Mediaxeberleri.az
    
  • Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
    Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
  • 
  • Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
    Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
  • 
  • “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
    “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
  • 
  • Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
    Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
  • 
  • Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
    Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
  • 
  • Zeytun Festivalının açılışı olub - Foto
    Zeytun Festivalının açılışı olub - Foto
  • 
  • Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
    Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
  • 
  • Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
    Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
  • 
  • Aqroservisin sədri həbs edildi
    Aqroservisin sədri həbs edildi
  • 
  • Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
    Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
  • 
  • Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
    Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
  • 
  • Kiçik pomidorlarda böyük təhlükə!
    Kiçik pomidorlarda böyük təhlükə!
  • 
  • Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
    Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
  • 
  • "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
    "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
  • 
  • Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
    Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
  • 
  • "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
    "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
  • 
  • "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
    "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
  • 
  • Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
    Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
  • 
  • Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
    Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
  • 
  • VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
    VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
  • 
  • Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
    Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu

Son xəbərlər :
  • Qazaxda ağır qəzada ölənlərin sayı artdı: Həlak olan ata və azyaşlı qızının fotosu
  • Qazaxda V İdman Festivalı keçiriləcək
  • Qazaxda dəhşətli qəza - 2-si uşaq olmaqla 5 ölü var+Yenilənib
  • Mənzil almaq istəyənlərə xəbərdarlıq... – “Bu hal risklidir”
  • Azərbaycan onu Özbəkistana təhvil verdi
  • Millimiz FİFA reytinqində 3 pillə irəlilədi
  • Sənədsiz ev alanların üzləşdiyi təhlükə - Ekspertdən xəbərdarlıq
  • Bakı Bəyannaməsi BMT-nin rəsmi sənədi kimi yayıldı
  • Bu qurumlara dair 3 ay tələbi götürüldü
  • Bu imtahan ləğv edildi, ödəniş geri qaytarılacaq
  • DSMF-nin hesabladığı 10 milyard manatlıq öhdəlik hökümətlə razılaşdırılmayıb
  • Artıq ödənilmiş vergilərin geri qaytarılması sadələşdirildi
  • Şahruddindən millini ifşa edən qalmaqallı açıqlama...
  • Bu imtahanda 2 fənn ləğv edilir? - Rəsmi
  • Bu komitənin sədrinin müavinlərinin sayı artırıldı
  • Kreditə görə anama zəng edib psixoloji təzyiq yaradırlar - "Kapital Bank"dan şikayət
  • "Minimum əməkhaqqının artırılması özəl sektorda maaş artımlarına təkan verir"
  • Antibiotiklər psixi sağlamlığa necə təsir edir?
  • Günel Qədimova vəzifəyə təyin olundu
  • Bakıda temperatur 21 dərəcəyə yüksələcək
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Rəşid Behbudov necə öldürülüb? - 35 illik sirr

  • Tarix: 9-06-2024, 19:24

Bu gün Azərbaycanın və SSRİ-nin xalq artisti, Dövlət mükafatı laureatı Rəşid Behbudovun vəfatının 35 illiyidir.

Mediaxeberleri.Az mərhumun qızı Rəşidə Behbudovanın 2018-ci ildə “HafizTimes.com” saytına verdiyi müsahibəni təqdim edir:

– Atamla bağlı vikipediyada yalan məlumatlar qeyd olunub. Yazıblar ki, Rəşid Behbudov uğursuz əməliyyatdan sonra Moskvada vəfat edib. Bu, tamamilə yalandır. Mən indi həqiqəti deyəcəyəm. Bunu mətbuata ilk dəfə olaraq açıqlayıram. Bəli, onun böyrəyini əməliyyat etməli idilər. Atamı əməliyyata hazırladılar. Anamla mən səhər saat 9-da Moskvada Kremlin xəstəxanasında olarkən Prezident Aparatından (Keçmiş SSRİ Mərkəzi Komitədən) zəng gəldi. Dedilər ki, əməliyyat təxirə salınır.

Əməliyyat onun səhhətini yüngüləşdirməli idi, çünki böyrəkləri xəstə idi. Mahnı Teatrının o zamankı yeni binasında özünü soyuğa vermişdi. Çünki binaya yeni köçəndə istilik sistemi hələ də işləmirdi. O, rütubətli, soyuq binada çalışırdı. Bütün bunlara baxmayaraq o, aktyorlarla birlikdə çalışırdı. Nəticədə böyrəyinə soyuq oldu. Buna görə də atamın səhhəti ağırlaşdı. Bu ya təbii hadisə idi, ya da belə qələmə verilirdi. Çox mübahisəli və aşkar bir məsələ idi. Fakt budur ki, əməliyyat təxirə salındı.

– Sizə bunun səbəbini izah etdilər?

– Bizə heç nə demədilər. Heç nə də açıqlamadılar. Sadəcə dedilər ki, əməliyyat təxirə salınıb.

– Ailənizdən kimsə bu barədə onlara sual vermədi?

– Onlar çox gərgin idilər, heç bir suala cavab vermirdilər. Özlərini Stalinin həbs düşərgələrində olduğu kimi aparırdılar. Üzlərində təbəssüm də yox idi. Sanki hər şey kiminsə əmri ilə yerinə yetirilirdi.

Hətta deyərdim ki, bu əvvəlcədən müəyyənləşdirilmiş bir sonluq idi. Həkimlər adamı təbəssüm ilə sakitləşdirmək, nəsə demək istəmirdilər. Heç nəyi izah etmirdilər. Elə bir hansısa bir aktyor, robot idilər. Orada vəziyyət belə idi. Əməliyyatı təxirə saldılar. Atamı palataya apardılar və biz onu bir daha görmədik.

– Rəşid Behbudovu kim və nə üçün qətlə yetirmişdi?

– Azərbaycanda məlum hadisələr başlayanda… Sumqayıtda təxribat məqsədi ilə törədilmiş hadisələr zamanı Rəşid Behbudov 30 ildən artıq idi ki, SSRİ Ali Sovetinin deputatı idi. 1988-ci ildə Azərbaycan nümayəndə heyətinin, mədəniyyət işçilərinin, SSRİ xalq artistlərinin Azərbaycan və Ermənistan tərəfdən deputatlarla görüşləri oldu. Bu, Moskvada SSRİ Ali Sovetinin sessiyasında baş tutdu.

1988-ci il idi. Atam bir az soyuqlamışdı. Heç yerə gecikməyən atam bu görüşə təxminən 2-3 dəqiqə gecikmişdi. Zala girəndə görüb ki, bütün zal adamla doludur. Qorbaçov künc tərəfdə oturubmuş. Oturmaq üçün başqa boş yer qalmayıb. Qorbaçovdan bir qədər uzaqda kreslo qoyulmuşdu. Atam da orada oturub.

Bir neçə dəqiqədən sonra Qorbaçov atama “O, Rəşid” deyə müraciət edib. Onun atama “sən” deyə müraciət etməsi onu təəccübləndirib. Niyə axı o atama “sən” deyə müraciət edirdi?! Etiket qaydalarına əməl etmək lazım idi. Sanki dünən bir yerdə oturub çay içmişdilər. Qorbaçov: “Rəşid bura gəl, yaxın otur”. Atam ayağa durub ona tərəf yaxınlaşıb, yaxınlığında oturub.

Qorbaçov atamdan Dövlət Mahnı Teatrı haqda soruşub: “Rəşid necəsən? Teatrda işlər necə gedir?” Atam oradan qayıdandan sonra anamla mənə dedi ki, Qorbaçovun Dövlət Mahnı Teatrında baş verənlərdən, işlərin gedişatından xəbəri var. Yəni o tam məlumatlıdır.

Atam daha sonra Qorbaçova cavab verib: “Pis deyil. İşlər davam edir. Biz dünya ölkələrinə səfərlər edirik. Amma bir şeyi başa düşə bilmirəm. Mixail Sergeyeviç, hər şeyin yaxşı olduğunu deyə bilmərəm. Çünki mənim şəhərimdə tanklar dayanıb.

Qorbaçov cavab verib: “Axı bunlar bizim tanklardır” – deyib. Atam: “Bunun əhəmiyyəti yoxdur, sizindir, yoxsa bizim. Bu tanklar sülh şəraitində yaşayan şəhərdədir. Bu, təcavüzdür! Nə olub Mixayıl Sergeyeviç? Nə baş verir?

Orada atamla Qorbaçov arasında gərginlik yaşanıb. Bütün ölkə, hətta Azərbaycanın hüdudlarından kənarda da hər kəs bilir ki, Rəşid Behbudov vətənini sevən bir insan idi. Bu, bir həqiqətdir!

Atam həmin görüşdə deyib: “Nə qədər ki, mən sağam, SSRİ-nin deputatıyam, Qarabağın bizim olduğunu deyib, hər yerə car çəkəcəm. Əgər siz bu hərəkətlərinizə son qoymasanız, qan töküləcək. Qan töküləcək! Qan töküləcək! Qan töküləcək! Atam bu sözləri çox emosional formada deyib. Masaya nəsə atıb, üzünü çevirib. Qapını çırpıb gedib. Sakitlik çöküb.

Atamın qətlə yetirilməsinin başqa bir səbəbi də var idi. O bilirdi ki, Stepan Şaumyan basdırılmayıb.

O vaxt atama inanmadılar. Həmin yerdə işlər görülən zaman hər şey üzə çıxdı. Bəziləri deyirdilər ki, biz Rəşidə inanmadıq, o, haqlı idi. Meyitlərin tibbi ekspertizası zamanı Şaumyanın cəsədini orada (indiki Sahil bağında - red.) tapmadılar. Rəşid Behbudov bu məlumatı bilirdi (Şaumyanın qaçaraq, Hindistana sığındığı və uzun illər orada yaşadığı haqda məlumatlar var - red.).

Buna görə də həmin vaxt atamla bağlı istənilən xəstəliyi uydurmaq olardı. Onu palataya yerləşdirdilər. Anamı yanına buraxmırdılar. O vaxt mənim oğlum Rəşid də balaca, südəmər bir uşaq idi. Anamla növbələşirdik. Anamın çayına nəsə töküb yatırdılar. Atamın isə yanına heç kimi buraxmırdılar. Əslində bu bütün tibbi normalara, Avropadakı qaydalara zidd idi. Çünki insan xəstələnib reanimasiyada yatırsa, yaxud da xüsusi palataya köçürülübsə qohumlarının ora mütləq girişinə icazə verilməlidir. Başa düşürsünüz?

Müəyyən əhval-ruhiyyənin mövcudluğu aşkar formada hiss olunurdu. Qohumlara psixoloji təzyiq edirdilər. Bizə yalnız deyirdilər ki, olmaz, olmaz, olmaz!

Oğlumun canına, mayın 2-də məni tərk edən anamın xatirəsinə, bütün xalqımızın qarşısında and içə bilərəm ki, hər şey məhz mənim danışdığım kimi baş verib!

Palatada atamın qışqırıq səsi gəlirdi. Anam soruşanda ki, ona nə olub? Dedilər ki, narahat olmayın, müalicə gedir, heç bir problem yoxdur.

Atam iyunun 8-dən 9-na keçən gecə saat 04:10-da vəfat edib. Anama isə bunu günorta saat 12-də dedilər. Anam onlardan soruşanda ki, Rəşid Məcidoviç özünü necə hiss edir? Deyiblər: “Oy, bağışlayın, Ceyran xanım. Rəşid Məcidoviç vəfat etdi”. Mən hər şeyi olduğu kimi danışdım.

Gizli kaset barədə də məlumatım var. Guya onu kiməsə verib. Amma kimə verdiyi bilinmir.

– O kasetdə nə vardı?

– Kasetdə Qorbaçovun həyat yoldaşının iştirakı ilə Dağlıq Qarabağ barədə bəzi qərarlar var idi. Bu həqiqətdir. Gizlətməyin nə mənası var?!

– Bəs niyə siz qeyd etdiyiniz bu müəmmalı qətlə görə tibbi ekspertiza tələb etmədiniz?

– O vaxt mədəniyyət naziri Polad Bülbüloğlu idi. Anam təkid edirdi ki, atamı Mahnı Teatrından son mənzilə yola salsınlar. Teatr atamın zəhməti nəticəsində yaranmışdı. Dövlət teatrı idi. Atam onu xalq üçün qoyub getdi. Özümüzlə o biri dünyaya heç nə aparmırıq. O dövrdə həmin teatr bizim xalq musiqilərimizi bütün dünyada təbliğ edirdi. Atam SSRİ-nin xalq artisi kimi inanılmaz işlər görmüşdü.

Polad Bülbüloğlu anama cavab vermişdi: “Xeyr. Bilirsiniz, bizim ölkədə elə vəziyyət yaranıb ki, Rəşid Behbudovun vəfatı ilə əlaqədar olaraq mitinqlər baş qaldıra bilər. Və onun cənazəsini Mahnı Teatrından son mənzilə yola salmağımız mümkün deyil”.

Əlbəttə ki, bu yalan idi! Təbii ki, kəskin siyasi vəziyyət ərəfəsində Rəşid Behbudovun Moskvada vəfat etməsi xalq arasında böyük səs-küy yaratdı. Amma bu doğru deyildi.

Anam dedi ki, əgər vəziyyət belədirsə, “mən Rəşidin cənazəsini Gürcüstana aparacağam və doğulduğu yerdə dəfn edəcəyəm”.

O dövrdə babam Şuşadan Tiflisə köçmüşdü. Uşaqları da orada dünyaya gəlmişdi. Amma babam Qarabağda doğulub. Məşhur xanəndə Məcid Behbudovun büstü Muğam Mərkəzində ucaldılıb.

Anam dedi ki, “Rəşidin cənazəsini doğulduğu yerə, Tiflisə aparacağam”. Anamın bu sözlərindən sonra o, razılıq verdi. Və biz atamı Mahnı Teatrından son mənzilə yola saldıq. Ayın 12-də isə onu Filarmoniyadan yola saldılar.

Ekspertiza məsələsinə gəldikdə isə Moskvadan dedilər… “sizin dinə görə meyti yarmaq olmaz”. Anam dedi ki, düzdür, olmaz. “Onda zəhmət olmasa bu sənədi imzalayın”. Anam da imzaladı. Onun cənazəsini bura, Tibbi Ekspertiza İnstitutuna gətirəndə… Meyitin yarılmasını Tibbi Ekspertiza İnstitutunun əməkdaşları yox, 9-cu şöbənin işçiləri həyata keçirdi.

Sənədləri götürmüşdülər. Və hazırda da arxivlərdə tibbi ekspertizanın sənədləri yoxdur.Bunu keçmiş direktor özü mənə deyib. Rəsmi olaraq!

– Hiss etmirdiniz ki, bütün bunlar qurmadır?

– Necə yəni bilmirdik?! Atamı xəstəxanaya aparanda təcili tibbi yardım maşını gəlmədi. Boz kostyum geyinmiş adamlar idi, qara rəngli uzunsov “mercedes”də gəlmişdilər. Onlar qolları ilə anamın qarşısını kəsdilər… “Siz getməyəcəksiniz”. Anam dedi ki, necə yəni getməyəcəm?! Anam əsəbləşdi və gedəcəm dedi.

Sizə hər şeyi olduğu kimi danışıram. Mən də anamın yanında idim. Bizə dedilər: “Nə siz, nə də qızınız gedəcək!”.

“Bunları bizim üçün qurmusunuzsa hər şeyi çox gözəl başa düşürük. Nə etmək istəyirsiniz? Əgər onu xəstəxanaya yerləşdirmək istəyirsinizsə, tibbi nöqteyi-nəzərdən bunu həkimlər etməlidir. Təcili tibbi yardım maşını gəlməlidir və Kremlin xəstəxanasının həkimləri olmalıdır. Bu nə tamaşadır siz qurmusunuz?!”

Dedilər: “Xeyr siz ora getməməlisiniz”. Nəhayət, uzun mübahisədən sonra biz ora getdik. Sadəcə onlar xalatsız idilər. Sizə yalnız bunu deyə bilərəm!

Atam Qorbaçova öz sözünü demişdi. Bütün dünyaya Qarabağ münaqişəsi, onun yalnız bizim torpağımız olması barədə hər yerə car çəkəcəyini dünya şöhrətli müğənni Rəşid Behbudov demişdi! Bununla da özünə ölüm hökmü oxudu. Belə məşhur incəsənət xadimləri, dünya şöhrətli insanların həyatı sadə olmur. Mütləq onların arxasında hansısa oyunlar gedir. Onları izləyirlər. Bu faktdır. Ona görə də burada çox güman ki, hər şey öncədən həll olunmuşdu.

Atamı deputatlıqdan çıxardılar, hamı bizdən üz döndərdi. Yəni biz tam boşluqda qaldıq. Keçmiş dostlarımız, qonşular, bizə yaxın olan, xoş sözlər deyən, dəstəkləyən insanların hamısı yoxa çıxdı. İtdilər. O illərdə bir çox incəsənət xadimlərimiz ölkəni tərk etdilər. Bu sirr deyil. Çətin vaxtlar idi. Müharibə gedirdi. Şəhərdə komendant saatı tətbiq edilmişdi. Hamımız ərzaq payı ilə yaşayırdıq. Yəni mənzildə qeydiyyatda olan hər adama bir kiloqram ət, bir kiloqram yağ, bir az da yarma verirdilər. Mən də oğlum Rəşidi belə böyütdüm. Yəni sadaladığım bu ərzaq məshullarını ona verirdik. Özümüz isə əriştə, makaron yeyirdik. Çox yaxşı, acından ölmədik. Çünki respublikada vəziyyət belə idi və torpaqlarımızın azad olunması naminə buna dözürdük.

Məsələ bundadır ki, nə mən, nə də anam bu vəziyyətdən istifadə etmədik. Yəni mən bu məsələdə də özümə və həmçinin anama hörmət edirəm. Çünki biz doğma Azərbaycanımızı tərk etmədik. Əvvəldə də, sonra da üzləşdiyimiz bütün çətinliklərə dözdük. Bunun çox vacib olduğunu hesab edirəm. Çünki hiss edirəm ki, atam da belə etməyimizi istəyərdi.


Oxunub: 545
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 22:21 | Qazaxda ağır qəzada ölənlərin sayı artdı: Həlak olan ata və azyaşlı qızının fotosu
    Bu gün, 20:46 | Qazaxda V İdman Festivalı keçiriləcək
    Bu gün, 20:10 | Qazaxda dəhşətli qəza - 2-si uşaq olmaqla 5 ölü var+Yenilənib
    Bu gün, 18:04 | Mənzil almaq istəyənlərə xəbərdarlıq... – “Bu hal risklidir”
    Bu gün, 18:02 | Azərbaycan onu Özbəkistana təhvil verdi
    Bu gün, 18:01 | Millimiz FİFA reytinqində 3 pillə irəlilədi
    Bu gün, 17:38 | Sənədsiz ev alanların üzləşdiyi təhlükə - Ekspertdən xəbərdarlıq
    Bu gün, 17:33 | Bakı Bəyannaməsi BMT-nin rəsmi sənədi kimi yayıldı
    Bu gün, 17:31 | Bu qurumlara dair 3 ay tələbi götürüldü
    Bu gün, 17:27 | Bu imtahan ləğv edildi, ödəniş geri qaytarılacaq
    Bu gün, 16:18 | DSMF-nin hesabladığı 10 milyard manatlıq öhdəlik hökümətlə razılaşdırılmayıb
    Bu gün, 16:12 | Artıq ödənilmiş vergilərin geri qaytarılması sadələşdirildi
    Bu gün, 16:11 | Şahruddindən millini ifşa edən qalmaqallı açıqlama...
    Bu gün, 16:08 | Bu imtahanda 2 fənn ləğv edilir? - Rəsmi
    Bu gün, 14:34 | Bu komitənin sədrinin müavinlərinin sayı artırıldı
    Bu gün, 14:18 | Kreditə görə anama zəng edib psixoloji təzyiq yaradırlar - "Kapital Bank"dan şikayət
    Bu gün, 14:05 | "Minimum əməkhaqqının artırılması özəl sektorda maaş artımlarına təkan verir"
    Bu gün, 14:02 | Antibiotiklər psixi sağlamlığa necə təsir edir?
    Bu gün, 13:58 | Günel Qədimova vəzifəyə təyin olundu
    Bu gün, 13:56 | Bakıda temperatur 21 dərəcəyə yüksələcək
    Bu gün, 12:40 | Mehdiyevin qızının vəkili niyə həbs edilib? – Şok detallar
    Bu gün, 12:39 | Bu cərimələr 150 faiz artırılır
    Bu gün, 12:37 | Azərbaycanda 10 manatlıq bu rüsum ləğv edilir
    Dünən, 21:30 | DİQQƏT! Sabahdan bu avtobuslarda gedişhaqqı 70 qəpik olacaq - RƏSMİ
    Dünən, 21:25 | Qazaxda Prezident Administrasiyasının nümayəndəsi və İcra başçısı şəhərdə aparılan abadlıq işlərinə yerində baxış keçiriblər
    Dünən, 20:29 | Qazaxda 2026-2030-cu illər üçün Dövlət Proqramının icrası ilə əlaqədar rayonun kəndlərində aqroparka və iri fermer təsərrüfatlarına baxış keçirilib
    Dünən, 20:20 | “Böyük Qayıdış” davam edir: Ağdam, Füzuli və Xocavənd sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunurlar
    Dünən, 19:53 | Vətən müharibəsi şəhidi gizir Anar Nağıyevin ildönümündə əziz xatirəsi ehtiramla yad edilib
    Dünən, 19:39 | Deputat: "Vətəndaşın əlilliyi ləğv olunmazdan əvvəl işlə təminatı məsələsinə də baxılmalıdır"
    Dünən, 13:43 | Zəngəzurda saxlanılan azərbaycanlı hərbçinin işi üzrə ittiham aktı açıqlandı
    Dünən, 13:40 | Dövlət İdarəçilik Akademiyası ilə bağlı iddialara rəsmi cavab
    Dünən, 13:38 | Azərbaycanda avtomobil qəzalarının dəhşətli statistikası: 500 ölü, 640 yaralı
    Dünən, 12:34 | Türkiyə-Azərbaycan savaşı? - Fazil Mustafa təhqir etdi
    Dünən, 12:33 | İdarəçilik Akademiyası akkreditasiyadan keçə bilməyib?
    Dünən, 12:32 | İnternet 3 ay olmayacaq, banklardakı pullar silinəcək?
    Dünən, 09:27 | Qaxda 125 ağac kəsərək nazirliyə 34 minlik zərər vuran şəxsə elektron qolbaq taxıldı - TƏFƏRRÜAT
    Dünən, 09:25 | Fidanla görüşdüm, əsas vasitəçi Türkiyədir - Sibiqa
    Dünən, 09:20 | Yeniliyin və inkişafın ünvanı : Qazax
    Dünən, 09:13 | 48 yaşlı Samirənin həyatına son qoyan divar: “Malasız üst-üstə yığıblar” - Video
    Dünən, 09:09 | UEFA Millətlər Liqasında qrup mərhələsinə yekun vurulur: Bu gün hansı oyunlar keçiriləcək?
    Dünən, 09:01 | Azərbaycana sərt qış gəlir: bu bölgələrdə güclü qar gözlənilir - SİYAHI
    Dünən, 08:19 | Abbasov millinin qələbəsini şərh etdi: Bunlar məni sevindirir
    Dünən, 08:12 | "ChatGPT" boşanmalara səbəb olmağa başlayıb
    Dünən, 08:10 | Ailəsindən ayrılan kişinin başqa qadınla meyiti tapıldı - İki nəfərin müəmmalı ölümündə yeni detallar
    Dünən, 08:05 | "Müqəddəsliyin arxasında çirkinliklər gizlənir" - Ziya Ağa teatrın problemlərini açdı - Video
    Dünən, 07:56 | Gənc yaşda böyrək xərçəngini necə müəyyən etmək olar?
    Dünən, 07:30 | Həkim qəfil tərləmənin qeyri-adi səbəblərini açıqladı
    Dünən, 07:28 | CNN: İran Vaşinqtonda Tramp administrasiyası rəsmilərinə hücumlar hazırlayır
    Dünən, 07:25 | Qaz xətti zədələndi, bir sıra kəndlər qazsız qaldı
    Dünən, 07:20 | Millətlər Liqası: Almaniya Niderlandı darmadağın etdi
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.