Anar Məmmədli və Sevinc Vaqifqızına RƏDD CAVABI
Hüquq müdafiəçisi Anar Məmmədli haqda seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin qərarından verilmiş apellyasiya şikayətinə baxılıb.
Mediaxeberleri.Az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya A.Məmmədlinin vəkili Cavad Cavadov məlumat verib.
Vəkil deyib ki, Bakı Apellyasiya Məhkəməsində hakim Murad Məmmədovun sədrliyi ilə keçirilən iclasda müvəkkilinin ev dustaqlığına və ya girov müqabilində azadlığa buraxılmasını istəyib.
Məhkəmə şikayəti əsassız sayaraq təmin etməyib. Eyni saatda “Abzas Media”nun direktor müavini Sevinc Vaqifqızının da ev dustaqlığına buraxılmaması qərarından verilmiş şikayətə baxılıb. Həmin şikayət də rədd edilib.
Qeyd edək ki, hər iki təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq- qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham edilir.