“ADİ QƏZADIR, HANSISA KONSPEROLOJİ VERSİYA AXTARMAĞA DƏYMƏZ" – Hərbi ekspert
“Sözsüz ki, harda baş verdiyindən asılı olmayaraq böyük bir faciədir. Ancaq mənə elə gəlir ki, bu, adi qəzadır, burada hanısısa konsperoloji versiya axtarmağa dəyməz”. Bunu hərbi ekspert Azad İsazadə İran lideri İbrahim Rəisi və digər dövlət nümayəndələrinin ölümü ilə nəticələnən məlum helikopter qəzasını “AzPolitika”-ya şərh edərkən deyib. Ekspert hava şəraitinin və relyef şərtlərinin axtarış-xilasetmə işərinə mane olduğunu bildirib:“Real hava şəraiti çox çətin idi. Axtarış- xilasetmə qruplarının qəza yerini müəyyən etməsi və həmin əraziyə gəlməsi xeyli vaxt apardı. Səhv etmirəmsə, helikopterin yerini Türkiyədən göndərilən “AKINCI” PUA-sı aşkar etdi. Lakin yer təyin edilsə də, coğrafi məkan çətin idi və həmin əraziyə avtomobil yolu yox idi”. “Sadəcə başsağlığı verməliyik. Allah rəhmət eləsin! İran üçün böyük bir faciə olsa da, prinsipial siyasi dəyişikliklərin baş verəcəyini düşünmürəm. Biz bilirik ki, İranın siyasəti bir nəfərdən asılı deyil və prezidentin səlahiyyətləri məhdud səviyyədədir. İranda əsas məsələlər Ayətullah Əli Xamenei tərəfindən həll olunur”,-deyə ekspert əlavə edib. Elvin