Mediaxeberleri.az
    
  • Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
    Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
  • 
  • Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
    Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
  • 
  • “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
    “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
  • 
  • Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
    Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
  • 
  • Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
    Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
  • 
  • Zeytun Festivalının açılışı olub - Foto
    Zeytun Festivalının açılışı olub - Foto
  • 
  • Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
    Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
  • 
  • Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
    Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
  • 
  • Aqroservisin sədri həbs edildi
    Aqroservisin sədri həbs edildi
  • 
  • Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
    Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
  • 
  • Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
    Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
  • 
  • Kiçik pomidorlarda böyük təhlükə!
    Kiçik pomidorlarda böyük təhlükə!
  • 
  • Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
    Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
  • 
  • "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
    "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
  • 
  • Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
    Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
  • 
  • "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
    "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
  • 
  • "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
    "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
  • 
  • Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
    Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
  • 
  • Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
    Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
  • 
  • VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
    VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
  • 
  • Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
    Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu

Son xəbərlər :
  • İran Qeşm üzərində ABŞ PUA-sını məhv etdi
  • AzTV-nin sabiq idarə rəisi vəfat etdi
  • Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər
  • Küləkli hava şəraiti ilə bağlı müraciət edildi
  • Avtobusda sərnişini talan edən şəxs saxlanıldı
  • Azərbaycan nefti ucuzlaşdı
  • Küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edildi
  • Həbsdəki jurnalist əməliyyat olunub
  • DOĞUM AZALIR, BOŞANMALAR ARTIR... – Cəmiyyəti hansı problemlər gözləyir?
  • Naxçıvan daş duz yatağında geoloji kəşfiyyat işləri aparılacaq
  • "Azəristiliktəchizat": Sakinlərinin ödəniş etmədiyi binalara istilik verilməyəcək
  • Hörmüz boğazında daha bir neft tankeri minaya düşərək yanıb
  • Sumqayıtda beş avtomobil toqquşdu
  • Saatlıq minimum əmək haqqı tətbiq ediləcək - Maaşlar artacaq
  • Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto
  • Borcu olan sakinlər istiliksiz qalacaq - Rəsmi
  • Bu gün Millətlər Liqasında 8 oyun keçiriləcək
  • Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol
  • Salah Misir millisində rekorda imza atdı
  • Füzulidə ağır qəza: 3 ölü, 4 yaralı - Foto
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Qeyri-sabit hava taxıl zəmilərinə ziyan vurub: Qıtlıq olacaq?

  • Tarix: 1-06-2024, 22:33

Azərbaycanda unun qiymətində artım müşahidə edilir. Üstəlik əsas taxıl ixracatçımız olan Rusiyadan da bədbin proqnozlar gəlməkdədir. Rəsmi qurumların məlumatına əsasən, may ayı ərzində havaların yağışlı və şaxtalı olması səbəbindən yerli taxıl istehsalında əhəmiyyətli azalma müşahidə ediləcək. Ölkəmizdə də müşahidə olunan qeyri-sabit hava şəraiti taxıl əkən fermerləri narahat edir. Onların sözlərinə görə, bu cür hava şəraiti taxıl zəmilərinə ciddi ziyan vurur və yığım prosesini ləngidir. Artıq bəzi ərazilərdə zəmilər güclü yağışın təsirindən yerə yatıb. Bu isə taxılın toplanması zamanı itkinin çoxalmasına səbəb olacaq. Fermerlər həmçinin bildirirlər ki, yağışlı hava şəraiti zəmilərdə "pas" xəstəliyinin yayılması üçün münbit şərait yaradır. Bu da məhsuldarlığa mənfi təsir göstərir.

Qeyd edək ki, Azərbaycanın taxıla olan illik tələbatı 3,5 milyon ton təşkil edir. Bunun təxminən 1,8 milyonu idxal, qalan hissəsi isə daxili istehsal hesabına təmin edilir. Ötən il Azərbaycana buğda idxalının 87 faizi Rusiyanın, 13 faizi isə Qazaxıstanın payına düşüb. Bundan başqa, 2023-cü ildə Azərbaycana buğda idxalı bir milyon 175,341 min ton təşkil edib ki, bu da 2022-ci ilin göstəricisindən 9,1 faiz azdır.

Bəs, görəsən, bu il yığımın ləngiməsi məhsuldarlığın azalmasına gətirib çıxaracaqmı? Bizi taxıl qıtlığı gözləyə bilərmi?

"Kaspi" qəzeti bu və ya digər suallara cavab axtarmağa çalışıb.

Məhsuldarlıq azalarsa…

Liberal İqtisadçılar Birliyinin sədri Akif Nəsirlinin sözlərinə görə, indiki şəraitdə sel və dolunun, ümumiyyətlə dəyişkən hava şəraitinin ən çox mənfi təsir etdiyi sahə taxılçılıqdır:

"Bir müddət sonra taxıl zəmiləri biçinə hazır olmalıdır. Amma proses yubanacaq. Çünki məhsulun yetişmə dövrü uzanacaq. Eyni zamanda, yağış düşəndə taxılın dibində yay mövsümündə çıxan alaq otlarının inkişafı sürətlənir ki, bu da taxıl biçininə maneə törədir. Taxıl biçən kombaynlar alaq otları qalxmış sahələrdə biçin işini aparmaqda çətinlik çəkirlər. Bu da məhsul itkisinə yol açır".

Ekspert bildirib ki, Azərbaycan taxıla olan tələbatın əhəmiyyətli hissəsini idxal hesabına ödəyir. Bu səbəbdən qeyri-stabil hava şəraiti məhsuldarlığın azalmasına səbəb olsa belə, qıtlığa gətirib çıxarmayacaq:

"Təqribən ölkədaxili taxıl tələbatının 60 faizi idxal hesabına qarşılanır. Yalnız tələbatın 40 faizi istehsal oluna bilir. Məhsuldarlıq azalarsa, sadəcə, taxılın idxal həcmi bir qədər artacaq".

"Qarabağda məhsuldarlığın yaxşı olacağı proqnozlaşdırılıb"

Aqrar sahə üzrə ekspert Cəfər İbrahimli isə bildirib ki, məhsuldarlığın aşağı düşüb-düşməyəcəyi barədə konkret fikir bildirmək çətindir:

"Ümumiyyətlə, indiki hava şəraitinin taxılçılığa ciddi ziyanının olduğunu düşünmürəm. Ola bilər ki, əvvəlki illərdən fərqli olaraq məhsulun yetişmə dövrü 5-10 gün geciksin. Əslində məhsulun yetişkənlik dövrünün uzanması taxılçılığa müsbət təsir göstərən amildir. Bizdə istilər qəflətən düşdüyü üçün bitkidə quruma prosesi tez başlayır və dənin tam dolması imkanı olmur. Bu da məhsuldarlığa mənfi təsir göstərir. Ona görə də havaların nisbətən sərin keçməsi bu dönəm üçün faydalıdır. Ümumilikdə bu il üçün ötən illərlə müqayisədə təxminən eyni səviyyədə istehsalın olacağını düşünürəm. Bu il Qarabağda əkilən torpaqlarda da məhsuldarlığın yaxşı olacağı proqnozlaşdırılıb. Əgər həmin ərazilərdə məhsuldarlıq yaxşı olarsa, bu, ümumi taxıl istehsalına müsbət təsir göstərəcək".

C.İbrahimli onu da qeyd edib ki, bu gün hökumət üçün əsas prioritet ərzaqlıq buğdanın həcminin artırılmasıdır:

"Bu istiqamətdə əsas addımlar ötən ildən atılmağa başlayıb. Bununla bağlı dövlətin əlavə subsidiyaları da mövcuddur. Əgər bu il ərzaqlıq buğdanın istehsalı artarsa, bu, ümumi taxılçılıq üçün müsbət dəyərləndirilə bilər".

"Yağan yağış dən suyunu əvəz edir"

Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinq şöbəsinin müdiri İmran Cümşüdov taxıl istehsalı ilə bağlı kifayət qədər nikbindir. Onun sözlərinə görə, indiki hava şəraiti taxıl sahələri üçün ciddi problem yaratmır:

"Ölkəmizdə bir milyon hektardan artıq sahədə taxıl əkilir. Taxılın 49 faizi dəmyə, 51 faizi suvarma şəraitində becərilir. İstər dəmyə, istərsə də suvarma şəraitində əkilən taxıldan yüksək məhsuldarlıq əldə etmək üçün yağmurlu hava şəraitinin xüsusi əhəmiyyəti var. Keçən il təxminən 170 min hektardan artıq dəmyə sahədə məhz quraqlıq səbəbindən məhsul tamamilə məhv olmuşdu. Amma bu il ötən illə müqayisədə hava şəraiti yağmurludur və nəticədə torpaqda kifayət qədər nəmlik ehtiyatı yaranıb. Bu cür havanı bitkilərin normal inkişafı, məhsulun formalaşması üçün əlverişli hesab edirik".

Bu il taxıl istehsalı ilə bağlı proqnozlara gəlincə, şöbə müdiri vurğulayıb ki, bununla bağlı konkret fikir söyləmək çətindir:

"Bu günə qədər bitkilərin inkişafı normal gedib. Yağan yağmur da dən suyunu əvəz edir. Fermerlər bu aylarda adətən dənin yaxşı dolması üçün suvarma aparırdılar. Amma təbii şəkildə düşən yağış dən suyunu əvəz edib. Bu hal məhsul istehsalının artmasına, dənin yaxşı dolmasına, keyfiyyətinin yaxşılaşmasına səbəb olacaq. Artıq vegetasiya müddəti başa çatır və yığıma hazırlıq görülür. Yaxın vaxtlarda aran bölgəsindən başlayaraq dağətəyi və dağlıq rayonlarda yığım prosesinə start veriləcək".

İyunun əvvəlindən kütləvi yığım prosesinə başlanılacaq

İ.Cümşüdovun sözlərinə görə, hava şəraitinin imkan verəcəyi təqdirdə, taxıl yığımında ləngimələr olmayacaq. İyunun əvvəlindən isə kütləvi şəkildə yığım prosesinə başlanılacaq:

"Bu il bir milyon 15 min hektar sahədə payızlıq taxıl əkini aparılıb. Onun 580 min hektardan artığını buğda, 417 min hektarını arpa təşkil edir. Bütövlükdə məqsədimiz odur ki, becərmə işləri normal qaydada başa çatsın və yığım prosesi itkisiz olaraq yekunlaşdırılsın. Məhsulumuz ötən illə müqayisədə bol olmalıdır. Çünki torpaqda yetərincə nəmlik var. Eyni zamanda, becərmə prosesi ilə bağlı fermerlərə mütəmadi olaraq dəstək göstərilir, dövlət tərəfindən ərzaqlıq buğdaya məhsul subsidiyası verilir və sairə".


Oxunub: 1 703
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Dünən, 20:26 | İran Qeşm üzərində ABŞ PUA-sını məhv etdi
    Dünən, 19:45 | AzTV-nin sabiq idarə rəisi vəfat etdi
    Dünən, 19:43 | Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər
    Dünən, 19:42 | Küləkli hava şəraiti ilə bağlı müraciət edildi
    Dünən, 19:41 | Avtobusda sərnişini talan edən şəxs saxlanıldı
    Dünən, 19:39 | Azərbaycan nefti ucuzlaşdı
    Dünən, 19:06 | Küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edildi
    Dünən, 19:04 | Həbsdəki jurnalist əməliyyat olunub
    Dünən, 18:51 | DOĞUM AZALIR, BOŞANMALAR ARTIR... – Cəmiyyəti hansı problemlər gözləyir?
    Dünən, 16:05 | Naxçıvan daş duz yatağında geoloji kəşfiyyat işləri aparılacaq
    Dünən, 15:57 | "Azəristiliktəchizat": Sakinlərinin ödəniş etmədiyi binalara istilik verilməyəcək
    Dünən, 15:37 | Hörmüz boğazında daha bir neft tankeri minaya düşərək yanıb
    Dünən, 15:36 | Sumqayıtda beş avtomobil toqquşdu
    Dünən, 15:34 | Saatlıq minimum əmək haqqı tətbiq ediləcək - Maaşlar artacaq
    Dünən, 14:04 | Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto
    Dünən, 14:00 | Borcu olan sakinlər istiliksiz qalacaq - Rəsmi
    Dünən, 13:58 | Bu gün Millətlər Liqasında 8 oyun keçiriləcək
    Dünən, 12:23 | Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol
    Dünən, 12:20 | Salah Misir millisində rekorda imza atdı
    Dünən, 12:13 | Füzulidə ağır qəza: 3 ölü, 4 yaralı - Foto
    Dünən, 11:20 | Külli miqdarda vəsaiti mənimsəyən bağça müdirinə hökm oxundu
    Dünən, 11:12 | Xəyyam Salehov müdir təyin edildi - FOTO
    Dünən, 11:08 | Mahirin qolu, Azərbaycan millisinin qələbəsi - Video
    Dünən, 11:02 | İcra başçısı şəhid anasının qayğıları ilə maraqlanıb
    Dünən, 10:57 | Fəaliyyətinə xitam verilən tibb ocağının aqibəti necə olacaq? - VİDEO
    Dünən, 10:55 | Etibar Pirverdiyev 15 minlik gülü kimin üçün aldırıb?
    Dünən, 10:53 | Pensiyalar belə artırılacaq: Mexanizmi dəyişir...
    Dünən, 09:33 | Yuxarı Salahlı kənd məktəbliləri ilə maarifləndirici görüş keçirilib
    Dünən, 09:30 | Füzulidə ağır qəza: 3 ölü, 4 yaralı - Foto
    Dünən, 01:39 | Millimiz Lixtenşteynə qalib gəldi
    13-11-2026, 18:18 | Birdəfəlik müavinətlərin ödəniləcəyi tarix açıqlandı
    13-11-2026, 18:16 | Prezidentin Dublin səfəri Bakı üçün niyə əhəmiyyətlidir?
    13-11-2026, 18:14 | Nazirlər Kabinetindən bu nazirliklə bağlı vacib qərar
    13-11-2026, 17:22 | Xalq artisti onların pensiya yaşı ilə bağlı narazılığını bildirdi
    13-11-2026, 17:15 | Bakıda kafedə insident: saxlanılanlar var - Rəsmi
    13-11-2026, 17:14 | Güclü külək əsəcək - Sarı və narıncı xəbərdarlıq
    13-11-2026, 16:29 | Rusiyadan bu ölkəyə tələb: NATO-dan çıx!
    13-11-2026, 16:27 | Məhkəmədən Ramiz Əzizbəylinin kürəkəni ilə bağlı qərar
    13-11-2026, 16:26 | 13-cü dəfə Avropa çempionu oldu - Foto
    13-11-2026, 15:30 | Dublində İlham Əliyevlə Paşinyanın görüşü... - Deputat
    13-11-2026, 15:13 | Bu şəxslərin maaşının artırılması təklif olunur
    13-11-2026, 15:07 | Rus ordusu daha iki kəndi işğal etdi
    13-11-2026, 14:36 | Fransa ilə oyun öncəsi Türkiyə millisində ciddi itki
    13-11-2026, 14:34 | Qışa hazırlıqla bağlı müşavirələr keçirildi - FOTOLAR
    13-11-2026, 14:31 | Motosikletlə məktəblini vurub qaçdı - VİDEO
    13-11-2026, 14:30 | Real ehtiyaclara əsaslanan planlaşdırma: Ev təsərrüfatlarının uçotu niyə vacibdir?
    13-11-2026, 14:26 | Polad Həşimovun anasının vəziyyəti ilə bağlı xəbər var
    13-11-2026, 14:24 | Bu türk ölkəsində yeni təbii qaz yatağı kəşf edildi
    13-11-2026, 14:21 | Tiktokda icra başçısını təhqir etdi, həbs olundu
    13-11-2026, 14:20 | Bakıda baş redaktor həbs edildi - Foto
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.