Mediaxeberleri.az
    
  • Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
    Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
  • 
  • Zeytun Festivalının açılışı olub - Foto
    Zeytun Festivalının açılışı olub - Foto
  • 
  • Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
    Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
  • 
  • Kiçik pomidorlarda böyük təhlükə!
    Kiçik pomidorlarda böyük təhlükə!
  • 
  • Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
    Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
  • 
  • "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
    "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
  • 
  • Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
    Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
  • 
  • "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
    "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
  • 
  • "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
    "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
  • 
  • Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
    Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
  • 
  • Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
    Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
  • 
  • VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
    VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
  • 
  • Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
    Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
  • 
  • Məktəblərdə geyim: bütün suallara aydınlıq gətirildi - RƏSMİ
    Məktəblərdə geyim: bütün suallara aydınlıq gətirildi - RƏSMİ
  • 
  • Saleh Məmmədovun yaratdığı idarələr ləğv olunur: Milyonlar...
    Saleh Məmmədovun yaratdığı idarələr ləğv olunur: Milyonlar...
  • 
  • Mənimsəmə işi: Etibar Pirverdiyevin maaşı şoka saldı
    Mənimsəmə işi: Etibar Pirverdiyevin maaşı şoka saldı
  • 
  • TTM-də 200 minlik mənimsəmə: Polkovnikin və digərlərinin məhkəməsi başladı
    TTM-də 200 minlik mənimsəmə: Polkovnikin və digərlərinin məhkəməsi başladı
  • 
  • PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
    PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
  • 
  • Qorxmaz Hüseynovun dövründəki milyonluq mənimsəmələr üzə çıxdı
    Qorxmaz Hüseynovun dövründəki milyonluq mənimsəmələr üzə çıxdı
  • 
  • Qazax Dövlət Dram Teatrında “Səhnədən zəfərə...” tamaşası təqdim olunub
    Qazax Dövlət Dram Teatrında “Səhnədən zəfərə...” tamaşası təqdim olunub
  • 
  • "Xan qızı Xurşidbanu Natəvan" adlı sənədli filmin nümayişi keçirilib - FOTOLAR
    "Xan qızı Xurşidbanu Natəvan" adlı sənədli filmin nümayişi keçirilib - FOTOLAR

Son xəbərlər :
  • "Kəpəz" - "Qarabağ" matçında heç-heçə, "Neftçi"dən qələbə
  • Azərbaycan vətəndaşlarının bu ölkəyə vizasız rejimi tətbiq edildi
  • Zəngi liseyinin direktoru işdən çıxarıldı – Yeni təyinat
  • Bu şəxslər üçün imtahan keçiriləcək
  • Sabahın havası bu insanlar üçün əlverişsiz olacaq
  • Argentinalı məşhur futbolçu huşunu itirdi
  • ABŞ yeni kamikadze dronunu təqdim etdi
  • Azərbaycana qar yağıb
  • Astarada qəza: 5 kəndin qazı kəsildi
  • Qazaxda iki nəfərə kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanıldı
  • Gəzməkdə çətinlik çəkən qadının 23 illik əlillik pensiyası kəsildi - Video
  • Diyetoloq ən faydalı çörək növlərini və gündəlik istehlak normasını açıqladı
  • Yas mərasiminə gedən ehtiyatda olan zabit faciəli şəkildə öldü - Təfərrüat
  • Azərbaycan bu ölkəni təbrik etdi
  • Noyabrın sonunda üç BÜRCÜN həyatı yaxşılaşacaq
  • Rusiya taktikanı dəyişib - Hədəfi budur
  • “Qarabağ” “Kəpəz”, “Neftçi” isə “Araz” sınağında
  • Sahibsiz itlərin hücumundan şikayətçidirlər - VİDEO
  • İranda zəlzələ olub, Naxçıvanda da hiss edilib
  • Bakıda ağaclar kəsilərək yerində restoran tikilir? - VİDEO
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

SOCAR-a hücum edənlərin gerçək kimliyi və dəstək verən güclər - SENSASİON DETALLAR

  • Tarix: 3-06-2024, 11:54

Qəzzada müharibənin getdiyi vaxt bir qrup təxribatçı SOCAR-ın İstanbul ofisinə hücum etdi. Onlar Azərbaycan şirkətinin “İsrailə neft satdığını”, “insanları bombalayan təyyarələrin bu neftlə işlədiyi” kimi iddialar irəli sürür, binanın fasadını rəngli boyalarla rəngləyir, şüşələrini sındırırdılar. Nəzarətdən çıxmış kütlə eyni iddiaları bir ağızdan xor kimi qışqırırdı. Halbuki, nə SOCAR İsrailə neft satır, nə də kütləni İstanbul ofisinə doğru yönəldənlər üçün məqsəd nə Qəzzada baş verənlər, nə də Fələstin məsələsidir. Ortada çoxvektorlu təxribat planının olduğu bəllidir. SOCAR-a hücum edən “Fələstin üçün min gənc” qruplaşması üzərindən örtüyü qaldırdıqda və arxasına nəzər yetirdikdə, hər şey aydın görünür.

Solçu Ahmet Furkan Polatkan və dindar Bahar Ari

“Fələstin üçün min gənc” hərəkatının Qəzzada müharibə başlayanda yaradıldığı deyilir. Hərəkatın əsas liderlərindən biri 25 yaşlı Ahmet Furkan Polatkan tələbədir və indiyə qədər Türkiyədə müxtəlif etiraz aksiyalarında fəallığı ilə seçilib. Əsas diqqətçəkən məqam hazırda Fələstini dəstəklədiyini deyən Polatkanın solçu hərəkatlarda iştirakı, hətta PKK-nı dəstəkləyən keçmiş HDP-yə də zaman-zaman dəstək verməsidir. İdeoloji olaraq kommunistdir, solçu “Gənclik Komitələri”nin üzvüdür. Martın 5-də solçu mediaya müsahibəsində bildirir ki, “hərəkatın tərkibinə müsəlmanlarla yanaşı, kürdlər (PKK ideologiyasına mənsub olanlar-red), solçular, feministlər daxildir”.

Hərəkatın aksiyalarına siyasi dəstəyi də əsasən terrorçuluğu müdafiə edən solçu-kommunist qrupları verir. Türkiyə mediasının məlumatına görə, “Fələstin üçün min gənc” hərəkatının üzvləri arasında terror təşkilatı “Marksist-Leninist Komunist partiyası”, bu qrupun gənclər təşkilatı, “Gənclik Kollektivləri”, “Xalq Evləri” və PKK-nın qolu olan “İnqilabçı Xalq Qurtuluş Partiyası-Cəbhəsi”nə (DHKP-C) bağlı dərnəklərin təmsilçiləri yer alır. Hərəkatın yaradılma təşəbbüsünü də terror təşkilatı MLKP-nin gənclər birliyi olan “Sosialist Gənclik Dərnəkləri Federasiyası” irəli sürüb. MLKP terrorizmi dəstəkləyən ESP, TİKKO, DHKP-C, “İnqilab Qərargahı” (Devrimci karargah) kimi qrupları özündə birləşdirir. “Fələstin üçün min gənc” hərəkatının 1 may münasibətilə aksiya keçirməsi də onun arxasındakı ideolgiyaya diqqət çəkir.

Hərəkatın tərkibində solçular, PKK terrorunu dəstəkləyənlərlə yanaşı, İranda müəyyən qrupların, xüsusilə dini-klerikal dairələrin dəstəklədiyi, ümumilikdə Türkiyədəki İranmeylli dəstələr yer alır.

Misal üçün, hərəkatın fəallarından olan Ruken Arslan belə şəxslərdəndir. Bununla yanaşı, hərəkatın təbliğatını aparan əsas media qurumlarından olan “Acar Medya” və onun rəhbəri Məhəmməd Acar İranın dini dairələrinə yaxınlığı ilə seçilir. M.Acar mütəmadi olaraq, Azərbaycanda “dinin qadağan edildiyi” iddialarını irəli sürür, yaxud “İsrailə dost, İrana düşmən Azərbaycan” təbliğatını aparır. M.Acar Türkiyədə İrana bağlı “Kevser Kültür Mərkəzi” və “Əhli Beyt Alimlər Birliyi”nin televiziya kanalı olan “On4tv”-nin də aparıcısı olub. Kanal terror təbliğatı apardığı üçün bağlanıb.

Faktlar SOCAR-a hücum edən “Fələstin üçün min gənc” hərəkatının bir-birinə ziddi ideologiya mənsublarını birləşdirdiyini göstərir. Və bu detal şübhələrə yol açır:

- Hərəkatda təmsil olunan PKK-nı və terror təşkilatının Türkiyədəki siyasi qanadını müdafiə edənlər, eləcə də solçuluq çətiri altında birləşən qruplar əsasən Qərb tərəfindən dəstəklənir: ABŞ başda olmaqla Qərb bütövlükdə Qəzza məsələsində İsraildən yanadır;
- Qərbin dəstəklədiyi qruplarla İranmeyillilər siyasi və ideologiya olaraq fərqlənsə də, eyni hərəkatda təmsil olunurlar;


Bu iki məqam fonunda Türkiyədə Fələstin məsələsini sidq-ürəkdən dəstəkləyən dini və millətçi kəsimin “Fələstin üçün min gənc” hərəkatında yer almaması, əksinə, bu kəsimlərə əks-qütbdə olması, burada gerçək məqsədin Qəzzada baş verənlər olmadığını deməyə əsas verir. Və proseslər deməyə əsas verir ki, bu hərəkatın arxasında dayanan güclər Türkiyədə Ərdoğan hakimiyyətinə qarşı etiraz dalğasını bir çətir altında birləşdirməyə çalışanlardır. Fələstin məsələsinin motiv olaraq seçilməsi də məhz Ərdoğan-Baxçalı ittifaqının elektoratını - dindar və millətçi kəsimi onlardan uzaqlaşdırmağa hesablanıb.

Bütün bunların fonunda SOCAR-ın hədəf seçilməsi də təsadüfi deyil. Hücum edən qruplaşma iddia edir ki, Azərbaycan şirkəti “İsrailə neft satır”, halbuki, dünyanın neft bazarında bütün şirkətlər mallarını trader şirkətlərə satır, traderlərin nefti kimə satdığına isə nəzarət etmək mümkün olmur. Yəni SOCAR-ın “İsrailə neft satması” feykdir. Bu feyk üzərindən kütlənin SOCAR-ın binasına göndərilməsi – Azərbaycanın hədəf seçilməsinin birdən çox məqsədi var.

Birincisi, Türkiyə ictimai rəyində “bir millət, iki dövlət” ideologiyasını ləkələməyə çalışırlar;

Motiv olaraq Fələstin məsələsinin seçilməsi də Türkiyənin dindar və millətçi kəsimində Azərbaycan əleyhinə fikir formalaşdırmağa hesablanıb. Bakı-Ankara xəttində yarana biləcək istənilən çat ermənilərdən tutmuş Cənubi Qafqazda maraqları olan həm regional, həm qeyri-regional ölkələrə sərf edir.

İkincisi, Azərbaycanın brendi olan SOCAR haqqında mənfi imic formalaşdırmaq, şirkəti nüfuzdan salmaqdır.

Bu, ilk növbədə Azərbaycan-Türkiyə iqtisadi əlaqələrinə ciddi zərbə vura bilər. Eyni zamanda, SOCAR-ın dünyanın enerji bazarındakı mövqelərini nəzərə alsaq, burada enerji lobbilərinin də maraqları aydın görünür. Məsələ nə Fələstin, nə Qəzzada həlak olan insanlar deyil, məsələ sadəcə siyasi və qrup maraqlarıdır. Lakin təxribatçılar və onların arxasındakı güclərin SOCAR üzərindən oynadıqları oyun baş tutmadı. Türkiyədəki qardaşlarımız onların layiqli cavabını verdi.


Oxunub: 1 107
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 18:56 | "Kəpəz" - "Qarabağ" matçında heç-heçə, "Neftçi"dən qələbə
    Bu gün, 16:29 | Azərbaycan vətəndaşlarının bu ölkəyə vizasız rejimi tətbiq edildi
    Bu gün, 16:27 | Zəngi liseyinin direktoru işdən çıxarıldı – Yeni təyinat
    Bu gün, 16:25 | Bu şəxslər üçün imtahan keçiriləcək
    Bu gün, 16:23 | Sabahın havası bu insanlar üçün əlverişsiz olacaq
    Bu gün, 12:30 | Argentinalı məşhur futbolçu huşunu itirdi
    Bu gün, 12:13 | ABŞ yeni kamikadze dronunu təqdim etdi
    Bu gün, 11:55 | Azərbaycana qar yağıb
    Bu gün, 11:54 | Astarada qəza: 5 kəndin qazı kəsildi
    Bu gün, 11:51 | Qazaxda iki nəfərə kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanıldı
    Bu gün, 10:54 | Gəzməkdə çətinlik çəkən qadının 23 illik əlillik pensiyası kəsildi - Video
    Bu gün, 10:48 | Diyetoloq ən faydalı çörək növlərini və gündəlik istehlak normasını açıqladı
    Bu gün, 10:46 | Yas mərasiminə gedən ehtiyatda olan zabit faciəli şəkildə öldü - Təfərrüat
    Bu gün, 10:42 | Azərbaycan bu ölkəni təbrik etdi
    Bu gün, 10:18 | Noyabrın sonunda üç BÜRCÜN həyatı yaxşılaşacaq
    Bu gün, 10:17 | Rusiya taktikanı dəyişib - Hədəfi budur
    Bu gün, 10:15 | “Qarabağ” “Kəpəz”, “Neftçi” isə “Araz” sınağında
    Bu gün, 09:56 | Sahibsiz itlərin hücumundan şikayətçidirlər - VİDEO
    Bu gün, 09:47 | İranda zəlzələ olub, Naxçıvanda da hiss edilib
    Bu gün, 09:47 | Bakıda ağaclar kəsilərək yerində restoran tikilir? - VİDEO
    Dünən, 23:02 | İcra hakimiyyətində struktur dəyişiklikləri aparıldı: Yeni təyinatlar - Siyahı
    Dünən, 22:30 | Qazaxda yerli sakin bıçaqlandı
    Dünən, 21:50 | Bakı sakini Qazaxda dəm qazından boğularaq ölüb
    Dünən, 21:43 | İranla belə bir saziş imzalayacağıq - Tramp
    Dünən, 21:39 | Sevinc Maniyeva vəfat etdi
    Dünən, 21:38 | İşdən çıxarılan Elçin Babayevlə bağlı sensasion fakt
    Dünən, 21:36 | "Qalatasaray" qalib gəldi, baş məşqçisi qırmızı aldı
    Dünən, 19:34 | Ağdamın bunkerləri, erməni generalları və 5 müdafiə xətti - Video
    Dünən, 19:26 | “Qəbələ” “Şəfa”ya, "Turan Tovuz" "Şamaxı"ya qalib gəldi
    Dünən, 18:35 | Ağdamda itlər məktəbli qıza hücum edib - FOTO
    Dünən, 18:33 | Azərbaycanda ilk dəfə 20 yaşadək oğlanlar arasında basketbol üzrə Avropa çempionatı keçiriləcək
    Dünən, 18:32 | Kartdan-karta köçürmələr risk mənbəyi kimi - Yeni təkliflər var...
    Dünən, 12:29 | TƏBİB-in yoxlama apardığı xəstəxananın şöbə müdiri işdən çıxarıldı - FOTO
    Dünən, 12:27 | Badamdarda evin həyəti ikiyə ayrıldı - VİDEO
    Dünən, 12:24 | İnsan orqanizmini qocaldan və ölümə yaxınlaşdıran 3 ən vacib faktor açıqlandı
    Dünən, 12:22 | Maşın almaq üçün kredit götürən şəxsin pulu oğurlandı
    Dünən, 10:50 | Bu şəxslər 700 manatadək cərimələnəcək
    Dünən, 10:49 | Millimiz Bədaviyə görə ilk texniki məğlubiyyətini ala bilər
    Dünən, 10:48 | Sumqayıtın şəhər statusu almasının 77-ci ildönümü - Foto
    Dünən, 10:10 | İsa Qəmbər ölkədən çıxa bilmədi
    Dünən, 10:09 | Sumqayıtda bu yol yenə çökdü - Foto
    Dünən, 10:07 | Neft həftəni bu qiymətlə yekunlaşdırdı
    Dünən, 09:33 | Bu ölkədə 6,7 bal gücündə zəlzələ oldu
    Dünən, 09:32 | İlham Əliyev Mixail Kavelaşviliyə başsağlığı verdi
    Dünən, 09:31 | İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul etdilər
    Dünən, 00:01 | Ölkənin ana təhsil ocağı da belə rüsvay oldu...
    20-11-2026, 22:19 | "Sabah"dan darmadağın, "Zirə"dən xal itkisi
    20-11-2026, 22:11 | “İdman Paytaxtı” Qazax şəhərində V İdman Festivalının açılış mərasimi keçirilib
    20-11-2026, 19:44 | "Qələbələr Partiyası – 34 illik Zəfər və İnkişaf Yolu” - FOTOLAR
    20-11-2026, 19:39 | "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirildi
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.