Deputat təklif etdi: Həmin gün spirtli içkilərin satışı qadağan olunsun
Rusiya Dövlət Dumasının deputatı Sultan Həmzəyev iyunun 12-də Rusiya Günündə spirtli içkilərin satışının qadağan edilməsini təklif edib. Parlamentari müvafiq müraciəti Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinə göndərib. Mediaxeberleri.Az xəbər verir ki, "RİA Novosti" ilə söhbətində o, bayram günlərində spirtli içkilərin satışına məhdudiyyətlərin qoyulmasının tərəfdarı olduğunu izah edib. O, analoji sənədi Rusiyanın təsis qurumlarının rəhbərlərinə də göndərməyi planlaşdırır. Həmzəyevin sözlərinə görə, bütün bayramlar, xüsusən də dövlət bayramları sakit və təhlükəsiz şəraitdə keçirilməlidir. Xatırladaq ki, Rusiyanın 15 regionunda may bayramlarında spirtli içkilərin satışına qadağa qoyulub.
Oxunub: 492
Xəbəri paylaş
Paylaş: