Bu qurumun direktor və müavini vəzifəsindən azad edildi
Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Nazim Hüseynov və onun müavini Aydın Hüseynov tutduqları vəzifədən azad ediliblər. Mediaxeberleri.Az Qaynarinfo.az-a istinadən xəbər verir ki, hər iki şəxsin işdən çıxarılması öz ərizələri əsasında baş verib. Nazim Hüseynov məlumatı təsdiqləyib. Lakin o, işdən çıxmasının səbəbləri barədə danışmaq istəməyib Adının çəkilməsini istəməyən bir neçə aktyor isə iddia edir ki, onların işdən çıxmasına səbəb kinostudiyanın fəaliyyətsizliyidir.
Oxunub: 221
Xəbəri paylaş
Paylaş: