda xüsusən də Vətən müharibəsindəki zəfərimizi qeyd etmədən keçə bilmərik. Bu Zəfər türk dövlətləri arasında vəhdəti daha da genişləndirdi, dərinləşdirdi. Həm müharibə zamanı, həm də ondan sonra dünyanın bir çox ölkələrinin sərgilədiyi qərəzli yanaşma fonunda türk dövlətləri açıq şəkildə Azərbaycanın haqq savaşının yanında olduğunu nümayiş etdirməklə bu birliyim sarsılmaz olacağını göstərmiş oldu.

Qeyd etmək lazımdır ki, dünyada alovlanan bəzi münaqişə ocaqlarının yaratdığı təhlükədən türk ölkələrinin yerləşdiyi coğrafiya da sığortalanmayıb. Elə bu baxımdan da bu gün Türk dövlətlərinin birliyi, bir-birinin haqq savaşında yanında olması, onun səsinə səs verməsi olduqca önəmli məsələdir.

Türk dövlətlərinin birliyinin sarsılmazlığı məsələsində Azərbaycan-Türkiyə münasibətləri yenə də əsas prioritetlərdən hesab edilir. Elə bu mövzudan yola çıxmış olsaq, Prezident İlham Əliyevin Ankaraya son səfərini təkcə Azərbaycan və Türkiyə üçün yox, bütövlükdə region və Türk dövlətləri üçün də olduqca vacib hesab edə bilərik. Şahid oluruq ki, bu gün Azərbaycanla Türkiyənin əlaqələri yeni keyfiyyət halı alır. Torpaqların işğaldan azad olması tərəflərin regional və qlobal əhəmiyyətli yeni layihələri həyata keçirməyə, təhlükəsizliyin təmin olunmasına, əməkdaşlığı inkişaf etdirməyə əlavə imkanlar yaradır, yollar açır.

Azərbaycan Prezidenti Ankarada Türkiyənin dünya miqyasında artan nüfuzundan danışarkən deyib: "Türkiyə bu gün dünya çapında söz sahibidir. Təkcə bölgəmizdə deyil, dünya çapında bir çox məsələlər Türkiyənin mövqeyindən asılıdır. Türkiyə bölgəmizdə əmin-amanlığın, sülhün və işbirliyinin qarantıdır".

O, xüsusilə vurğulayıb ki, Türkiyənin güclənməsi Türk Dövlətləri Təşkilatının hər bir üzvünü gücləndirəcək. Dövlətimizin başçısı İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan görüşdən sonra mətbuata bəyanatlarında iki ölkənin əlaqələrinin yeni istiqamətlərini də açıqlayarkən, Türkiyə liderinin bölgədə davamlı sülhün qalması üçün tarixi imkan yarandığını, Azərbaycanla çiyin-çiyinə, birlikdə fəaliyyət göstərdiklərini qeyd etməsi isə bu deyilənlərin növbəti dəfə ən bariz sübutudur.

Təhməz Əsədov
TREND


Oxunub: 2 474
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 16:29 | Azərbaycan vətəndaşlarının bu ölkəyə vizasız rejimi tətbiq edildi
    Bu gün, 16:27 | Zəngi liseyinin direktoru işdən çıxarıldı – Yeni təyinat
    Bu gün, 16:25 | Bu şəxslər üçün imtahan keçiriləcək
    Bu gün, 16:23 | Sabahın havası bu insanlar üçün əlverişsiz olacaq
    Bu gün, 12:30 | Argentinalı məşhur futbolçu huşunu itirdi
    Bu gün, 12:13 | ABŞ yeni kamikadze dronunu təqdim etdi
    Bu gün, 11:55 | Azərbaycana qar yağıb
    Bu gün, 11:54 | Astarada qəza: 5 kəndin qazı kəsildi
    Bu gün, 11:51 | Qazaxda iki nəfər bıçaqlandı
    Bu gün, 10:54 | Gəzməkdə çətinlik çəkən qadının 23 illik əlillik pensiyası kəsildi - Video
    Bu gün, 10:48 | Diyetoloq ən faydalı çörək növlərini və gündəlik istehlak normasını açıqladı
    Bu gün, 10:46 | Yas mərasiminə gedən ehtiyatda olan zabit faciəli şəkildə öldü - Təfərrüat
    Bu gün, 10:42 | Azərbaycan bu ölkəni təbrik etdi
    Bu gün, 10:18 | Noyabrın sonunda üç BÜRCÜN həyatı yaxşılaşacaq
    Bu gün, 10:17 | Rusiya taktikanı dəyişib - Hədəfi budur
    Bu gün, 10:15 | “Qarabağ” “Kəpəz”, “Neftçi” isə “Araz” sınağında
    Bu gün, 09:56 | Sahibsiz itlərin hücumundan şikayətçidirlər - VİDEO
    Bu gün, 09:47 | İranda zəlzələ olub, Naxçıvanda da hiss edilib
    Bu gün, 09:47 | Bakıda ağaclar kəsilərək yerində restoran tikilir? - VİDEO
    Dünən, 23:02 | İcra hakimiyyətində struktur dəyişiklikləri aparıldı: Yeni təyinatlar - Siyahı
    Dünən, 22:30 | Qazaxda yerli sakin bıçaqlandı
    Dünən, 21:50 | Bakı sakini Qazaxda dəm qazından boğularaq ölüb
    Dünən, 21:43 | İranla belə bir saziş imzalayacağıq - Tramp
    Dünən, 21:39 | Sevinc Maniyeva vəfat etdi
    Dünən, 21:38 | İşdən çıxarılan Elçin Babayevlə bağlı sensasion fakt
    Dünən, 21:36 | "Qalatasaray" qalib gəldi, baş məşqçisi qırmızı aldı
    Dünən, 19:34 | Ağdamın bunkerləri, erməni generalları və 5 müdafiə xətti - Video
    Dünən, 19:26 | “Qəbələ” “Şəfa”ya, "Turan Tovuz" "Şamaxı"ya qalib gəldi
    Dünən, 18:35 | Ağdamda itlər məktəbli qıza hücum edib - FOTO
    Dünən, 18:33 | Azərbaycanda ilk dəfə 20 yaşadək oğlanlar arasında basketbol üzrə Avropa çempionatı keçiriləcək
    Dünən, 18:32 | Kartdan-karta köçürmələr risk mənbəyi kimi - Yeni təkliflər var...
    Dünən, 12:29 | TƏBİB-in yoxlama apardığı xəstəxananın şöbə müdiri işdən çıxarıldı - FOTO
    Dünən, 12:27 | Badamdarda evin həyəti ikiyə ayrıldı - VİDEO
    Dünən, 12:24 | İnsan orqanizmini qocaldan və ölümə yaxınlaşdıran 3 ən vacib faktor açıqlandı
    Dünən, 12:22 | Maşın almaq üçün kredit götürən şəxsin pulu oğurlandı
    Dünən, 10:50 | Bu şəxslər 700 manatadək cərimələnəcək
    Dünən, 10:49 | Millimiz Bədaviyə görə ilk texniki məğlubiyyətini ala bilər
    Dünən, 10:48 | Sumqayıtın şəhər statusu almasının 77-ci ildönümü - Foto
    Dünən, 10:10 | İsa Qəmbər ölkədən çıxa bilmədi
    Dünən, 10:09 | Sumqayıtda bu yol yenə çökdü - Foto
    Dünən, 10:07 | Neft həftəni bu qiymətlə yekunlaşdırdı
    Dünən, 09:33 | Bu ölkədə 6,7 bal gücündə zəlzələ oldu
    Dünən, 09:32 | İlham Əliyev Mixail Kavelaşviliyə başsağlığı verdi
    Dünən, 09:31 | İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul etdilər
    Dünən, 00:01 | Ölkənin ana təhsil ocağı da belə rüsvay oldu...
    20-11-2026, 22:19 | "Sabah"dan darmadağın, "Zirə"dən xal itkisi
    20-11-2026, 22:11 | “İdman Paytaxtı” Qazax şəhərində V İdman Festivalının açılış mərasimi keçirilib
    20-11-2026, 19:44 | "Qələbələr Partiyası – 34 illik Zəfər və İnkişaf Yolu” - FOTOLAR
    20-11-2026, 19:39 | "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirildi
    20-11-2026, 19:26 | Naftalanda 3 məktəblini maşın vurdu
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.