Gizli Resept: Doşaba 1 qaşıq bu ədviyyatdan əlavə edin və... – Enerji içkilərinə ehtiyac qalmayacaq!
Doşab və zəncəfil insan sağlamlığı üçün faydalı qidalar arasındadır.
Mediaxeberleri.Azxəbər verir ki, şəfa mənbəyi olaraq görülən bu iki qida qarışdırılaraq dərman kimi də istehlak edilə bilər. Onlardan əldə edilən qarışım müxtəlif sağlamlıq faydaları ilə diqqət çəkir.
Vitamin, mineral və antioksidant qaynağı olaraq görülən üzüm bəhməzi ən azı özü qədər faydalı olan zəncəfillə qarışdırıldıqda möhtəşəm effekt verir.
1 xörək qaşığı bəhməzə 1 çay qaşığı zəncəfil əlavə edib yaxşıca qarışdırmaq, sonra isə acqarına udmaq lazımdır.
Qarışımın faydaları:
- Enerjini artırır. Buna görə də gün ərzində yorğun, halsız hiss edənlər zərərli enerji içkiləri əvəzinə bu qarışımdan faydalana bilərlər.
- Bədəndəki iltihabı azaldır.
- Qəbizliyi aradan qaldırır. Həzm sisteminə yaxşı təsir edir.
- Mədə şişkinliyi və ürəkbulanma kimi müxtəlif sağlamlıq problemlərinə qarşı faydalıdır.
- Soyuqdəymə və qrip kimi hallarda köməkçi vasitədir.
- Ürəyi gücləndirir. Qan dövranını artıraraq bədənin sağalma prosesinə töhfə verir. Xolesterol səviyyələrini nəzarət altında saxlayır.
Qeyd edilir ki, allergik reaksiyalarla tez-tez qarşılaşanlar və müxtəlif xəstəliklərdən əziyyət çəkənlər yalnız həkimlə məsləhətləşdikdən sonra bu qarışımı istehlak edə bilərlər.