"Qarabağ" 8-ci dəfə Azərbaycan kubokunu qazandı
"Qarabağ" səkkizinci dəfə ölkə kubokunda qızıl medallara sahib çıxıb. Azərbaycan Kubokunun "Qarabağ" - "Zirə" komandaları arasındakı final qarşılaşması baş tutub. Mediaxeberleri.Az xəbər verir ki, "Liv Bona Dea Arena"da keçirilən görüş 20:00-da başlayıb. Qarşılaşma "Qarabağ"ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Azərbaycan Kubokunun finalında keçiriləcək “Qarabağ” – “Zirə” oyunu üçün heyətlər belə olub. “Qarabağ”: 99. Andrey Lunyov, 55. Bədavi Hüseynov (k), 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 90. Nəriman Axundzadə, 10. Abdullah Zubir, 8. Marko Yankoviç, 18. Olavio Juninyo, 2. Mateus Silva, 6. Julio Romao, 15. Leandro Andrade. “Zirə”: 97. Tiaqo Silva, 77. Məqsəd İsayev, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 20. İsmayıl İbrahimli, 16. Fuad Bayramov, 5. Stefan Aka, 4. Ruan Renato, 44. Dmitrios Çantakias, 23. Rafael Utziq, 15. Pyer Zebli. Qeyd edək ki, görüş 20:00-da start götürəcək. *** Final matçı Bakı vaxtı ilə 20:04-də start götürüb. *** 44-cü dəqiqədə "Qarabağ"ın oyunçusu Juninyo hesabı açıb: 1 - 0 *** 58-ci dəqiqədə "Zirə"nin oyunçusu İsmayıl İbrahimli hesabı bərabərləşdirib: 1 - 1 *** 62-ci dəqiqə Abdullah Zubir hesabı artırdı: 2 - 1