Bakıda taksi xidməti niyə kəskin bahalaşıb? - Rəsmi açıqlama
- 3-06-2024, 11:34
- 1 060
Hazırda taksi xidmətlərində kəskin qiymət artımı müşahidə olunur. Sifariş etdikdə, bir neçə yüz metrlik məsafə üçün 3 manat 11 qəpik və ya 4 manat 50 qəpik qeydə alınır. Qiymət taksi şirkətlərinə görə dəyişir.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ilə əlaqə saxladıq.
Qurumun mətbuat katibi Tural Orucov Mediaxeberleri.Az-a bildirdi ki, taksi minik avtomobilləri ilə daşıma qiyməti tələb və təklif əsasında müəyyən olunur:
“Hazırda qiymət fəaliyyət göstərən taksi operatorları tərəfindən rəqabət şəraitində formalaşır”.
Qeyd edək ki, 1 iyuldan taksi xidmətləri ilə bağlı yeni qaydalar qüvvəyə minəcək.
Комментарии (0)