"Beşiktaş" "Qarabağ"ın futbolçusu üçün hərəkətə keçdi: 4 milyon ödəyəcək?
“Beşiktaş” “Qarabağ”ın yarımmüdafiəçisi Leandro Andradeni heyətinə qatmaq istəyir. Mediaxeberleri.Az xəbər verir ki, İstanbul nəhəngi 24 yaşlı futbolçunun transferi üçün Ağdam təmsilçisi ilə danışıqlar aparır. Bu barədə Portuqaliyanın nüfuzlu “A Bola” nəşri məlumat yayıb. “Beşiktaş” Azərbaycan çempionu ilə anlaşa bilməsə, Andradenin sözləşməsində 4 milyon avroluq sərbəstqalma bəndini aktivləşdirməyə çalışacaq. Kabo-verdeli futbolçunun “köhlən atlar”la müqaviləsi 2027-ci ilin yayına qədərdir. O, ötən mövsüm 58 matçda 15 qol və 18 məhsuldar ötürmə ilə yadda qalıb.
Oxunub: 378
Xəbəri paylaş
Paylaş: