Kolbasaların ətdən hazırlandığı deyilir, amma ucuz satılır: Səbəb nədir?
Marketlərdə üzərində ət məhsullarından hazırlandığı qeyd olunan bəzi kolbasa və sosiskalar ətdən ucuz satılır. Bu hal isə bir çox hallarda istehlakçılarda çaşqınlıq və şübhələr yaradır. Mediaxeberleri.Az xəbər verir ki, mövzu ilə bağlı Xəzər TV süjet hazırlayıb. Bildirilib ki, hazırda mal əti 14, toyuq əti isə 6 manata satılır. Lakin bu məhsullardan hazırlanan bəzi kolbasa və sosislər isə 5 manata təklif edilir. Ətin qiymətinin bahalaşması ilə kolbasa və sosislərin qiymətinin artacağı gözlənilirdi. Ancaq qəribədir ki, bəzi kolbasa və sosislərdə əks tendensiya müşahidə olunur. Bu isə vətəndaşlarda həmin məhsulların keyfiyyəti ilə bağlı suallar yaradır. Daha ətraflı videoda:
Oxunub: 537
Xəbəri paylaş
Paylaş: