Mediaxeberleri.az
    
  • "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
    "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
  • 
  • Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
    Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
  • 
  • “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
    “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
  • 
  • MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
    MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
  • 
  • Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
    Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
  • 
  • PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
    PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
  • 
  • “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
    “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
  • 
  • Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
    Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
  • 
  • Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
    Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
  • 
  • “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
    “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
  • 
  • Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
    Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
  • 
  • Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
    Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
  • 
  • İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
    İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
  • 
  • Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
    Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
  • 
  • Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?
    Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?
  • 
  • Baba Vəziroğlu: "Çinqaçuklar" bəyəm məktəbə dəbilqə ilə, əlində nizə ilə gəlməlidirlər?"
    Baba Vəziroğlu: "Çinqaçuklar" bəyəm məktəbə dəbilqə ilə, əlində nizə ilə gəlməlidirlər?"
  • 
  • Xalqımızın milli kimliyini və özünəməxsusluğunu yaşadan dəyər - Kəlağayı
    Xalqımızın milli kimliyini və özünəməxsusluğunu yaşadan dəyər - Kəlağayı
  • 
  • KREDİT FAİZLƏRİ İLƏ BAĞLI MEYAR DƏYİŞDİ - Kazımov qərar imzalayıb + VİDEO
    KREDİT FAİZLƏRİ İLƏ BAĞLI MEYAR DƏYİŞDİ - Kazımov qərar imzalayıb + VİDEO
  • 
  • Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
    Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
  • 
  • Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır
    Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır
  • 
  • Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
    Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto

Son xəbərlər :
  • Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var
  • “Sumqayıt” - “Şəfa” ilə heç-heçə etdi
  • Diqqət: Sabah bu yolun bir hissəsi bağlı olacaq
  • Bu şəxslərə xoş xəbər - Qərar
  • 14 yaşlı qız hamilə qaldı - Əsgər həbs edildi
  • Agentlik sədri yeni şöbə müdiri təyin etdi
  • Anar Əliyevin yeni müşaviri kimdir - DOSYE
  • Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...
  • Razılıq əldə olundu: O, ölkəmizə ekstradisiya ediləcək
  • Əsgərlikdən yayınmaq istəyənlərə cinayət işi açıldı
  • “Kəpəz”in uğurlu statistikası: 7 oyundur...
  • Pakistan ŞƏT Banklararası Birliyinə sədrlik edəcək - Foto
  • Azərbaycanda 313 sürücü və daşıyıcı imtahan verəcək
  • Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
  • Azərbaycanlı hakim "Vilyareal" - PSJ matçını idarə edəcək
  • Azərbaycan-Ermənistan sərhədinin bu hissəsində təcili demarkasiya prosesi başlaya bilər
  • Anasının evinə basqın edərək onu döyən "xeyriyyəçi" saxlanıldı - ANBAAN VİDEO
  • Su idarəsinin əməkdaşı iş otağında qəfil öldü
  • Qonşumuz Ukraynanın səhvini etmədi - Rusiya Qərbin "ikinci cəbhə" planı haqda
  • “Ramiz Mehdiyev və Əli Həsənovun xalqdan oğurladıqları geri qaytarılacaqmı?”
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Qazaxda “Azərbaycanın şanlı dövlətçilik tarixinə qızıl hərflərlə yazılan gün” mövzusunda tədbir keçirilib

  • Tarix: 12-06-2024, 21:38

İyunun 12-də Qazax Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Qazax Rayon Təşkilatının birgə təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Azərbaycanın şanlı dövlətçilik tarixinə qızıl hərflərlə yazılan gün” mövzusunda tədbir keçirilib.

YAP Qazax Rayon Təşkilatının akt zalında keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, YAP Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev, təşkilatın əməkdaşları, YAP Qazax Rayon Təşkilatı Ərazi partiya təşkilatlarının sədrləri, müavinləri, fəalları və veteranları, KİV nümayəndələri iştirak ediblər.

Tədbirdə əvvəlcə YAP Qazax Rayon Təşkilatının inzibati binasında Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzülərək dahi şəxsiyyətin əziz xatirəsi ehtiramla anılıb.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.

YAP Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev tədbiri giriş sözü ilə açaraq iştirakçıları salamlayıb, 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbirin əhəmiyyətindən söz açıb. A.Nəbiyev qeyd edib ki, 1991-ci ildə xalqımız yenidən öz müstəqilliyinə qovuşdu. Lakin müstəqilliyin qorunub saxlanılması, möhkəmləndirilməsi onun əldə olunmasından çətin olduğu, asan olmadığı dövrdə baş verən hadisələr nəticəsində xalqımız ölkəmizdə hakimiyyət dəyişikliyi ilə üzləşdi. Xalqımız xaos, anarxiya baş verdiyi bir dövrdə xilas yolunu Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıtmasında gördü, ona güvəndi və arxalandı. Natiq çıxışı zamanı məhz o dövrdə ölkəyə rəhbərlik edən Ulu Öndər Heydər Əliyevin şərəfli və mənalı ömür yolundan, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğundakı müstəsna xidmətlərindən ətraflı danışıb. Rayon təşkilatının sədri qeyd edib ki, dahi rəhbərin respublikamıza rəhbərlik etdiyi bütün dövrlər möhtəşəm quruculuq və tərəqqi, davamlı və hərtərəfli inkişaf dövrü kimi şanlı dövlətçilik tariximizə qızıl hərflərlə yazılmışdır. Natiq vurğulayıb ki, xalqımızın böyük xilaskarı, dahi şəxsiyyət Heydər Əliyev cismən aramızda olmasa da, xoşbəxtliyimiz ondadır ki, onun ideyaları, ilahi arzuları möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi altında günbəgün, zaman-zaman həyata keçir, müstəqil Azərbaycanımız hər gün yeni bir uğura, nailiyyətə, qələbəyə imza atır. Rayon təşkilatının sədri Qazax rayonunun 4 kəndinin bir güllə belə atılmadan Azərbaycana geri qaytarılmasını dövlətimizin və ölkə başçısının növbəti uğuru olduğunu, bu qələbənin kökündə Ulu Öndərin ilahi arzularının dayandığını diqqətə çatdırıb. “Bugünkü qələbələrimizin, zəfərlərimizin əsasını Ulu Öndərin bizlərə əmanət etdiyi və ölkə başçısının layiqincə davam etdirdiyi siyasət təşkil edir”, - deyən A.Nəbiyev Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin gələcəkdə də yeni-yeni uğurlara, qələbələrə imza atacağına böyük əminliyini bildirib. “Bu gün qürurla söyləyə bilərik ki, müdrik ata vəsiyyəti, qalib, xoşbəxt oğul vədi artıqlaması ilə yerinə yetirildi. Böyük xilaskar Heydər Əliyevin və Prezident, Müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin adı Azərbaycanın dövlətçilik tarixinə qızıl hərflərlə əbədi həkk olunub”, - deyən natiq xalqımızın bunu qürurla səsləndirdiyini qeyd edib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, dövlətimizin və xalqımızın taleyində böyük əhəmiyyət daşıyan 15 İyun - Milli Qurtuluş Günü münasibətilə təbrik edib, səmimi ürək sözlərini çatdırıb. 15 iyunun Vətənini, xalqını sevən hər kəs üçün əsl qurtuluş tarixi və Azərbaycanın yeni tarixinin yazıldığı gün olduğunu qeyd edən icra başçısı bu günün əhəmiyyətindən danışıb. Müasir müstəqil dövlətimizin qurulmasında və möhkəmlənməsində müstəsna xidmətləri olan Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyat və fəaliyyətindən söz açan icra başçısı dahi rəhbərin istər 1969-1982, istər 1982-1987, istər 1987-1993, istərsə də 1993-2003-cü illərdə hakimiyyətdə olduğu dövrlərdə xalqımızın rifahı, ölkəmizin inkişafı üçün gördüyü işləri, həyata keçirdiyi layihələri bir daha diqqətə çatdırıb. 1988-1992-ci illərdə Azərbaycanın parçalanmaq və dağılmaq təhlükəsi ilə üzləşdiyini xatırladaraq 1993-cü ilin 15 iyununda xalqın təkidli tələbi ilə Ulu Öndərin ikinci dəfə hakimiyyətə qayıdışından sonra bu təhlükənin sovuşduğunu, ölkəmizin böyük inkişaf yoluna qədəm qoyduğunu deyib. Bildirib ki, məhz Ulu Öndərin yüksək siyasi məharəti ilə Azərbaycan vətəndaş müharibəsindən, siyasi xaosdan qurtuldu. İcra başçısı vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin məsuliyyəti, siyasi iradəsi və fədakarlığı sayəsində Azərbaycan öz dövlətçiliyini qoruya bildi. XX əsrin sonlarında müstəqilliyinə yenidən qovuşan Azərbaycan suverenliyini qoruyub saxlamağı bacardı. Çətin siyasi-iqtisadi dövrdə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Müstəqilliyin əldə edilməsi mürəkkəb bir proses olsa da onu qoruyub saxlamaq daha çətin, məsuliyyətli bir işdir. Həmin dövrdə Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü bir tərəfdən, daxili münaqişələr digər tərəfdən ölkəni çətin bir vəziyyətə salmışdı. Məhz belə bir şəraitdə xalqın təkidi ilə hakimiyyətə gələn Ulu Öndər dövlətimizin və dövlətçiliyimizin xilaskarı oldu. Rayon rəhbəri qeyd edib ki, tariximizin yeni inkişaf mərhələsi də dahi şəxsiyyətin adı ilə bağlıdır. Kiçik bir ölkə Ulu Öndər Heydər Əliyevin uğurlu siyasəti sayəsində dünyada tanınan nüfuzlu bir dövlətə çevrilmişdir. Yalnız Ulu Öndərin hakimiyyətə qayıdışından sonra Azərbaycan özünün geosiyasi imkanlarını gerçəkləşdirməyə başlamışdır. İcra başçısı Ulu Öndərin tarixi missiyasının üç mühüm amilə söykəndiyini qeyd edib. Xalqın Heydər Əliyevə olan möhkəm, sarsılmaz inamı və dəstəyini, Heydər Əliyev şəxsiyyətinin böyüklüyü, qüdrəti, əzəmətini, Heydər Əliyevin mənsub olduğu Azərbaycan xalqına, Vətəninə sonsuz və təmənnasız sevgisini diqqətə çatdırıb. Qurtuluşun rəmzlərindən danışan rayon rəhbəri bildirib ki, Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası Azərbaycanı məhv olmaqdan, parçalanmaqdan xilas etdi. Asayiş və qayda-qanun bərqərar edildi, soyğunçuluğa, vətəndaşların əmlakının qəsb olunmasına son qoyuldu. Nizami ordu yaradıldı, Qarabağ müharibəsində atəşkəs əldə edildi, münaqişəsinin dinc yolla nizama salınmasına dair danışıqlara başlandı. İdarəetmə sistemi formalaşdırıldı, insanlara öz dövlətinə inamı qaytarıldı. Neft müqavilələri imzalandı, Azərbaycanın iqtisadi dirçəlişinin əsası qoyuldu. Qanunsuz silahlı qruplaşmaların dövlət çevrilişləri cəhdlərinə son qoyuldu. İlk parlament seçkiləri keçirildi və referendum yolu ilə Konstitusiya qəbul edildi. Azərbaycanın beynəlxalq əlaqələri formalaşdırıldı, ölkənin dünya birliyinə inteqrasiyası prosesi başlandı. Siyasi islahatlara start verildi, çoxpartiyalı sistem yarandı. İcra başçısı ölkəmizdə sabit inkişafın bünövrəsinin Ulu Öndər tərəfindən qoyulduğunu qeyd edərək söyləyib ki, 1993-2003-cü illərdə Azərbaycanın sürətli inkişafı bugünkü reallıqların bünövrəsidir. Həmin illərdə görülmüş işlər sayəsində Azərbaycan inkişaf yoluna qədəm qoydu, beynəlxalq aləmdə daxili siyasətlə bağlı bütün məsələlərdə öz prinsipial mövqeyini nümayiş etdirdi, dünyada böyük hörmətə malik oldu. Ölkə daxilində başlanan islahatlar dövlətimiz üçün həlledici rol oynamışdır. İcra başçısı vurğulayıb ki, müasir Azərbaycan Ulu Öndər Heydər Əliyevin görmək istədiyi azad, müstəqil, ərazi bütövlüyü təmin olunmuş Azərbaycandır. Məhz Ulu Öndərin ordu quruculuğu istiqamətində başladığı işlər və müəyyənləşdirdiyi strategiya sayəsində bu gün Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü 50 ordusu sırasında yer alır, texniki təchizat baxımından bir çox ölkələrin ordularını üstələyir. “Ulu Öndərin müəyyən etdiyi müdrik siyasi kurs və strateji xəttin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, ölkəmizin regionda söz sahibi olduğunu, dünya dövlətlərinin ölkə başçısı və Azərbaycanla hesablaşdığını”, - qeyd edən icra başçısı bütün bunların kökündə dahi şəxsiyyətin məqsədyönlü siyasətinin dayandığını vurğulayıb. İcra başçısı bu gün Azərbaycanın modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətə çevrildiyini və ölkəmizin bütün istiqamətlərdə, o cümlədən iqtisadiyyat, elm, təhsil, texnologiya, mədəniyyət, səhiyyədə sürətlə inkişaf etdiyini vurğulayıb. Rayon rəhbəri Ulu Öndərin uzaqgörən siyasətinin nəticəsi olan, ölkəmizin tərəqqisinə və xalqımızın rifahına hesablanmış genişmiqyaslı və ardıcıl islahatların bu gün öz real bəhrəsini verdiyini bildirib. Ulu Öndər Heydər Əliyevin vətəndaşlara göstərdiyi qayğıdan söz açan rayon rəhbəri həmin qayğının, səmimi münasibətin bu gün onun layiqli davamçıları ölkə Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən olduğu kimi davam etdirildiyini bildirib. Dövlətin, ölkə rəhbərinin vətəndaşlara olan qayğılarının hər bir dövlət məmuruna nümunə olduğunu, Qazaxda bu amilin hər zaman əsas götürüldüyünü söyləyib. İcra başçısı hər zaman olduğu kimi, bundan sonra da vətəndaş amilini, vətəndaş məmnunluğunun təmin olunmasını əsas götürmələrini tövsiyə edib. Rayon rəhbəri Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2023-cü ilin “Heydər Əliyev İli” elan olunmasının ölkəmiz və xalqımız üçün mühüm əhəmiyyətindən də danışıb. Ulu Öndərin Vətəninə, xalqına olan sevgisini, Azərbaycan dövləti qarşısında olan misilsiz xidmətlərini gələcək nəsillərə çatdırmaq üçün həmin ilin bizim üçün ən böyük töhfə olduğunu bildirib. İllər ötsə belə qədirbilən Azərbaycan xalqının öz dahi rəhbərini, onun dövləti, xalqı qarşısında olan misilsiz xidmətlərini heç zaman unutmayacağını, ən ülvi duyğularla, hörmət və ehtiramla yad edəcəyini diqqətə çatdırıb. Müstəqil Azərbaycanın memarı olan Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinin respublikamızın hər yerində, o cümlədən Qazax rayonunda da silsilə tədbirlərlə qeyd olunduğunu söyləyib. İcra başçısı “Heydər Əliyev İli” çərçivəsində rayonda keçirilən bütün tədbirlərə xüsusi həssaslıqla yanaşıldığını, dahi şəxsiyyətin adına layiq şəkildə təşkil edildiyini qeyd edib. İcra başçısı “Heydər Əliyev İli” çərçivəsində rayonda Qazax Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatı, Bakı Dövlət Universitetinin Qazax filialı, Qazax Rayon Heydər Əliyev Mərkəzi, eləcə də digər idarə, müəssisə, təşkilatlar tərəfindən 150-dən artıq tədbirin keçirildiyini vurğulayıb. İcra başçısı bu gün Ulu Öndər Heydər Əliyev ideyalarının, onun dəsti-xəttinin möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi altında əzmlə, uğurla davam etdirilməsindən də geniş bəhs edib. 2020-ci ilin Vətən müharibəsindən söz açan rayon rəhbəri 44 günlük həmin savaşda müzəffər Azərbaycan Ordusunun 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə bütün dünyaya qalib Azərbaycanı tanıtdığını söyləyib. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuzun Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şəhidlərimizin qisasını aldığı, onların qanının yerdə qalmadığını qeyd edib. Rayon rəhbəri 2023-cü ilin həm də digər bir hadisə ilə yaddaşlara əbədi həkk olunduğunu, Xankəndi və Xocalı şəhərinin 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizləndiyini vurğulayıb. Respublika Prezidenti İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xankəndidə və Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdığını, həmin qürurlu anlara görə xalq olaraq Ali Baş Komandana, şəhidlərimizə, sağlamlığını itirən qazilərimizə borclu oldğumuzu bir daha diqqətə çatdırıb. Rayon rəhbəri "Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm“ söyləyən Müzəffər Ali Baş Komandanın xalqımıza, qazaxlılara daha bir qələbə sevinci də yaşatdığını qeyd edib. 2024-cü ilin 19 aprel, 15 və 24 may tarixlərinin xalqımızın, qazaxlıların, xüsusilə də doğma yurdlarına qayıtmaq arzusu ilə yaşayan sakinlərin yaddaşına qızıl hərflərlə əbədi həkk olunduğunu söyləyib. İcra başçısı Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən və düşünülmüş siyasəti sayəsində aprel ayının 19-da Azərbaycan və Ermənistan arasında aparılan danışıqlar zamanı Qazax rayonunun dörd kəndinin – Aşağı Əskipara, Bağanıs Ayrım, Qızılhacılı və Xeyrımlı kəndlərinin hərbi əməliyyatsız, bir güllə belə atılmadan Azərbaycana geri qaytarılması barədə razılıq əldə olunmasını, mayın 15-də müvafiq protokolun imzalanmasını, mayın 24-də Azərbaycan Respublikasının Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin ərazilərinin Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülməsini dövlətimizin, Müzəffər Ali Baş Komandanın növbəti uğuru, zəfəri kimi qiymətləndirib. İcra başçısı Qarabağda həyata keçirilən Böyük Qayıdış proqramı çərçivəsində həmin torpaqlarımızda olduğu kimi, Qazaxın kəndlərinin də yenidən qurulacağını, yeni evlərin, infrastrukturların inşa olunacağını, çoxsaylı layihələrin icra ediləcəyini, sakinlərin yaxın zamanda doğma yurdlarına qayıdacaqlarını söyləyib. “Nə qədər Azərbaycan var, xalqımız var, Ulu Öndər hər zaman qəlblərdə yaşayacaq, onun ideyaları yaşayacaq və Azərbaycan inkişaf yolunda inamla irəliyə doğru addımlayacaq”, - söyləyən icra başçısı ölkəmizin əmin əllərdə, dahi şəxsiyyətin layiqli davamçısı olan İlham Əliyevin əllərində olduğunu bildirib. Xalqımızın Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında dəmir yumruq tək birləşərək dahi liderin arzuladığı Azərbaycanın parlaq gələcəyi naminə həmrəylik nümayiş etdirdiklərini qeyd edərək bu yolda hər kəsə uğurlar arzulayıb.

Bakı Dövlət Universitetinin Qazax filialının direktoru, dosent Arif Rüstəmov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, əlamətdar gün münasibətilə səmimi ürək sözlərini çatdırıb. A.Rüstəmov qeyd edib ki, Azərbaycan xalqının taleyində böyük əhəmiyyəti olan günlərdən biri və tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olan Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı qürur səhifəsinə çevrildi. 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu, inkişafın sarsılmaz təməlləri qoyuldu. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. 1993-cü il iyunun 24-də Milli Şuranın qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri Ali Sovetin sədri Heydər Əliyevə verildi. Bunla da Azərbaycan dövlətinin yeni dövrü başladı. Natiq çıxışı zamanı bu əlamətdar günün mahiyyətini, tarixi anlamını gələcək nəsillərə çatdırmaq üçün hər kəsin üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edərək belə tədbirlərin keçirilməsinin mühüm əhəmiyyət daşıdığını qeyd edib.

Qazax şəhər Qaratel Hacımahmudova adına ümumi orta məktəb ərazi partiya təşkilatının sədr müavini Çiçək Sanıyeva çıxış edərək bildirib ki, dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Xalqımız onun əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır, yenidən hakimiyyətə gəldiyi günü Azərbaycan Respublikasının dövlət bayramı – Milli Qurtuluş Günü kimi qeyd edir.

Bakı Dövlət Universitetinin Qazax filialının müəllimi Mübariz Süleymanov çıxış edərək ölkəmizdə sabit inkişafın bünövrəsinin Ümummilli Lider tərəfindən qoyulduğunu söyləyib. Qeyd edib ki, 1993-2003-cü illərdə Azərbaycanın sürətli inkişafı bugünkü reallıqların bünövrəsidir. Həmin illərdə görülmüş işlər sayəsində Azərbaycan inkişaf yoluna qədəm qoydu, beynəlxalq aləmdə daxili siyasətlə bağlı bütün məsələlərdə öz prinsipial mövqeyini nümayiş etdirdi, dünyada böyük hörmətə malik oldu. Ölkə daxilində başlanan islahatlar dövlətimiz üçün həlledici rol oynamışdır. Bu baxımdan Ulu Öndər Azərbaycan xalqı var olduqca daim qəlblərdə yaayacaqdır. Prezident İlham Əliyevin Ulu Öndərin siyasi kursunu uğurla davam etdirməsi və zənginləşdirməsi sayəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib. Ümummilli Liderin layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində ölkəmiz yeni nailiyyətlər qazanaraq güclü və nüfuzlu dövlətlər sırasında öz mövqeyini daha da möhkəmləndirib. Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu, səmərəli daxili və xarici siyasət həm Azərbaycanın yüksəlişi və inkişafında, milli maraqların qorunmasında, həm də ölkəmizin dünya siyasi arenasında layiqli yer tutmasında öz ifadəsini tapır. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanın güclü, bütün məsələlərlə bağlı öz prinsipial mövqeyi olan, müstəqil siyasi iradə nümayiş etdirən ölkə kimi tanınmasını şərtləndirib.

Qazax Dövlət Sosial-İqtisadi Kollecin müəllimi Mətanət Kazımova çıxış edərək bildirib ki, Ulu Öndər Heydər Əliyevin adı tariximizə Vətənin və xalqın xilaskarı kimi yazılıb. Cəmiyyətdə elə bir ümumi fikir yaranmışdı ki, ölkəni düşdüyü bu ağır vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Ulu Öndər Heydər Əliyevdir. Bu, belə də oldu, Ulu Öndər xalqımızın xilaskarına çevrildi. Bu gün qürurla söyləyirik ki, müstəqilliyimizin memarı məhz Heydər Əliyevdir. Bütün şüurlu həyatını canından artıq sevdiyi xalqına, Vətəninə həsr etmiş müdrik dövlət xadimi Ulu Öndər Heydər Əliyevin adı tariximizə həm də müstəqilliyimizin memarı, yeni Azərbaycanın banisi kimi yazılıb.

Partiya veteranı, Qazax Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Gülnaz Alişanova çıxış edərək bildirib ki, peşəkar dövlət xadimi olan Heydər Əliyevin ən böyük gücü dərin, universal biliyində, qətiyyətində, işgüzarlığında, hökmündə, qeyri-adi yaddaşında, tükənməz səbrində, müsahibini təmkinlə dinləmək bacarığında, uzaqgörənliyində, qarşısına qoyduğu məsələni həyata keçirmək qabiliyyətində, müdrikliyində, siyasətçi keyfiyyətlərində, mahir diplomat olmasında, həmsöhbətinə təsir etmək gücünə malik olmasında idi. Prezident İlham Əliyevin səsləndirdiyi kimi, “Danılmaz həqiqətdir ki, Azərbaycanın müasir və müstəqil dövlət kimi mövcudluğu, inkişafı XX əsrdə ikinci dəfə qazandığımız müstəqilliyin ilk illərinə təsadüf edən Milli Qurtuluş Günü ilə əlaqədardır. Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”.       

Partiya veteranı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Cavanşir Rüstəm çıxış edərək Ulu Öndərə həsr etdiyi şeirləri səsləndirərək əlamətdar günə öz töhfəsini verib.

Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin şagirdləri Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş şeir söyləyiblər.

Tədbirdə YAP sıralarına yeni qəbul olunmuş gənc partiya üzvlərinə üzvlük vəsiqələri təqdim edilib.


Oxunub: 794
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Dünən, 21:22 | Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var
    Dünən, 21:18 | “Sumqayıt” - “Şəfa” ilə heç-heçə etdi
    Dünən, 20:01 | Diqqət: Sabah bu yolun bir hissəsi bağlı olacaq
    Dünən, 19:59 | Bu şəxslərə xoş xəbər - Qərar
    Dünən, 18:06 | 14 yaşlı qız hamilə qaldı - Əsgər həbs edildi
    Dünən, 17:01 | Agentlik sədri yeni şöbə müdiri təyin etdi
    Dünən, 16:59 | Anar Əliyevin yeni müşaviri kimdir - DOSYE
    Dünən, 16:21 | Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...
    Dünən, 16:19 | Razılıq əldə olundu: O, ölkəmizə ekstradisiya ediləcək
    Dünən, 16:17 | Əsgərlikdən yayınmaq istəyənlərə cinayət işi açıldı
    Dünən, 14:47 | “Kəpəz”in uğurlu statistikası: 7 oyundur...
    Dünən, 14:44 | Pakistan ŞƏT Banklararası Birliyinə sədrlik edəcək - Foto
    Dünən, 14:34 | Azərbaycanda 313 sürücü və daşıyıcı imtahan verəcək
    Dünən, 14:27 | Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
    Dünən, 14:26 | Azərbaycanlı hakim "Vilyareal" - PSJ matçını idarə edəcək
    Dünən, 14:22 | Azərbaycan-Ermənistan sərhədinin bu hissəsində təcili demarkasiya prosesi başlaya bilər
    Dünən, 14:19 | Anasının evinə basqın edərək onu döyən "xeyriyyəçi" saxlanıldı - ANBAAN VİDEO
    Dünən, 14:14 | Su idarəsinin əməkdaşı iş otağında qəfil öldü
    Dünən, 14:12 | Qonşumuz Ukraynanın səhvini etmədi - Rusiya Qərbin "ikinci cəbhə" planı haqda
    Dünən, 14:06 | “Ramiz Mehdiyev və Əli Həsənovun xalqdan oğurladıqları geri qaytarılacaqmı?”
    Dünən, 14:03 | “Sabah”ın “Vikinq”lə oyununa hakim təyinatları açıqlandı
    Dünən, 14:00 | Ermənistan əsgərinin ölümü: Orduda həbslər başladı - Foto
    Dünən, 13:56 | Geyim qaydalarına əməl etməyən şagirdlərə attestat verilməyəcək? - Rəsmi açıqlama
    Dünən, 13:50 | İrandan Azərbaycana uçan PUA-lar zərərsizləşdirildi - Foto
    Dünən, 13:35 | ADA Məktəbində “Məhsul bayramı” keçirildi
    Dünən, 13:33 | Rövşən Nəcəf onlara yüksək vəzifə verdi - Foto
    Dünən, 13:32 | Azərbaycanda bu sürücülər də imtahan verəcək
    Dünən, 13:09 | Qaytarıla bilməyən kreditlərin aqibəti necə olacaq?
    Dünən, 13:07 | Sabah 23 dərəcə isti olacaq
    Dünən, 12:59 | Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki...
    Dünən, 12:32 | Koronavirus yenidən baş qaldırır: Azərbaycana təhlükə varmı?
    Dünən, 12:22 | Ağstafada iki məktəbli qızı avtomobil vurdu - Təfərrüat
    Dünən, 12:17 | Misli Premyer Liqasında X tura "Sumqayıt" - "Şəfa" oyunu ilə yekun vurulur
    Dünən, 12:13 | Məktəblərdə geyim: bütün suallara aydınlıq gətirildi - RƏSMİ
    Dünən, 11:58 | Bakıda evlər sökülür - Kompensasiya məbləği açıqlandı
    Dünən, 11:53 | "Cəmiyyət səhv edir, Sahibə xanım haqlı idi" - Ağdamdan ev istəyən Aqil Abbas
    Dünən, 11:50 | "Bunlar ictimaiyyəti yanıltmağa xidmət edən kobud dezinformasiyadır" - Media və Yayım Şurası
    Dünən, 11:38 | Kimin evində varsa, bəxti gətirdi
    Dünən, 11:35 | İsmayıllıda oğul söyüş söyən atasını öldürdü - Təfərrüat
    Dünən, 11:32 | Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən Belarus vətəndaşı barədə qərar verildi
    Dünən, 11:27 | Vergi Xidmətinin sahibkarlardan rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslərindən xəbər var
    Dünən, 10:47 | ADY qatarlarının birinci sinif salonu gündəlik reyslərdə niyə əlçatan deyil?
    Dünən, 10:40 | "Brent" nefti ucuzlaşdı
    Dünən, 10:36 | Noyabrda 11 gün iş olmayacaq - Tarixlər
    Dünən, 10:31 | Bakı-Qazax magistral yolunda ağır qəza: Bir ailənin 5 üzvü xəsarət alıb
    Dünən, 10:27 | İRANLA SƏRHƏDDƏ ATIŞMA - Bir nəfər zərərsizləşdirilib + FOTOLAR
    Dünən, 09:06 | Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept
    Dünən, 09:04 | “Dünya” qəzetinin sahibi barəsində QƏRAR
    Dünən, 09:01 | Canlı yayımda uşaqların saçını kəsib satırlar: Qanun buna nə deyir? - Foto
    Dünən, 08:57 | Azərbaycanda bələdiyyə binasında müəmmalı ölüm: Mühasibin meyiti aşkarlandı - Təfərrüat
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.