Dövlət Xidmətinin şöbə müdiri Metrologiya İnstitutuna müvəqqəti rəhbərlik edəcək
İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Metrologiya İnstitutunun Baş direktorunun vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti Xamis Seyranova həvalə edilib. APA xəbər verir ki, daha əvvəl bu səlahiyyəti baş direktorun müavini Teymur Səfiyev icra edirdi. Qeyd edək ki, Xamis Seyranov eyni zamanda nazirliyin Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin Təbii inhisarlara dövlət nəzarəti şöbəsinin müdiridir.
Oxunub: 464
Xəbəri paylaş
Paylaş: