Yevlaxda 24 yaşlı gənci öldürdü, cinayət işi açıldı
İyunun 10-da saat 18:30 radələrində Yevlax rayonu ərazisində 2000-ci il təvəllüdlü Elmir Habil oğlu Abışovun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. DİN Mətbuat Xidmətindən Mediaxeberleri.Az -a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 2004-cü il təvəllüdlü Tahir Ceyhun oğlu Abdullayev polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb. İlkin məlumata görə, cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib. Araşdırma aparılır. *** Yevlaxda 24 yaşlı gəncin qətli ilə bağlı cinayət işi başlanıb. Bu barədə Yevlax rayon prokurorluğundan bildirilib. Faktla bağlı Yevlax prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Tahir Abdullayev prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.