Ermənistan-Azərbaycan sərhədində durum: “Miqyas dəyişə bilər”
Bütün Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası 1976-cı il xəritələri ilə aparılacaq. Hazırda bu proses Tavuş sektorunda həmin xəritələr əsasında davam etdirilir. Mediaxeberleri.Az xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan deyib. Spiker hesab edir ki, bir-iki halı istisna etməklə, bu, ən əlverişli variantlardan biridir. Simonyanın sözlərinə görə, sərhədlə bağlı xəritələr bir-birlərindən çox az fərqlənirlər, məsələ əsasən də miqyas fərqi ilə bağlıdır. “Ölçmələr yerdə nəyisə dəyişə bilər, söhbət miqyasdan gedir. Bir neçə miqyaslı xəritə var, hazırkı seçim ən məqbuludur. Bu, bizim üçün çox məqbul variantdır”, - erməni spiker vurğulayıb.
Oxunub: 550
Xəbəri paylaş
Paylaş: